A+   Yenilə  A-
Həyata keçirilən su layihələri və meliorativ tədbirlər Azərbaycanda aqrar sektorun inkişafına güclü təkan verib

Prezident İlham Əliyev: Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq
Məlum olduğu kimi, son 15 ildə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq icra edilən layihələr sayəsində müstəqil Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Bəhs olunan dövrdə respublikamızda yeni su anbarlarının tikilməsi, paylayıcı şəbəkədə əsaslı yenidənqurma işlərinin aparılması, müasir kanalların çəkilməsi, meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi ölkəmizdə yüksəksəviyyəli infrastruktur quruculuğuna yaxşı nümunədir. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki çıxışında dövlət başçısı respublikamızda hər il çoxlu sayda su layihələrinin icra olunduğunu nəzərə çatdıraraq vurğulayıb: “Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq”.
Qeyd edək ki, digər istiqamətlərdə olduğu kimi, ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən layihələr də dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılır. Dövlətin ayırdığı böyükhəcmli investisiyalar hesabına yaradılan hidrotexniki qurğular bundan sonra onilliklər boyunca Azərbaycan xalqına və dövlətinə xidmət göstərəcək.
Su təhlükəsizliyinin təmin olunması respublikamız üçün strateji önəm daşıyır
Müasir dövrdə dünyanın üzləşdiyi çağırışlardan biri də su təchizatı ilə bağlıdır. Su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri nəzərə alsaq, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar.
Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində su ehtiyatları məhdud olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ölkəmizi qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir.
Başqa bir amil də çox önəmlidir. Məlumdur ki, Azərbaycan artıq bir neçə onillikdir ki, qonşu Ermənistanla müharibə vəziyyətindədir. Ermənistanın başladığı elan olunmamış müharibə nəticəsində torpaqlarımızın 20 faizi, o cümlədən də bir sıra su mənbələrimiz işğala məruz qalıb. Bu forpost dövlət Azərbaycana münasibətdə bütün beynəlxalq normaları pozur və respublikamıza təzyiq göstərmək məqsədilə müxtəlif vasitələrə əl atır. Ermənistan Azərbaycanı qidalandıran bəzi su mənbələrinin forpost ölkənin ərazisindən keçməsindən və yaxud işğal altındakı torpaqlarda qalmasından sui-istifadə etməyə çalışır. Su mənbələrinin davamlı olaraq çirkləndirilməsi, mövsüm vaxtı süni su qıtlığı yaratması bu ölkənin respublikamıza qarşı sərgilədiyi çırkin əməllərin siyahısına daxildir. Bütün bu deyilənlər yeni su anbarlarının, digər hidrotexniki qurğuların istifadəyə verilməsinin sərhədyanı rayonların su təminatı üçün necə strateji əhəmiyyət daşıdığı barədə konkret təsəvvür yaradır. Prezident İlham Əliyev Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimində söylədiyi nitqində məsələnin ciddiliyinə diqqət çəkərək bildirib ki, su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq strateji əhəmiyyətli bir məsələdir. “Bizim sularımız Kür çayından, Araz çayından, Samur çayından gəlir ki, bu çaylar öz mənbəyini başqa ölkələrdən başlayır. Beləliklə, su təhlükəsizliyi bizim üçün strateji əhəmiyyətli məsələdir və gələcəkdə hər bir ölkə üçün su ehtiyatları strateji dəyər olacaqdır”, - deyə dövlət başçısı vurğulayıb.
Məmnunluq hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan son 15 ildə geniş iqtisadi və maliyyə imkanlarından bəhrələnməklə reallaşdırdığı irihəcmli layihələr hesabına özünün su təhlükəsizliyini böyük dərəcədə həll etməyə nail olub. Bəhs olunan dövrdə respublikamızda nəhəng 4 iri su anbarının yaradılması Azərbaycan dövlətinin gücünü təsdiqləyir.
Cəlilabadda 2010-cu il 29 aprel tarixində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Göytəpə su anbarı müstəqillik illərində respublikamızda yaradılan ilk hidrotexniki qurğulardandır. 2005-ci ildə Prezident İlham Əliyevin göstərişinə əsasən bu su anbarının tikintisinin davam etdirilməsinə başlanıb və dövlətimizin başçısının tapşırığına uyğun olaraq layihə daha da təkmilləşdirilib. Göytəpə su anbarında bəndin hündürlüyü 17,5 metrdir. Bəndin üstdən uzunluğu 550 metr, su anbarının ümumi həcmi 3,7 milyon kubmetrdir. Bu hidrotexniki qurğunun faydalı həcmi isə 3,3 milyon kubmetrdir. Təzyiqədavamlı boru kəmərinin uzunluğu 7,14 kilometr, monolit beton üzlüklü suvarma kanallarının uzunluğu isə 12,1 kilometrdir. Anbarın istifadəyə verilməsi Cəlilabadda kənd təsərrüfatının inkişafını sürətləndirib, uzun müddət suvarma suyundan korluq çəkən ərazilərin su ilə təmin edilməsinə imkan yaradıb.
2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələrinin texniki parametrləri kifayət qədər genişdir. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər reallaşdırılıb. Bu layihələrin unikallığı həm də ondadır ki, Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür. Kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Qurğunun ümumi su tutumu 270 milyon kubmetr, faydalı su həcmi isə 238,4 milyon kubmetrdir.
2014-cü ilin noyabrında istifadəyə verilən Şəmkirçay su anbarı layihəsinin yerinə yetirilməsinə 700 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Anbarın bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən, orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib. Layihə çərçivəsində Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub.
Son illərdə Azərbaycanda su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən infrastruktur layihələrindən biri də 2016-cı ilin fevralında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Tovuzçay su anbarıdır. Ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının gil nüvəli torpaq bəndinin hündürlüyü 45 metr, üstdən eni 10 metr, uzunluğu isə 1340 metrdir. Anbarın su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Layihəyə uyğun olaraq, anbarda suburaxma qabiliyyəti saniyədə 250 kubmetr və uzunluğu 731 metr olan qəza sutullayıcısı, maksimum suburaxma qabiliyyəti saniyədə 125 kubmetr olan dəmir-beton borulu qülləli suburaxıcı, saniyədə 6 kubmetr suvarma suyunun verilməsi üçün uzunluğu 468,8 metr olan nov-kanal inşa olunub. Layihənin icrası zamanı Tovuzçay çayı üzərində 8 aşırımlı avtomobil körpüsü tikilib, bəndə və ətraf kəndlərə gedən, ümumi uzunluğu 6800 metr olan avtomobil yolu yenidən qurulub. Uzunluğu 86 metrdən çox olan Axıncaçay çayı üzərində körpünün tikintisi də başa çatdırılıb.
Son 15 ildə reallaşdırılan su layihələrinə və meliorativ tədbirlərə dair statistika kifayət qədər zəngindir
Biz yuxarıda müstəqillik illərində yaradılan və respublikamızın su təhlükəsizliyinin təmin olunması baxımından strateji önəm daşıyan su anbarları barədə söhbət açdıq. Bütövlükdə,ölkəmizdə bəhs olunan dövrdə reallaşdırılan su layihələrinə və meliorativ tədbirlərə dair statistika kifayət qədər zəngindir. “Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə KİV-ə verdiyi məlumatda bildirib ki, bütün maliyyə mənbələri hesabına 2004-2018-ci illərdə 4,2 min kilometr uzunluğunda suvarma kanallarının, 2,8 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 413 min hektar sahədə torpaqların su təminatının və 264 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 166 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib. Çaylarda sel və daşqınlara qarşı 187 km-dən artıq mühafizə tədbirləri həyata keçirilib, Pirsaatçay, Zoğalavaçay və Ləvain su anbarlarında təmir-bərpa işləri aparılıb.
“Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılıb. Respublikanın 500 min hektar suvarılan sahələrdən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilib. Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılıb”, - deyə “Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmisi vurğulayıb.
Yeni layihələrin reallaşdırılması hesabına minlərlə hektar ərazilərin su təminatı yaxşılaşıb. O cümlədən Araz çayının 54,2 km uzunluğunda yeni qol-kanalının beton üzlüyə alınması işləri tamamlanıb və əlavə olaraq 13145 ha olmaqla, ümumilikdə 53 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma suyu çatdırılıb. Neftçala rayonu ərazisində uzunluğu 24,9 km olan Neftçala magistral kanalının son 11,4 km hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisinin başa çatdırılması ilə 12433 ha sahənin su təminatı yaxşılaşdırılıb və bununla da layihə üzrə 20205 hektar (ondan 6805 hektar yeni suvarılan) sahəyə suvarma suyunun çatdırılması təmin edilib. 2018-ci il iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 km-lik hissəsinin açılış mərasimi keçirilib. Kanalın son 14 km-nin 5,5 km-lik hissəsinin tikintisi ilə 11788 ha (ondan 1570 hektar yeni suvarılacaq sahələrdir) torpaq sahəsinə suvarma suyu çatdırılıb. Cəbrayıl rayonunun Cocuq Mərcanlı (400 hektar) və Füzuli rayonunun ona bitişik Mirzənağılı kəndlərinin (280 hektar) olmaqla ümumilikdə 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üzrə işlər tamamlanıb və obyekt istismara verilib.
Kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi 2019-cu ildə də davam etdirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkədə genişmiqyaslı su lahihələrinin və meliorativ tədbirlərin həyata keçirilməsindən məmnunluğunu bildirərək vurğulayıb ki, 2019-cu ildə daha 80 min hektar əraziyə suyun verilməsi nəzərdə tutulub: “Keçən il biz meliorativ tədbirlər görməklə 100 min hektar torpağa su verilməsini təmin etdik. Onlardan 60 min hektara su verilirdi, ancaq çox zəif verilirdi. Yəni, keçən il o torpaqlara suyun verilməsi yaxşılaşdırıldı, 40 min hektara isə heç vaxt su verilmirdi, bu da əkin dövriyyəsinə cəlb edilmiş suvarılan yeni torpaqlar olacaqdır. Yəni, həm 2017-ci ildə 100 min hektara, həm də keçən il 100 min hektara suyun verilməsi kənd təsərrüfatına çox böyük dəstəkdir. Bu il artıq verilən təkliflərə görə, ən azı 80 min hektara suyun verilməsi nəzərdə tutulur”.
Respublikanın bölgələrində subartezian quyularının qazılması geniş vüsət alıb
Regionlarda subartezian quyularının qazılıb əhalinin istifadəsinə verilməsi geniş vüsət alıb. Son 15 ildə respublikamızda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2273 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində ölkə ərazisində subartezian quyularının qazılmasının 2019-cu ildə də davam etdiriləcəyini nəzərə çatdıraraq deyib: “300 subartezian quyusu qazılacaq. Biz onu hər il edirik, keçən il də, əvvəlki illərdə də. Üç yüz subartezian quyusunun qazılması kəndlərdə həm içməli suya olan tələbatı ödəyir, həm də ki kənd təsərrüfatına xidmət göstərir”.
Artıq respublikamızda hər il dövlət vəsaiti hesabına subartezian quyularının qazılması ənənə halını alıb. 2018-ci ildə ölkənin əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subartezian quyusu qazılıb. Bundan başqa, ötən il Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq suvarma su mənbələri işğal altında qalan Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun qazılaraq sakinlərin istifadəsinə verilməsi təmin olunub. Prezident İlham Əliyev 12 fevral 2019-cu il tarixində “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncam imzalayıb. Sərəncamla əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2019-cu ildə 300 subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.27-ci yarımbəndində göstərilmiş məbləğin 21,0 (iyirmi bir) milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Hazırda respublikanın ayrı-ayrı bölgələrində subartezian quyuların qazılması intensiv şəkildə davam etdirilir.
Bu məqamda qeyd edək ki, son illərdə respublikanın bölgələrində müasir suvarma metodlarının, o cümlədən də pivot suvarma sisteminin tətbiqi istiqamətində mühüm addımlar atılır. Pivot suvarma sistemlərini ərazinin relyefindən və digər amillərdən asılı olaraq müxtəlif həll variantlarında tətbiq etmək mümkündür. Dünyanın ayrı-ayrı ölkələrində suvarmada bu üsulun tətbiqi sayəsində yüksək məhsuldarlıq əldə olunur. Qeyd edək ki, əvvəllər pivot suvarma sistemləri ölkəmizə yalnız xaricdən gətirilirdi. Artıq belə suvarma qurğularının respublikamızda da istehsalına başlanılıb. Saatlıda Prezident İlham Əliyevin Sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində dövlət başçısı diqqəti müasir suvarma sistemlərinin üstünlüklərinə çəkərək vurğulayıb ki, kanalların təmizlənməsi, yeni kanalların çəkilməsi, eyni zamanda, əkin sahələrində pivot sistemlərinin qurulması böyük məna daşıyır. “Pivot suvarma sistemləri ölkəmizə gətirilib. Əvvəlki illərdə bəzi rayonlarda bu sistemlərdən özəl qurumlar istifadə etmişlər. Ancaq əlbəttə ki, onların sayı bizi qane edə bilməz. Ona görə, dövlət bu sahəyə də öz dəstəyini göstərməyə başlayıb. Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sistemlərdən Azərbaycanda əlbəttə ki, təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunur və olunacaq. Bu sistemlər böyük dönüş yaradacaq. Eyni torpaqda məhsuldarlıq artdıqca əlbəttə ki, həm fermerlər, həm də dövlət ancaq xeyir götürəcək”, - deyə dövlət başçısı bildirib.
“Lindsay” pivot sistemləri dünyanın ən qabaqcıl suvarma sistemləridir. İndiyədək Azərbaycanın iri fermer təsərrüfatlarında, yeni yaradılan aqroparklarda ümumilikdə 500-dən çox “Lindsay” pivot sistemi uğurla quraşdırılaraq istifadəyə verilib. Bu sistemlə torpaqların şoranlaşmasının qarşısı alınır, bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir, nəticədə məhsuldarlıq bir neçə dəfə artır. Ekspertlərin hesablamalarına görə, sudan düzgün istifadə etməklə Azərbaycanda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını əkin sahələrini çoxaltmadan, yəni ekstensiv deyil, intensiv üsulla inkişaf etdirərək 2-3 dəfəyədək artırmaq olar.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5940  |  
  • Tarix:  07-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

16 Oktyabr 22:34
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16 Oktyabr 22:29
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır
16 Oktyabr 22:18
Prezident İlham Əliyev: Hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən-ilə azaldaq
16 Oktyabr 22:13
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16 Oktyabr 22:09
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 21:37
Lerik rayonunda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
16 Oktyabr 21:31
“Azərbaycan Dəmir Yolları” MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir
16 Oktyabr 21:24
Astarada Dövlət Müstəqilliyi Günü bir sıra tədbirlərlə qeyd olunub
16 Oktyabr 21:18
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16 Oktyabr 21:17
Dövlət İdarəçilik Akademiyasında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd edilib
16 Oktyabr 21:14
Rektor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
16 Oktyabr 21:10
İsveçrədə keçirilən tədbirdə ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılmasından danışılıb
16 Oktyabr 20:59
Hərbi hissədə hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib
16 Oktyabr 20:56
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş
16 Oktyabr 20:50
Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib
16 Oktyabr 20:49
Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondu arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
16 Oktyabr 20:41
Rüstəm Cabbarov: Türk Şurasının tamhüquqlu üzvü olmaq Özbəkistanın xarici siyasətində tarixi bir addımdır
16 Oktyabr 20:34
Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış
16 Oktyabr 20:30
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir
16 Oktyabr 17:43
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
16 Oktyabr 17:42
2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
16 Oktyabr 17:39
İsmayıllı gənclərindən möhtəşəm yürüş
16 Oktyabr 17:34
Eldar İbrahimov: Ötən 10 il ərzində türkdilli dövlətlər arasında münasibətlər daha da güclənib
16 Oktyabr 17:31
Azərbaycan XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16 Oktyabr 17:21
Mirhəsən Seyidov: Türk Şurasının Bakıdakı Zirvə görüşü türk dünyası üçün yeni strateji inkişaf xəritəsi müəyyənləşdirdi
16 Oktyabr 17:18
Sevinc Fətəliyeva: Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir
16 Oktyabr 17:11
Politoloq: Azərbaycanın da yaxından iştirakı ilə türkdilli dövlətlərin əməkdaşlığının yeni platforması yaradılıb
16 Oktyabr 16:58
Azərbaycanda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb
16 Oktyabr 16:54
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb
16 Oktyabr 16:51
Koreya Respublikası Milli Assambleyasının sədri İçərişəhərlə tanış olub
16 Oktyabr 16:33
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır
16 Oktyabr 16:30
Bütün Türkdilli dövlətlər birlik və bərabərliklərini qorumalıdır
16 Oktyabr 16:14
Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
16 Oktyabr 16:09
Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb
16 Oktyabr 16:03
Naqif Həmzəyev: İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmində olduğuna daha bir mesaj verdi
16 Oktyabr 16:00
Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
16 Oktyabr 15:57
Vüqar Rəhimzadə: Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir
16 Oktyabr 15:56
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16 Oktyabr 15:52
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azərbaycan Türk Şurasının Zirvə Görüşündə güclü nüfuza malik dövlət olduğunu bir daha sübut etdi
16 Oktyabr 15:48
Elçin Quliyev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın azadlığı uğrunda mübarizədə əsas ideoloji faktorlardan biridir
16 Oktyabr 15:46
İradə İbrahimova: Balıqların qadağan olunmuş alətlərlə ovlanmasına qarşı aksiyaya başladıq
16 Oktyabr 15:43
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16 Oktyabr 15:22
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir
16 Oktyabr 15:20
Bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün ciddi hazırlıq işləri görülür
16 Oktyabr 15:05
Tərtərdə "Müstəqilliyimiz əbədidir" şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib
16 Oktyabr 15:03
Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü Səbail rayonunda qeyd olunub
16 Oktyabr 14:55
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir
16 Oktyabr 14:35
Koreya Respublikası Milli Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Oktyabr 14:33
NATO-nun bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakı yüksək qiymətləndirilib
16 Oktyabr 14:31
Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir
16 Oktyabr 14:27
Akademik İsa Həbibbəyli: Azərbaycanda alimə dövlət səviyyəsində qiymət verilir
16 Oktyabr 14:22
ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirələr aparılıb
16 Oktyabr 14:20
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16 Oktyabr 14:17
Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
16 Oktyabr 14:15
Statistika Komitəsi: Ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb
16 Oktyabr 13:38
Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı etdiyi zorakılıq hərəkətləri ilə bağlı cinayət işi başlanıb
16 Oktyabr 13:26
Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü türkdilli ölkələrin birliyinin daha da güclənməsinə şərait yaradacaq
16 Oktyabr 13:21
Alim, müəllim, vətəndaş
16 Oktyabr 13:16
Paytaxt məktəblərində 48 min 814 şagird birinci sinifdə təhsil alır
16 Oktyabr 13:03
Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
16 Oktyabr 12:56
Türkiyə KİV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 12:49
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16 Oktyabr 12:42
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
16 Oktyabr 12:40
Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub
16 Oktyabr 12:36
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi
16 Oktyabr 12:06
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb
16 Oktyabr 12:05
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
16 Oktyabr 11:58
Şamaxıda “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi
16 Oktyabr 11:52
Prezident İlham Əliyev: Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir
16 Oktyabr 11:50
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18