Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ukrayna XİN: Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur

Ukrayna XİN: Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur

13.09.2019 [09:42]

Ukrayna Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində sentyabrın 8-də “yerli özünüidarəetmə orqanları”na keçirilən “seçkilər”i tanımır və qanunsuz hesab edir. Bu barədə AZƏRTAC-a açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
“Qondarma “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”, - deyə məlumatda qeyd edilir.
Məlumatda deyilir: “Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq aləmin tanıdığı sərhədlər çərçivəsində həllini tapmalıdır”.

Paylaş:
Baxılıb: 286 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31