Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Hikmət Babaoğlu: Azərbaycan əhalisinin sayının artması iqtisadi inkişaf və uğurlu sosial siyasətlə bağlıdır

Hikmət Babaoğlu: Azərbaycan əhalisinin sayının artması iqtisadi inkişaf və uğurlu sosial siyasətlə bağlıdır

03.10.2019 [09:42]

Azərbaycanda demoqrafik vəziyyətin yaxşı olması ölkəmizin iqtisadi inkişafı və həyata keçirilən uğurlu sosial siyasətlə bağlıdır. Ölkəmizdə əhalinin sayı dinamik şəkildə artır. Bu, bütövlükdə milli strateji maraqlar kontekstində mühüm hadisədir. Çünki hazırda dünyada, o cümlədən qonşu ölkələrdə demoqrafik problemlər var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu söyləyib. O qeyd edib ki, qloballaşma əhalinin sayının artmasına mənfi təsir göstərməklə yanaşı, həm də miqrasiyaya yol açır. Beləliklə, əhalinin sayı azalır və nəticə etibarilə iqtisadi inkişafı təmin edə biləcək əmək resursları məhdudlaşmış olur. Bu isə milli inkişafın perspektivlərinə həm iqtisadi, həm də strateji müstəvidə mənfi təsir göstərir. Ancaq ölkəmizdə əhalinin say artımı stabil və dinamikdir. Yəni, əhali hər il stabil olaraq artmaqdadır və bu, ilk növbədə, Azərbaycanda mövcud olan iqtisadi inkişaf və həyata keçirilən uğurlu sosial siyasətlə bağlıdır. Çünki rifah olmayan ölkədə əhali artımını təmin etmək mümkün deyil.
Deputat deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq əhali artımını məhz bu faktorla izah edərək bildirib ki, ölkədə demoqrafik vəziyyət normaldır. Bu isə sosial rifahın inkişafı ilə bağlıdır. “Müasir dövrdə gənclər ailə həyatı qurarkən ailə planlaşdırılması aparırlar. Burada da əsasən ailə büdcəsi və ailə planlaşdırılması düz mütənasiblik təşkil edir”, - deyə Hikmət Babaoğlu bildirib.

Paylaş:
Baxılıb: 381 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30