A+   Yenilə  A-
Azərbaycanın regionlarında heyvandarlığın inkişafına böyük diqqət göstərilir

Bölgələrdə bu istiqamətdə ardıcıl və kompleks xarakterli tədbirlər həyata keçirilir, mühüm nəticələr əldə olunur
Məlum olduğu kimi, Azərbaycanda bütün sahələrin paralel inkişafı strateji məqsəd kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli iqtisadi siyasət dinamik inkişafı təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə digər sahələrlə yanaşı, aqrar sektorda da yüksək inkişaf müşahidə edilir. Bu kontekstdə heyvandarlığın inkişafı istiqamətində görülən məqsədyönlü işlər də xüsusi əhəmiyyətə malikdir. Yeri gəlmişkən, 2019-cu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3 faiz artaraq 289,3 min ton olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, süd istehsalı 1,7 faiz artaraq 1 milyon 219,2 min ton, yumurta istehsalı 6,9 faiz artaraq 1 milyon 93,4 milyon ədəd və yun istehsalı 1,5 faiz artaraq 14,9 min ton təşkil edib. Bundan başqa, ölkədə 643,2 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.
Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın regionlarında heyvandarlığın inkişafı istiqamətində davam etdirilən tədbirlər uğurlu nəticələrlə yadda qalır. Statistik göstəricilər də bu reallığı təsdiqləyir. Məsələn, Astara rayonunda bu ilin altı ayında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,4 faiz artaraq 1944,0 ton, süd istehsalı 0,7 faiz artaraq 13674,6 ton, yumurta istehsalı 0,1 faiz artaraq 4515,0 min ədəd təşkil edib. 2019-cu il iyulun 1-i vəziyyətinə rayon üzrə 40320 baş iribuynuzlu mal-qara, o cümlədən 19777 baş inək və camış, 21165 baş qoyun və keçi qeydə alınıb. İribuynuzlu mal-qaranın 49 faizini inək və camışlar təşkil edir.
Samuxda isə bu ilin birinci yarısında rayonun təsərrüfatlarında 23558 baş iribuynuzlu mal-qara, 146286 baş qoyun və keçi olub. İribuynuzlu mal-qaranın 747 başı kənd təsərrüfatı müəssisələrində, 23558 başı isə əhali təsərrüfatlarında, qoyun və keçilərin 19013 başı kənd təsərrüfatı müəssisələrində, 146286 başı isə əhali təsərrüfatlarında qeydə alınıb. İlin birinci yarısında diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 2,4 faiz artaraq 2731 ton, süd istehsalı 12,7 faiz artaraq 14795 ton, yumurta istehsalı 12,5 faiz artaraq 4935 min ədəd, yun istehsalı isə 245 ton olub. Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 43537,5 min manat olub ki, bunun da 21653,7 min manatını və ya 49,7 faizini heyvandarlıq məhsulları təşkil edib.
Heyvandarlığın inkişafı Şəki rayonunda da diqqət mərkəzindədir. Belə ki, cari ilin 7 ayında rayonda 4034 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə təsərrüfatlarda süni mayalanma yolu ilə 1965 baş buzov alınıb. Yeddi ayda Şəki rayonu üzrə 1342 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 1644 baş cinsi yaxşılaşdırılmış buzova görə 164 min 400 manat subsidiya ödənilib. Bu barədə KİV-ə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib. Qurumun rəsmisi bildirib ki, heyvanların süni yolla mayalandırılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına təsir göstərən ən mühüm amillərdəndir. Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat məbləğində subsidiya ödənişi tətbiq olunduqdan sonra Şəki rayonunda süni mayalandırılan heyvanların sayı əvvəlki illərə nisbətən bir neçə dəfə artıb. Bildirilib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək məhsul istehsalçıları tərəfindən rayona dövlətin güzəştli şərtləri ilə satılan 384 baş damazlıq düyə alınıb gətirilib. Sektor müdiri bu işin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Kənd təsərrüfatı rayonu olan Sabirabadda da heyvandarlıq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda bu sahəni müasir texnologiyalar əsasında inkişaf etdirmək məqsədilə son illər bir sıra mühüm tədbirlər həyata keçirilib, Bulaqlı, Nərimankənd, Surra və digər kəndlərdə heyvandarlıq kompleksləri tikilib, iri heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılıb. Görülən işlər nəticəsində rayonda iribuynuzlu mal-qaranın baş sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 845 baş artaraq 121 min 884 başa, qoyun-keçilərin sayı isə 4 min 26 baş artaraq 230 min 244 başa çatıb. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib. Cari ilin ötən ayları ərzində rayonda ət istehsalı 9 min 120 ton diri çəkidə, süd istehsalı 59 min 29 ton, yun istehsalı 589 ton, yumurta istehsalı isə 37 milyon 645 min ədəd olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ətdən 368, süddən 2 min 426, yundan 24 ton, yumurta istehsalından isə 4 milyon 777 min ədəd çoxdur. Sabirabadda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. Daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi məqsədilə rayonda 17 süni mayalandırma məntəqəsi yaradılıb. Ötən yeddi ayda iribuynuzlu mal-qaradan süni mayalandırma yolu ilə 3 min 134 baş cins tərkibi yaxşılaşdırılmış bala alınıb. Alınan buzovlara görə maldarlara 313 min 400 manat subsidiya ödənilib. Qeyd edək ki, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında saxlanılan mal-qaranın 85-90 faizi cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.
Ağsu rayonunun heyvandarları da cari ilin ötən 8 ayını uğurla başa vurublar. Verilən məlumata görə, kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda intensiv artım davam edib, bütün sahələr üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. 8 ayda ət istehsalı 12 ton artaraq 3340 tona çatıb. Bu müddətdə 18 min 966 ton süd, 7 milyon 801 min ədəd yumurta, 310 ton yun istehsal olunub və artım müvafiq olaraq 75 ton, 214 min ədəd və 2 ton təşkil edib.
Şamaxı heyvandarları da əsas göstəricilər üzrə məhsul istehsalında cari ilin yanvar-avqust aylarını uğurlu nəticələrlə başa vurublar. Rayonda ət, süd və yumurta istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. 2019-cu ilin səkkiz ayında Şamaxıda diri çəkidə 2689,9 ton ət istehsal olunub. Bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 522,5 ton çoxdur. Süd və yumurta istehsalında da nəticələr yaxşıdır. Belə ki, səkkiz ayda süd istehsalı 5699,9 ton artaraq 19 min 258,8 tona, yumurta istehsalı 2 milyon 907 min ədəd artaraq 11 milyon 720 min ədədə çatıb.
Bütövlükdə, ölkəmizdə heyvandarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. Yeri gəlmişkən, heyvandarlıqla məşğul olan fermerlərə təlimlər keçirilməsi də bu sahədə qarşıya qoyulan hədəflərə çatmaq üçün mühüm əhəmiyyətə malikdir. Məlumat üçün qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Ağstafa rayonunda heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup fermerə “Xırdabuynuzlu heyvanların çiçək xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib. 14 fermerin iştirak etdiyi təlim agentliyin Ağstafa rayon Baytarlıq İdarəsinin rəisi Nofəl Qasımov tərəfindən aparılıb. Təlimdə xırdabuynuzlu heyvanlar arasında qeydə alınan infeksion xəstəliklər barədə məlumat verilib. Bildirilib ki, xırdabuynuzlu heyvanlara ən çox zərər verən infeksion xəstəliklərdən biri də çiçək xəstəliyidir. Çiçək xəstəliyinin inkubasiya müddətinin 4-12 gün davam etdiyi, onun zəiflik, temperaturun 41-42°C-yə yüksəlməsi, selikli qişaların hiperemiyası, burun və gözdən əvvəlcə selikli-irinli axıntı, nəbz və tənəffüs tezləşməsi, iştahanın itməsi ilə başladığı təlim iştirakçılarının diqqətinə çatdırılıb. 1-4 gündən sonra başın dərisində (gözlərin və burunun ətrafında), yelində, ətrafların daxili hissəsində roziolalar, onlardan isə 12-15 millimetr diametrli papulalar inkişaf edir, buradakı toxumalar ölür və qaysaqlanıb düşür. İrinləmə mərhələsi (pustula) ağız, burun boşluqlarının və gözün selikli qişalarının pozulması zamanı qeyd edilir və qoyunların ümumi vəziyyətinin ağırlaşması, bədən temperaturunun yüksəlməsi ilə davam edir. Xəstəliyin mərhələlərinin ümumi müddəti 3-4 həftə çəkir və çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə qeydə alınarsa, balasalma baş verə bilər. Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr - pnevmoniya, qastroenterit, irinli artrit və korluq yaranır. Xəstəliyin ilkin proqnozu zamanı ölüm 2-3, yayılmış və hemoroji çiçək zamanı isə 100 faizədək ola bilər. Tədbirdə həmçinin xəstəliyə yoluxma və ondan qorunma yolları haqqında təlim iştirakçılarına məlumat verilib. Xəstəlikdən qorunmağın ən etibarlı yolunun vaksinasiya olduğu vurğulanıb. Həmçinin qeyd edilib ki, cari il ərzində Ağstafa rayonunda 171 min 662 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Bununla yanaşı, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. Heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə həmin xəstəliklərin qarşısının alınması və onların idarə olunması, mövsümlə əlaqədar qeydə alınan xəstəliklər və onlarla mübarizə üsulları, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası barədə məlumatlar verilib. Təlimin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Göründüyü kimi, Azərbaycanın regionlarında heyvandarlığın inkişafına böyük diqqət göstərilir. Bölgələrdə bu istiqamətdə ardıcıl və kompleks xarakterli tədbirlər uğurla davam etdirilir, mühüm nəticələr əldə olunur.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  2310  |  
  • Tarix:  05-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

20 Oktyabr 17:38
Əli Əhmədov: İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək
20 Oktyabr 16:41
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20 Oktyabr 16:31
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
20 Oktyabr 14:55
Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb
20 Oktyabr 14:38
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
20 Oktyabr 13:31
Sabah əksər bölgələrdə hava əsasən yağmursuz olacaq
20 Oktyabr 11:45
Polşada ixracatçılar üçün seminar keçirilib
20 Oktyabr 11:18
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20 Oktyabr 10:53
Filarmoniyada Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib
20 Oktyabr 10:50
Oktyabrın 20-si Energetiklər Günüdür
19 Oktyabr 18:17
Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 17:54
On dörd müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb
19 Oktyabr 17:40
BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb
19 Oktyabr 17:29
Azərbaycanın Xarici İşlə Nazirliyi Fransanın Lion inzibati məhkəməsinin qərarını alqışlayır
19 Oktyabr 17:05
Səfir Kestutis Yankauskas: Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq
19 Oktyabr 17:03
Səfir: Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü alqışa layiqdir
19 Oktyabr 16:58
Əli Əhmədov: Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər
19 Oktyabr 14:57
Çin Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir
19 Oktyabr 14:04
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
19 Oktyabr 13:59
Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
19 Oktyabr 13:55
ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür
19 Oktyabr 13:39
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19 Oktyabr 13:34
Vüsal Hüseynov: Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər
19 Oktyabr 13:29
Şahin İsmayılov: Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır
19 Oktyabr 13:23
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib
19 Oktyabr 13:20
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19 Oktyabr 13:12
Sevinc Hüseynova: Dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək
19 Oktyabr 13:01
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
19 Oktyabr 12:55
Prezident Mun Ce-in: Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözləyirəm
19 Oktyabr 12:22
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
19 Oktyabr 12:19
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb
19 Oktyabr 12:17
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatıb
19 Oktyabr 12:16
Aktiv məşğulluq tədbirləri nəticəsində gələn il 130 min nəfər işlə təmin olunacaq
19 Oktyabr 12:03
Necdət Ünüvar: Bakıdakı yüksək təşkilatçılıq Türk Şurasının siyasi nüfuzunu daha da yüksəltdi
19 Oktyabr 11:55
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri var
19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA