A+   Yenilə  A-
Azərbaycan neft-qaz sənayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri

Azərbaycanın həyatı tarixən neft və qazla sıx bağlı olub. Əsrlər boyu məmləkətimizdə, ələlxüsus da Abşeronda yerin təkindən karbohidrogen resursları çıxardılıb. Neft və qazla zəngin olması səbəbindəndir ki, respublikamız dünyada “odlar yurdu” kimi tanınır.
Neft-qaz ehtiyatlarının zənginliyi öz növbəsində Azərbaycanda insanların məişətində və məşğulluğunda silinməz izlər buraxıb. O cümlədən respublikamızda quruda və açıq dənizdə neft-qaz hasilatı, quyuların qazılması və istismarı ilə bağlı zəngin ənənələr formalaşıb.
Dünyada sənaye üsulu ilə ilk neft quyusu Bibiheybətdə qazılıb
Abşeronda ilk neft quyuları kəhriz üsulu ilə qazılıb. Tarixi mənbələrdən məlum olur ki, Bakıda kəhriz üsulu ilə quyuların qazılması hələ orta əsrlərdə ən yüksək səviyyəyə çatmışdı və XIX əsrin ortalarına qədər inkişaf edirdi. Verilən məlumatlara görə, XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər neft çalası və quyusu mövcud idi.
Qürurverici haldır ki, dünyada mexaniki üsulla ilk quyu Azərbaycanda - Bibiheybətdə qazılıb. Tarixi mənbələr və son illərdə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər dünyada sənaye üsulu ilə ilk neft quyusunun 1847-ci ildə Bibiheybətdə qazıldığını təsdiqləyir.
Sonradan mexaniki üsulla quyuların qazılması Balaxanı neft yataqlarını da əhatə edib. Həmin quyulardan sənaye əhəmiyyətli neft əldə olunub. Onu da əlavə edək ki, dünyada mexaniki üsulla qazılan ilk quyu bərpa edilib. Prezident İlham Əliyev 2017-ci il aprelin 26-da Bibiheybət mədəninə gələrək quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.
Ümumiyyətlə, Azərbaycan neftçiləri dünya qazma sənayesinə bir sıra ilklər təqdim ediblər. 1844-cü ildə F.N.Semyonovun səyi ilə qazma üsulu ilə Bakı mədənlərində dünyada ilk dərin quyu qazılıb. Bu hadisə əllə qazmanın sonu olub. 1872-1873-cü illərdə Abşeronda ABŞ-dan 15 il əvvəl quyu nasosundan istifadə edilib. 1884-cü ildə ilk dəfə vurma üsulu ilə qazmanın tətbiqinə başlanıb. Bu, sonralar dünyada “Bakı üsulu” kimi məşhurlaşıb. 1905-ci ildə Balaxanıda dünya neft sənayesi tarixində ilk dəfə kompressor istismarı tətbiq edilib. 1916-cı ildə Ramanada ilk dəfə qazlift texnologiyasından istifadə olunub. 1941-ci ildə dünyada ilk dəfə Bayılda 2000 metr dərinlikdə “Ağa Nemətulla turbin üsulu” ilə maili quyu qazılıb.
“Qara daşlar”da qazılan quyu ilə dünyada açıq dənizdə neftçıxarmanın əsası qoyuldu
Azərbaycanın buruq ustaları quruda neft quyularının qazılmasında bir sıra ilklərə imza atdıqları kimi, açıq dənizdə də neftçıxarmanın əsasını qoyublar. 1803-cü ildə (bəzi məlumatlarda 1798-ci ildə) Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralıda iki neft quyusu qazdırıb. Sonralar Xəzər dənizinin qalxması nəticəsində həmin neft kəhrizləri suyun altında qalıb.
Dünyada açıq dənizdə neftçıxarmanın tarixi isə 1949-cu ildə yenə də Bakıda qoyulub. Həmin ildə Azərbaycan neftçiləri Xəzəri ram etməyə nail oldular. “Qara daşlar” deyilən ərazidə neft yatağının kəşfi neftçi-geoloq Ağaqurban Əliyevin adı ilə bağlıdır. Ərazidə ilk kəşfiyyat buruğunun yerini məşhur neftçi Yusif Səfərov müəyyənləşdirib. Burada ilk quyunun qazılması qazma ustası Mixail Kaveroçkinlə birlikdə Qurban Abasova həvalə edilmişdi. Onların rəhbərlik etdiyi briqada işə 1949-cu il iyunun 24-də başladı. Həmin il noyabrın 7-də isə 942 metr dərinlikdən - Qala lay dəstəsindən ilk neft fontan vurdu. Quyunun gündəlik hasilatı 100 tondan artıq idi. Açıq dənizdə qazılan ilk quyudan neft fontan vurmasının şərəfinə ərazinin əvvəlki adı “Qara daşlar” “Neft Daşları” ilə əvəzləndi. Üç il sonra burada dünyada ilk dəfə olaraq estakadalar tikildi. Daha sonra “Möcüzələr adası”nda növbəti quyunun qazılmasına start verildi.
Beləliklə, mavi Xəzərin qoynunda estakadalar üzərində “Neft daşları” şəhəri yarandı. Bu şəhər Azərbaycan neftçilərinin rəşadətini, yenilməzliyini və əlbəttə ki, məharətini bütün dünyaya nümayiş etdirir.
Azərbaycanda müasir qazma infrastrukturunun yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycanda müasir qazma infrastrukturunun yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Keçmiş ittifaq dönəmində - 1969-cu ildə respublikamızın siyasi rəhbərliyinə gələn Ulu Öndər Azərbaycanın neft sənayesində müşahidə edilən geriləmənin qarşısını almaq üçün zəruri tədbirlər görməyə başladı. Ulu Öndər qarşıya qoyulan məqsədlərə çatmaq üçün infrastrukturun yenilənməsindən başladı. Neft hasilatını artırmaq üçün Xəzərin daha dərin sulu hissələrinə doğru irəliləmək tələb olunurdu. Əvvəlcə dənizin 70 metr dərinliyində kəşfiyyat-axtarış işləri aparmağa imkan verən “Xəzər” tipli üzən qazma qurğuları alındı. Görülən tədbirlər tezliklə “Bahar” və “Bulla-dəniz” yataqlarının açılması ilə nəticələndi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev az sonra qarşıya dənizin 200 metr və daha çox dərinliyində işləmək vəzifəsi qoydu və böyük siyasi qətiyyət, iradə bahasına bu məqsədinə də nail oldu. 1970-1980-ci illərdə “Şelf” tipli o dövr üçün ən müasir yarımdalma üzən qazma qurğularının respublikaya gətirilməsi dərinsulu sahələrdə zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaratdı.
Ulu Öndərin respublikamızın qazma infrastrukturunun yüksək səviyyəyə qaldırılmasına verdiyi töhfələr sırasında Onun müstəsna xidmətləri sayəsində araya-ərsəyə gələn Dərin Dəniz Özülləri Zavodunun önəmini xüsusi qeyd edə bilərik. Keçmiş ittifaq rəhbərliyi bəhs olunan müəssisənin Həştərxanda tikilməsində israrlı idi. Ulu Öndər Özünün keçmiş ittifaqdakı nüfuzundan istifadə edərək o dövrdə analoqu olmayan Dərin Dəniz Özülləri Zavodunun Bakıda inşa olunmasına nail oldu. Bir-birinin ardınca kəşf olunan dəniz yataqlarında platformaların tikilməsi üçün nəzərdə tutulan sənaye nəhəngi 1984-cü ildə istismara verildi.
Ulu Öndərin respublikamızda qazma infrastrukturunun yenilənməsinə verdiyi töhfələrin bir qismi Azərbaycanın müstəqillik illərinə təsadüf edir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın siyasi hakimiyyətinə qayıtdıqdan sonra ölkəmizin yeni neft strategiyasını işləyib hazırladı və onu uğurla həyata keçirməyə başladı.
“Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması sayəsində Azərbaycanda qazma sahəsində yeni mərhələ başlayıb
1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub.
“Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması sayəsində Azərbaycanda həmçinin qazma sahəsində yeni mərhələ başladı. Bəhs olunan müqavilə çərçivəsində ölkəmizə gələn neft gəlirləri, eləcə də xarici investorların Azərbaycanın neft-qaz sektorunda digər layihələrin icrasında da iştirak etməyə böyük maraq göstərmələri yeni yataqların işlənməsi üçün geniş imkanlar açmışdı. Bu imkanların reallaşdırılması üçün müasir qazma texnologiyalarının respublikamıza gətirilməsi, mövcud qurğuların modernləşdirilməsi əsas vəzifələr kimi müəyyənləşdirilmişdi. Bu vəzifələrə uyğun olaraq “Bakı” elmi-tədqiqat gəmisi yenidən quruldu, “Xəzərdənizneft” yarımdalma qazma qurğusu yenidənqurmadan sonra “Dədə Qorqud” adı ilə ikinci həyata başladı, əsaslı şəkildə yenidən qurulan “Şelf-5” qazma qurğusu 1998-ci ildə “İstiqlal” adı ilə istifadəyə verildi, yenidən inşa olunan “Qurtuluş” özüqalxan qazma qurğusunun istismarına başlanıldı. 2002-ci ilin yayında Xəzərdə ən yeni texnologiyalar əsasında ilk dəfə qazma qurğuları üçün sualtı dayaq tavası quraşdırıldı. Modernləşdirmə işləri həmçinin Heydər Əliyev adına Dərin Özüllər Zavodunu əhatə etdi və müəssisə dəniz platformalarının tikintisinə cəlb olundu. Bundan başqa, ARDNŞ-nin xarici tərəfdaşlarla əməkdaşlığının nəticəsi olaraq möhtəşəm “Lider” yarımdalma üzən qazma qurğusu inşa olundu və 2003-cü ildə istifadəyə verildi.
Ölkəmizdə qazma infrastrukturunun yenilənməsi ilə bağlı Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənələr dövlətimizin başçısı İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən yeni neft-qaz layihələri ilə əlaqədar meydana çıxan çağırışları nəzərə alaraq Xəzər dənizində 6-cı nəsil qazma qurğusunun yaradılması haqqında göstəriş verib və bu layihənin icrasını daim dəstəkləyib. Yeni layihə çərçivəsində Ulu Öndər Heydər Əliyevin adını daşıyan yeni nəsil yarımdalma qurğusu inşa olunub və 2017-ci il mayın 18-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğu ilə maksimal dərinliyi 12,2 min metrə çatan quyular qazmaq mümkündür.
SOCAR-AQŞ Azərbaycan neftçilərinin qazma ənənələrini daha da zənginləşdirir
Bu gün SOCAR-AQŞ Azərbaycan neftçilərinin qazma ənənələrini uğurla davam etdirərək daha da zənginləşdirir. Hazırda Azərbaycanda hər il 70-80 quyu qazılaraq istismara verilir. SOCAR-AQŞ-nin baş direktoru Ramin İsayev bildirib ki, indi Azərbaycanın özünün qazma məktəbi formalaşıb. Bu məktəb yalnız Azərbaycan deyil, ümumilikdə Xəzər regionu üçün gələcək nəsil qazmaçıların yetişdirilməsində mühüm rol oynayır.
Yeri gəlmişkən, qeyd edək ki, SOCAR-AQŞ 2007-ci ildə SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə kimi təsis edilib. Hazırda SOCAR-AQŞ dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla” yatağında 6 saylı Dəniz Stasionar Özüllərində qazma işləri aparır.
Müasir qazma avadanlıqları ilə təchiz olunan SOCAR-AQŞ fəaliyyəti dövründə bir sıra ilklərə imza atıb. Belə ki, dayazsulu Günəşli yatağında ilk dəfə olaraq SOCAR-AQŞ tərəfindən horizontal istismar quyusu qazılıb. SOCAR-AQŞ-nin kollektivi Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə 100% nəticə əldə edərək kerna nümunələri götürməyə nail olub. Müəssisə tərəfindən Dayazsulu Günəşli yatağında ilk dəfə müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılıb.
SOCAR-AQŞ 2009-cu ilin iyun ayından etibarən Qazma Podratçıları Beynəlxalq Assosiyasının (IADC), eləcə də 2017-ci ildən Quyuya Nəzarət Beynəlxalq Forumun üzvüdür. SOCAR-AQŞ-nin qazma sahəsində qazandığı uğurlar milli və beynəlxalq səviyyədə bir sıra nüfuzlu mükafatlara layiq görülüb.

 

Mübariz ABDULLAYEV
“SOCAR-AQŞ” MMC və
Azərbaycan Mətbuat Şurasının
“Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi
münasibəti ilə kütləvi informasiya vasitələrinin
təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur

 
  • Oxunub:  3540  |  
  • Tarix:  06-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

16 Oktyabr 22:34
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16 Oktyabr 22:29
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır
16 Oktyabr 22:18
Prezident İlham Əliyev: Hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən-ilə azaldaq
16 Oktyabr 22:13
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16 Oktyabr 22:09
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 21:37
Lerik rayonunda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
16 Oktyabr 21:31
“Azərbaycan Dəmir Yolları” MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir
16 Oktyabr 21:24
Astarada Dövlət Müstəqilliyi Günü bir sıra tədbirlərlə qeyd olunub
16 Oktyabr 21:18
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16 Oktyabr 21:17
Dövlət İdarəçilik Akademiyasında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd edilib
16 Oktyabr 21:14
Rektor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
16 Oktyabr 21:10
İsveçrədə keçirilən tədbirdə ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılmasından danışılıb
16 Oktyabr 20:59
Hərbi hissədə hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib
16 Oktyabr 20:56
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş
16 Oktyabr 20:50
Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib
16 Oktyabr 20:49
Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondu arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
16 Oktyabr 20:41
Rüstəm Cabbarov: Türk Şurasının tamhüquqlu üzvü olmaq Özbəkistanın xarici siyasətində tarixi bir addımdır
16 Oktyabr 20:34
Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış
16 Oktyabr 20:30
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir
16 Oktyabr 17:43
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
16 Oktyabr 17:42
2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
16 Oktyabr 17:39
İsmayıllı gənclərindən möhtəşəm yürüş
16 Oktyabr 17:34
Eldar İbrahimov: Ötən 10 il ərzində türkdilli dövlətlər arasında münasibətlər daha da güclənib
16 Oktyabr 17:31
Azərbaycan XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16 Oktyabr 17:21
Mirhəsən Seyidov: Türk Şurasının Bakıdakı Zirvə görüşü türk dünyası üçün yeni strateji inkişaf xəritəsi müəyyənləşdirdi
16 Oktyabr 17:18
Sevinc Fətəliyeva: Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir
16 Oktyabr 17:11
Politoloq: Azərbaycanın da yaxından iştirakı ilə türkdilli dövlətlərin əməkdaşlığının yeni platforması yaradılıb
16 Oktyabr 16:58
Azərbaycanda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb
16 Oktyabr 16:54
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb
16 Oktyabr 16:51
Koreya Respublikası Milli Assambleyasının sədri İçərişəhərlə tanış olub
16 Oktyabr 16:33
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır
16 Oktyabr 16:30
Bütün Türkdilli dövlətlər birlik və bərabərliklərini qorumalıdır
16 Oktyabr 16:14
Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
16 Oktyabr 16:09
Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb
16 Oktyabr 16:03
Naqif Həmzəyev: İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmində olduğuna daha bir mesaj verdi
16 Oktyabr 16:00
Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
16 Oktyabr 15:57
Vüqar Rəhimzadə: Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir
16 Oktyabr 15:56
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16 Oktyabr 15:52
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azərbaycan Türk Şurasının Zirvə Görüşündə güclü nüfuza malik dövlət olduğunu bir daha sübut etdi
16 Oktyabr 15:48
Elçin Quliyev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın azadlığı uğrunda mübarizədə əsas ideoloji faktorlardan biridir
16 Oktyabr 15:46
İradə İbrahimova: Balıqların qadağan olunmuş alətlərlə ovlanmasına qarşı aksiyaya başladıq
16 Oktyabr 15:43
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16 Oktyabr 15:22
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir
16 Oktyabr 15:20
Bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün ciddi hazırlıq işləri görülür
16 Oktyabr 15:05
Tərtərdə "Müstəqilliyimiz əbədidir" şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib
16 Oktyabr 15:03
Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü Səbail rayonunda qeyd olunub
16 Oktyabr 14:55
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir
16 Oktyabr 14:35
Koreya Respublikası Milli Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Oktyabr 14:33
NATO-nun bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakı yüksək qiymətləndirilib
16 Oktyabr 14:31
Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir
16 Oktyabr 14:27
Akademik İsa Həbibbəyli: Azərbaycanda alimə dövlət səviyyəsində qiymət verilir
16 Oktyabr 14:22
ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirələr aparılıb
16 Oktyabr 14:20
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16 Oktyabr 14:17
Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
16 Oktyabr 14:15
Statistika Komitəsi: Ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb
16 Oktyabr 13:38
Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı etdiyi zorakılıq hərəkətləri ilə bağlı cinayət işi başlanıb
16 Oktyabr 13:26
Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü türkdilli ölkələrin birliyinin daha da güclənməsinə şərait yaradacaq
16 Oktyabr 13:21
Alim, müəllim, vətəndaş
16 Oktyabr 13:16
Paytaxt məktəblərində 48 min 814 şagird birinci sinifdə təhsil alır
16 Oktyabr 13:03
Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
16 Oktyabr 12:56
Türkiyə KİV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 12:49
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16 Oktyabr 12:42
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
16 Oktyabr 12:40
Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub
16 Oktyabr 12:36
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi
16 Oktyabr 12:06
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb
16 Oktyabr 12:05
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
16 Oktyabr 11:58
Şamaxıda “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi
16 Oktyabr 11:52
Prezident İlham Əliyev: Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir
16 Oktyabr 11:50
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18