A+   Yenilə  A-
Azərbaycanda əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi yüksək vətəndaş məmnunluğu yaradır

Prezident İlham Əliyev: Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir
Azərbaycan sosial dövlətdir. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq işsizliyin və yoxsulluğun azaldılmasına, insanların həyat səviyyəsinin yüksəldilməsinə, gəlir imkanlarının artırılmasına hesablanan davamlı tədbirlər həyata keçirilir. Belə məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmiz beynəlxalq dəyərləndirmələrdə də vurğulandığı kimi, insan inkişafı göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. Hazırda respublikamızda işsizlik və yoxsulluq təxminən 5 faiz səviyyəsindədir ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdəndir. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki çıxışında dövlət başçısı respublikamızda sosial sferanın prioritet olduğunu bir daha nəzərə çatdırıb.
Ümumiyyətlə, ölkəmizin dərinməzmunlu sosial siyasəti ardıcıl və kompleks səciyyə daşıyır. Respublikamızın bu sahədə beynəlxalq səviyyədə də yüksək dəyərləndirilən uğurlarını şərtləndirən bir sıra mühüm məqamlara diqqət çəkmək istərdik.
Ölkəmizin dərinməzmunlu sosial siyasəti möhkəm hüquqi bazaya əsaslanır
Hüquqi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda digər istiqamətlər kimi, əhalinin həyat şəraitinin davamlı olaraq yaxşılaşdırılmasını hədəfləyən sosial siyasət də ciddi konseptual yanaşmalar və möhkəm hüquqi baza əsasında reallaşdırılır. Təbii ki, bu zaman ölkəmizin müsbət reallıqları, iqtisadi potensialı, getdikcə artan maliyyə imkanları və əlbəttə qabaqcıl dünya təcrübəsi mütləq nəzərə alınır. Bütün bunlar da Azərbaycanın sosial siyasətinin səmərəliliyini artırır.
Ölkədə cəmiyyətin həssas kateqoriyadan olan qruplarının sosial xidmət hüququnun mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan Respublikasının Konstitusiyası tutur. Konstitusiyanın 38-ci maddəsində hər bir vətəndaşın sosial təminat hüququ təsbit olunur. Həmin maddəyə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Əsas Qanunun qəbulundan ötən dövrdə əhaliyə sosial xidmətlərin göstərilməsi sahəsində dövlət tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib, ölkənin sosial xidmət sisteminin inkişafının təmin edilməsi məqsədilə dövlət büdcəsindən davamlı maliyyə vəsaiti ayrılıb və sosial xidmətlərlə bağlı münasibətləri tənzimləyən bir sıra normativ-hüquqi aktlar qəbul edilib. Belə ki, müvafiq kateqoriyadan olan vətəndaşlara sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarının müəyyən edilməsi və bu sahədə yaranan münasibətlərinin tənzimlənməsi məqsədilə “Sosial xidmət haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və s. Azərbaycan Respublikasının qanunları qəbul edilib. Müvafiq sahədə milli qanunvericiliyin müasir inkişaf mərhələsi həm sosial xidmət hüququna malik şəxslərin dairəsini, həm də onlara göstərilən sosial yardımın forma və növlərini xeyli dərəcədə genişləndirib.
Eyni zamanda, respublikamız BMT-nin “Əlillərin hüquqları haqqında”, “Uşaq hüquqları haqqında”, “Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” konvensiyalarını, Avropa Şurasının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasını, Avropa Sosial Xartiyasını ratifikasiya edib, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə qoşulub. Bəhs olunan beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin daha səmərəli icrasını təmin etmək məqsədilə sosial xidmət sisteminin formalaşdırılması istiqamətində milli siyasəti, sosial inkişafın mahiyyətini və tənzimləmə mexanizmlərini özündə əks etdirən “2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya” hazırlanıb. Milli Strategiyada əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulub.
İlk DOST mərkəzinin fəaliyyətə başlaması sosial sferada effektiv institusional islahatların reallaşdırıldığına yaxşı nümunədir
Azərbaycan son 16 ildə dövlət idarəçiliyinin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığının yüksək səviyyədə təmin edilməsi istiqamətində böyük uğurlara imza atıb. Ölkəmizdə dövlət başçısının müvafiq Fərmanı əsasında altı il bundan əvvəl - 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. “ASAN xidmət” vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində müasir çağırışlara yüksək səviyyədə cavab verən istitusional qurumdur. Prezident İlham Əliyev Şəki “ASAN Həyat” kompleksinin əməkdaşları ilə görüşdəki çıxışında “ASAN xidmət”i milli brend kimi səciyyələndirib. “Mən dəfələrlə demişəm ki, “ASAN” Azərbaycanın milli brendidir. Biz öz intellektual məhsulumuzu vətəndaşlara təqdim edirik, eyni zamanda, dünyaya göstəririk ki, Azərbaycan bu sahədə də liderdir”, - deyə dövlət başçısı vurğulayıb.
Eyni zamanda, Azərbaycanın dərinməzmunlu sosial siyasətində institusional mexanizmlərin davamlı olaraq təkmilləşdirilməsi xətti mühüm yer tutur. Ölkəmizdə Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.
O cümlədən ilk DOST mərkəzinin fəaliyyətə başlaması sosial sferada effektiv institusional islahatların reallaşdırıldığına yaxşı nümunədir. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2019-cu il mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev DOST mərkəzinin yaradılmasından məmnunluğunu ifadə edib. Agentliyin işçilərini və “Gənc DOST” könüllülərini salamlayan Prezident İlham Əliyev deyib ki, “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir”.
Çıxışında DOST Agentliyinin yaradılması ilə bağlı məqama da toxunan dövlət başçısı “Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir”, - deyə vurğulayıb.
Bakıda fəaliyyətə başlayan ilk DOST mərkəzində xidmətin asanlaşdırılması məqsədilə elektron lövhələr və məlumat köşkü yaradılıb. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılıb. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. DOST mərkəzlərində proaktiv xidmətlər də göstərilir, vətəndaşlara bu və ya digər sosial hüquqları barədə məlumat verilir.
Qeyd edək ki, ilk DOST mərkəzi gün ərzində 350 vətəndaşı qəbul etmək imkanına malikdir. Burada “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” də var. Beləliklə, mərkəz vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən “bir pəncərə”yə müraciət edib və “bir pəncərə”dən faydalanmasına imkan verir.
Açılış mərasimində də vurğulandığı kimi, hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Agentlik DOST mərkəzləri vasitəsilə “bir pəncərə” prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək. Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev bildirib ki, yaradılan DOST mərkəzi müasir Azərbaycanın simasını əks etdirir: “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.
Ölkəmizdə sosial sferada aparılan institusional islahatlar çərçivəsində həmçinin Prezident İlham Əliyevin 2019-cu il 18 yanvar tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki üç müəssisə əsasında vahid qurum yaradılır. Fərmanın icrası olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyul 2019-cu il tarixli 337 nömrəli Qərarı ilə DSMF-nin nəzdindəki üç sosial xidmət müəssisəsi - “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” və “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” ləğv edilib və onların əsasında DSMF-nin nəzdində olmaqla Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin yaradılmasına başlanılıb. Burada məqsəd isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirməkdir.
Ölkədə sosial xidmətlərin asanlaşdırılması və əlçatanlığın təmin olunması istiqamətində məqsədyönlü tədbirlər görülür
Ölkəmizdə yaradılan ilk DOST mərkəzinin timsalında görürük ki, sosial xidmətlərin asanlaşdırılması və əlçatanlığın təmin olunması yüksək vətəndaş məmnunluğu yaradır. Fəaliyyət göstərdiyi qısa müddətdə 1 saylı DOST mərkəzinə 30000-ci vətəndaş müraciəti qeydə alınıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, mərkəzdə xidmətlərin göstərilməsi prosesi vətəndaş məmnunluğu prinsipinə uyğun qurulub. Bu günə olan məlumata əsasən, vətəndaşların DOST mərkəzindən tam məmnunluq səviyyəsi 93 faizi keçib, xidmətlərdən qismən məmnun vətəndaşlar isə 4 faiz təşkil edir.
Ümumiyyətlə, ölkəmizdə vətəndaşlara göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın təmin olunması istiqamətində görülən işlərin miqyası kifayət qədər genişdir. Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı sosial xidmətlər sistemində yeni bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə şərait yaradıb.
Sərəncamın icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri əsasında ilk mərhələdə 10 rayonda ahıllar üçün günərzi xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub. Mərkəzlərin 4-ü Bakı şəhərində, 6-sı Sumqayıt, Gəncə, Mingəçevir, Abşeron, Xaçmaz, Lənkəran şəhər və rayonlarında yaradılacaq. Bu mərkəzlərdə tənha ahıllar yarımstasionar şəkildə, yəni günərzi formasında sosial-məişət xidmətləri ilə təmin olunacaq, onların asudə vaxtlarının mənalı təşkili və s. istiqamətlərdə işlər aparılacaq.
Qeyd edək ki, hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Burada özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər daimi dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Reabilitasiya” altsistemi yaradılır. Altsistem nazirliyin reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) əlaqəli fəaliyyətinin qurulması üçün onlar arasında e-formada məlumat mübadiləsinə şərait yaradacaq. Əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu da TSEK-lər tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq. Bu da əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin də daha təkmil qurulmasına imkan verəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, qurum tərəfindən 2019-cu ildə 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizdə olan istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub.
Cari ilin birinci yarısında onlardan artıq 892 nəfər Quba, Qusar, Xaçmaz, Lənkəran rayonlarındakı istirahət mərkəzlərində istirahət ediblər.
Əlilliyi olan şəxslərin istirahətinin təşkili “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir. Proqramda əlilliyi olan şəxslərlə bağlı digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də yer alıb.
2019-cu ilin əvvəlindən həyata keçirilən sosial islahatların əhatə dairəsi kifayət qədər genişdir
Ölkəmizdə ötən il anonsu verilən böyük sosial paket cari ildə intensiv şəkildə həyata keçirilir. İki mərhələdə reallaşdırılan böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir. Ümumilikdə, hər iki sosial paketin dəyəri cari il üçün 2,3 milyard manat, növbəti il üçün isə 3 milyard manatdır. Bütövlükdə, cari ildə və perspektivdə reallaşdırılacaq sosial islahatların həyata keçirilməsinə 5,2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur. Prezident İlham Əliyev yuxarıda bəhs olunan müşavirədəki çıxışında milyonlarla insanın yeni sosial paketdən bəhrələnəcəyini bildirərək vurğulayıb: “Bildiyiniz kimi, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir”.
Respublikamızda cari ilin əvvəlindən Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamlar əsasında reallaşdırılan sosial islahatlar çərçivəsində 300 mini əlil şəxslər olmaqla 600 min vətəndaşın müavinət və təqaüdlərində orta hesabla 100 faiz, 500 minə qədər məcburi köçkünün müavinətində 50 faiz artımlar edilib, 100 mindən artıq tələbənin təqaüdləri ciddi şəkildə artırılıb, problemli kreditlərlə bağlı məsələ vətəndaşların mənafeyi nəzərə alınmaqla həllini tapıb, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi qaydaları sadələşdirilib. Respublikamızda müvafiq kateqoriyadan olan şəhid ailələrinin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi təmin edilir.
Çox böyük önəm daşıyan sosial təşəbbüslərdən biri də minimum əməkhaqqının və minimum pensiyaların artırılması ilə bağlıdır. Respublikamızda sentyabrın 1-dən etibarən minimum əməkhaqqı cari ildə ikinci dəfə artırılıb. Dövlət başçısının “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamına əsasən minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4770  |  
  • Tarix:  05-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

16 Oktyabr 22:34
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16 Oktyabr 22:29
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır
16 Oktyabr 22:18
Prezident İlham Əliyev: Hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən-ilə azaldaq
16 Oktyabr 22:13
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16 Oktyabr 22:09
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 21:37
Lerik rayonunda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
16 Oktyabr 21:31
“Azərbaycan Dəmir Yolları” MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir
16 Oktyabr 21:24
Astarada Dövlət Müstəqilliyi Günü bir sıra tədbirlərlə qeyd olunub
16 Oktyabr 21:18
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16 Oktyabr 21:17
Dövlət İdarəçilik Akademiyasında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd edilib
16 Oktyabr 21:14
Rektor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
16 Oktyabr 21:10
İsveçrədə keçirilən tədbirdə ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılmasından danışılıb
16 Oktyabr 20:59
Hərbi hissədə hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib
16 Oktyabr 20:56
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş
16 Oktyabr 20:50
Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib
16 Oktyabr 20:49
Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondu arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
16 Oktyabr 20:41
Rüstəm Cabbarov: Türk Şurasının tamhüquqlu üzvü olmaq Özbəkistanın xarici siyasətində tarixi bir addımdır
16 Oktyabr 20:34
Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış
16 Oktyabr 20:30
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir
16 Oktyabr 17:43
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
16 Oktyabr 17:42
2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
16 Oktyabr 17:39
İsmayıllı gənclərindən möhtəşəm yürüş
16 Oktyabr 17:34
Eldar İbrahimov: Ötən 10 il ərzində türkdilli dövlətlər arasında münasibətlər daha da güclənib
16 Oktyabr 17:31
Azərbaycan XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16 Oktyabr 17:21
Mirhəsən Seyidov: Türk Şurasının Bakıdakı Zirvə görüşü türk dünyası üçün yeni strateji inkişaf xəritəsi müəyyənləşdirdi
16 Oktyabr 17:18
Sevinc Fətəliyeva: Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir
16 Oktyabr 17:11
Politoloq: Azərbaycanın da yaxından iştirakı ilə türkdilli dövlətlərin əməkdaşlığının yeni platforması yaradılıb
16 Oktyabr 16:58
Azərbaycanda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb
16 Oktyabr 16:54
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb
16 Oktyabr 16:51
Koreya Respublikası Milli Assambleyasının sədri İçərişəhərlə tanış olub
16 Oktyabr 16:33
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır
16 Oktyabr 16:30
Bütün Türkdilli dövlətlər birlik və bərabərliklərini qorumalıdır
16 Oktyabr 16:14
Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
16 Oktyabr 16:09
Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb
16 Oktyabr 16:03
Naqif Həmzəyev: İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmində olduğuna daha bir mesaj verdi
16 Oktyabr 16:00
Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
16 Oktyabr 15:57
Vüqar Rəhimzadə: Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir
16 Oktyabr 15:56
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16 Oktyabr 15:52
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azərbaycan Türk Şurasının Zirvə Görüşündə güclü nüfuza malik dövlət olduğunu bir daha sübut etdi
16 Oktyabr 15:48
Elçin Quliyev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın azadlığı uğrunda mübarizədə əsas ideoloji faktorlardan biridir
16 Oktyabr 15:46
İradə İbrahimova: Balıqların qadağan olunmuş alətlərlə ovlanmasına qarşı aksiyaya başladıq
16 Oktyabr 15:43
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16 Oktyabr 15:22
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir
16 Oktyabr 15:20
Bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün ciddi hazırlıq işləri görülür
16 Oktyabr 15:05
Tərtərdə "Müstəqilliyimiz əbədidir" şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib
16 Oktyabr 15:03
Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü Səbail rayonunda qeyd olunub
16 Oktyabr 14:55
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir
16 Oktyabr 14:35
Koreya Respublikası Milli Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Oktyabr 14:33
NATO-nun bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakı yüksək qiymətləndirilib
16 Oktyabr 14:31
Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir
16 Oktyabr 14:27
Akademik İsa Həbibbəyli: Azərbaycanda alimə dövlət səviyyəsində qiymət verilir
16 Oktyabr 14:22
ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirələr aparılıb
16 Oktyabr 14:20
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16 Oktyabr 14:17
Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
16 Oktyabr 14:15
Statistika Komitəsi: Ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb
16 Oktyabr 13:38
Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı etdiyi zorakılıq hərəkətləri ilə bağlı cinayət işi başlanıb
16 Oktyabr 13:26
Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü türkdilli ölkələrin birliyinin daha da güclənməsinə şərait yaradacaq
16 Oktyabr 13:21
Alim, müəllim, vətəndaş
16 Oktyabr 13:16
Paytaxt məktəblərində 48 min 814 şagird birinci sinifdə təhsil alır
16 Oktyabr 13:03
Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
16 Oktyabr 12:56
Türkiyə KİV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 12:49
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16 Oktyabr 12:42
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
16 Oktyabr 12:40
Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub
16 Oktyabr 12:36
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi
16 Oktyabr 12:06
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb
16 Oktyabr 12:05
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
16 Oktyabr 11:58
Şamaxıda “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi
16 Oktyabr 11:52
Prezident İlham Əliyev: Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir
16 Oktyabr 11:50
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18