Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 26 ildə dəyişməyən təfəkkür...

26 ildə dəyişməyən təfəkkür...

21.08.2019 [09:33]

Yaxud Əli Kərimli ilə “Relax” istirahət mərkəzində qanunun tətbiqinə qarşı çıxanlar arasında heç bir fərq yoxdur
Radikal müxalifət düşərgəsinin, ən əsası isə ermənipərəst mərkəzlərin bu düşərgəyə verdikləri ianə payına təkbaşına sahiblənmək üçün dəridən-qabıqdan çıxan Əli Kərimlinin ötən 26 ildə təfəkküründə heç nə dəyişməyib. İllərdir ki, anti-azərbaycançı mərkəzlərin əlində oyuncağa çevrilən, Azərbaycana qarşı hazırlanan planlarda ön sıralarda səf tutan, öz korporativ maraqlarına görə dövlət və xalq mənafeyinə qarşı dayanmağı özünə peşə seçən Ə.Kərimli yenə də ampluasındadır. Bu günlərdə “Relax” istirahət mərkəzində baş verən hadisəyə və həmin hadisə ilə bağlı qanunun tələbləri çərçivəsində görülmüş tədbirlərə “özünəməxsus yanaşma” sərgiləyən Əli Kərimli bir daha siyasi cəhətdən nə qədər səbatsız olduğunu ortaya qoydu. Gecə-gündüz sinəsinə döyərək özünü “hüquqşünas” adlandıran Əli Kərimli bu məsələ ilə bağlı sosial şəbəkədə etdiyi paylaşımla hansı cılız və natamam təfəkkürə malik olduğunu bir daha nümayiş etdirdi.
Əslində Əli Kərimlini Azərbaycan cəmiyyəti yaxşı tanıyır. Və nəinki onun, hətta təmsil olunduğu AXC-“Müsavat” hakimiyyətinin digər “başbilənlərinin” də bu xalqın, dövlətin başına nələr gətirdikləri hər kəsin yaddaşındadır. Həmin dövrdə hətta daxili işlər nazirinin bir jurnalisti döyməsi, maşının yük yerinə salması, ona kağız yedirtməsi kimi qanunsuzluqla dolu hərəkətlər baş vermişdi. Amma Əli Kərimlinin dövlət katibi olduğu AXC-“Müsavat” hakimiyyəti qanunun aliliyin təmin etmək yerinə heç “tükünü belə tərpətməmişdi”.
Həmin Əli Kərimlinin təmsil olunduğu AXC-“Müsavat” hakimiyyətinin ayrı-ayrı rəsmiləri - İsa Qəmbərin, Pənah Hüseynovun, Rəhim Qazıyevin, İsgəndər Həmidovun və başqalarının ətrafındakı qanunsuz dəstələr hətta evlərə soxulur, insanları talayır, Bakının mərkəzində silahlı qarşıdurmalar yaradırdı. Bununla belə, bu hərəkətləri edənlərin heç biri cəzalandırılmırdı.
AXC-“Müsavat” hakimiyyət dövründə rüşvətxorluq, qanunsuzluq hətta dövlətin ən ali postlarını zəbt etmiş şəxslər - içi Əli Kərimli qarışıq, hər kəs tərəfindən etiraf edilirdi. Dövlət müşavirələrində alınan rüşvətlərin miqdarı, baş verən qanunsuzluqların saysız olması müzakirə olunurdu.
Əli Kərimlinin dövlət katibi postu tutduğu hakimiyyətin dövründə ölkə rəhbərliyində təmsil olunan və ya AXC-“Müsavat” hakimiyyətinin “sevimlilərindən” sayılan şəxslər xarici ölkələrin xüsusi xidmət orqanları ilə “əməkdaşlıq edirdi”. Ən bariz nümunə Leyla Yunusun ermənilərə işləməsi idi...
Bir sözlə, “Cəbhə hakimiyyəti” dövründə baş verən qanunsuzluqlar, hətta harınlamış silahlı dəstələr tərəfindən törədilən və üstü bağlanan qətllər bu gün də “dillərdə dastandır”. Hər kəs həmin günlərdə küçələrdə insanlara hücum edən silahlı dəstələri və onlara havadarlıq edən “cəbhə”çi “liderləri” yaxşı xatırlayır.
Maraqlıdır ki, Əli Kərimli və onun kimilər bu gün “Relax”da baş verənləri və bununla bağlı atılan qanuni addımları niyə “fərqli rakursdan” dəyərləndirməyə çalışır, bunu qarayaxma kampaniyası predmetinə çevirir? Bunun adı müxalifətçilik deyil, dövlətin funksional idarəetmə aparatı ilə düşmənçilik aparılmasıdır. Görünən budur ki, Əli Kərimli hələ də dövlətə ədaləti təmin edən sosial institut kimi deyil, AXC-“Müsavat” hakimiyyəti dövründə olduğu kimi şəxsi cəzalandırma vasitəsi kimi yanaşır. Amma Əli Kərimli həyatının bütün dönəmlərində olduğu kimi, bu dəfə də yanılır. Azərbaycan dövlətində qanunun aliliyi təmin edilib və qanun pozuntusu qarşılığında seçilən cəza da məhz qanuna əsaslanır. Əli Kərimli bunu anlamırsa və ya özünü anlaqsız göstərməyə çalışırsa, deməli “Relax” istirahət mərkəzində qanunun tətbiqinə qarşı çıxanlarla onun arasında heç bir fərq yoxdur.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 382 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30