Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP-ın nümayəndə heyəti ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsində görüş keçirib

YAP-ın nümayəndə heyəti ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsində görüş keçirib

12.09.2019 [09:44]

Yeni Azərbaycan Partiyası (YAP) ilə Çin Kommunist Partiyası (ÇKP) arasında əlaqələrin 20 illiyi münasibətilə Çin Xalq Respublikasında səfərdə olan YAP nümayəndə heyəti sentyabrın 11-də ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin 6-cı Departamentinin rəis müavini Van Minlə görüşüb. Görüşdə Azərbaycan ilə Çin, eləcə də YAP ilə ÇKP arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Nümayəndə heyətinin rəhbəri, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəbli müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib, Heydər Əliyev siyasətinin uğurlu nəticələrini vurğulayıb. Qeyd edib ki, hazırda Azərbaycanın qarşısında dayanan əsas məsələ ölkənin 20 faiz torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın hərbi təcavüzündən zərər çəkən 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının bərpasıdır. Komitə sədri həmçinin YAP-ın ÇKP ilə əlaqələrin inkisafına böyük əhəmiyyət verdiyini bildirib.
Öz növbəsində, xanım Van Min Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin Çində böyük maraq doğurduğunu, sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığın ölkəsi üçün mühüm önəm daşıdığını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Qeyd edək ki, YAP nümayəndə heyətinin Çinə səfəri sentyabrın 17-dək davam edəcək.

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30