A+   Yenilə  A-
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov “Xəzər hövzəsində və ətrafında enerji balansı siyasəti” mövzusunda “ADA” Universitetində keçirilən 13-cü illik Bakı Yay Enerji Məktəbində çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, E.Məmmədyarov ənənəvi tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək, enerji təhlükəsizliyinin Azərbaycan üçün əhəmiyyəti və regional siyasətin balanslaşdırılmasına töhfəsindən danışıb.
Nazir qeyd edib ki, bizim üçün enerji təhlükəsizliyi karbohidrogen ehtiyatlarının hasilatı, onları istehsal etmək və bazarlara nəql etmək üçün davamlılıq nümayiş etdirmək və bütün risklərə tab gətirmək qabiliyyətidir. E.Məmmədyarov bu baxımdan enerji təhlükəsizliyinin bir neçə faktordan asılı olduğunu vurğulayaraq deyib ki, enerji təhlükəsizliyi yalnız boru kəmərlərində baş vermir. Əslində, bu, geologiyadan başlayır. Əgər biz hətta boru kəmərləri çəkməmişdən əvvəl, yuxarı axında balanslı, davamlı və səmərəli layihələri təmin edə bilməyəcəyiksə, bizim istehsal etməyimiz və sata bilməyimiz mümkün deyil. Risklər çox yüksəkdir. Geofiziki və ya texnoloji xüsusiyyətlərdən başqa, onlar siyasi xarakter də daşıyırlar. Beləliklə, enerji diplomatiyamızın vəzifəsi riskləri qarşılamaq və uğur qazanmaq naminə mürəkkəb və çoxmilyardlı layihələr həyata keçirmək üçün əlverişli siyasi-diplomatik landşaft yaratmaqdır. Geoloji risklərə diplomatik qayğı vacibdir, sadə bir göstərici baxımından: enerji resurslarının hasilatı və satışı ortalama 10-15 ildir. Bundan əlavə, enerji daşıyıcılarının tədarükü və nəql müddətləri orta hesabla 30-40 il, hətta daha çox çəkir. Bu, ciddi bir enerji layihəsi üçün minimal müddətdir. Beləliklə, əgər siz özünüzü yuxarı axın (geoloji) siyasətinə uyğun şəkildə hazırlasanız müvəffəqiyyətin yarısını əldə etmisiniz deməkdir.
Digər faktordan danışan Xarici İşlər naziri bildirib ki, enerji təhlükəsizliyi tələbin təhlükəsizliyinə mütənasibdir - bu, enerji resurslarımızın alıcıları və bazarların bizim xam neft və ya təbii qaza nə qədər ehtiyacı var deməkdir. Yəni, alıcılar kommersiya mallarının təmin edilməsi üçün əlverişli siyasi və tənzimləyici mühit yaratmalıdırlar. Buna görə də, daha çox təchiz etmək üçün siyasətçilər bizə stimul və daha güclü ismarıclar verməlidirlər.
Bununla yanaşı, enerji təhlükəsizliyinin uğurları, həmçinin xarici şirkətlərə necə münasibət bəslədiyinizdən asılıdır. Onların uzun illər ərzində hasil və istehsal etməsinə imkan yaradan, eləcə də investor və tərəfdaş hüquqlarını qoruyan bir mühitdə fəaliyyətini təmin etmək üçün maliyyə, sərmayə və hüquqi rejimi necə yaratmağınız çox önəmlidir. Azərbaycan artıq buna nail olub və məhz bu səbəbdən də özünü etibarlılığı ön görülə bilinən, siyasi sabit bir tərəfdaş kimi sübut edib. Beləliklə, enerji layihələrində liberal investisiya və ticarət rejiminin qorunması müvəffəqiyyət üçün vacibdir. Burada xüsusilə qeyd etmək istərdim ki, bu müvəffəqiyyətimiz, həmin dövrdə prezidentimiz olmuş cənab Heydər Əliyevin o zaman bölgədə baş verən qarışıqlıq və Azərbaycanı nə gözləməsinin qeyri-müəyyənliyi dövründə dünya və xarici investisiyalara açılmaq kimi cəsarətli qərarı və liderlik keyfiyyəti ilə bilavasitə bağlı olub.
Daha bir faktor kimi, boru kəmərləri məsələsini qeyd edən nazir bu baxımdan Cənub Qaz Dəhlizini vurğulayıb. Bildirib ki, bu strateji boru kəmərləri kompleksi ətrafında proses 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında Birgə Bəyannamənin imzalanması ilə başlayıb. Bu imza siyasi xarakter daşısa da, biz və tərəfdaşlarımız üçün çox şeyi ehtiva edirdi. Bu imza tərəfdaşımız qarşısında təbii qazın Aİ sərhədinə gətirilməsi üçün əlimizdən gələni əsirgəməmək kimi bir öhdəlik götürməyi nəzərdə tutur. Aİ tərəfindən isə bu imza, boru kəmərləri və ya birləşdiricilərin (interkonnektorların) qurulması və ya enerji təchizatı üçün əlçatan olması məqsədilə əlverişli bir mühitin yaradılmasını ehtiva edir. Ancaq inşa etməzdən əvvəl, inşa edərkən və təchiz etməyə başladıqdan sonra bu, xam neft və ya təbii qaz molekulu olsa belə yenə də əmtəədir. Beləliklə, əslində enerjidən danışdıqlarımızın hamısı (geologiya, təhlükəsizlik, boru kəmərləri, təchizat) ticarət məsələsidir. Enerji sahəsində ticarət maraqlarını qorumaq üçün Azərbaycan boru kəmərləri şəbəkəsini qurur və bir sıra müqavilələrə imza atır. Strateji planlaşdırma, tərəfdaşlıq (koalisiya) qurma, risklərin azaldılması baxımından, bu iş böyük diplomatik dəstək tələb edir. Bu, riskləri minimuma endirmək və mənfəəti artırmaq üçün siyasi coğrafiyadan necə istifadə edə biləcəyinizdən asılıdır. Biznesdə olduğu kimi, yəni sərmayə qoyarkən və sərmayədən gələn gəlirləri hesabladığın kimi, diplomatiyada da tərəfdaşlarla ağıllı şəkildə investisiya qoyur və siyasi kapitalda yüksək mənfəəti təmin edirsən. Bu, cəmi “sıfır” olan oyun deyil. Bu, əslində hər iki tərəfin qələbə qazanacağı formula olmalıdır. Boru kəmərləri canlı varlıqlar kimidir. Onlar bizə tərəfdaş olan ölkələrlə etibarlı əlaqələr şəraitində yaranır və mövcud olurlar. Beləliklə, boru kəmərləri malların daşınmasının baş tutduğu orta axındır, neft-qaz sənayesi əməliyyatlarının bir mərhələsidir. Enerji ehtiyatlarımızın Azərbaycana ən çox dost münasibəti bəsləyən və dəstəkləyən ölkələrdən keçməklə nəql olunmasını istəyirik. Siyasi baxımdan yanaşsaq, boru kəməri enerji təhlükəsizliyi ilə bağlı danışıqların ən çox intensivləşdiyi yerdir. Amma bu proses yaradıcı və siyasi cəhətdən sağlam olmalıdır. Heç bir boru kəməri layihəsi siyasi cəhətdən sağlam quruluşa malik olmazsa kommersiya baxımından uğurlu ola bilməz. Enerji təhlükəsizliyimizin arxitekturasının başqa bir təməlini, yəni boru kəmərlərinin diversifikasiyasını unutmamalıyıq. Şəbəkə nə qədər geniş olarsa, enerji axınında yaranan problemlərlə üzləşərkən daha az risklər meydana çıxar. Regional enerji arxitekturasının gələcək inkişafı etibarlı interkonnektorlar şəbəkələrinin inkişafından asılıdır. Ancaq çatışmayan və ya lazımınca istifadə olunmayan infrastruktur səbəbindən gecikmələr hələ də mövcuddur. Avropada regional interkonnektorlara az sərmayə qoyulur. Buna görə də biz Avropada İnterkonnektor Yunanıstan-Bolqarıstan, İon-Adriatik Boru Kəməri və İnterkonnektor Türkiyə-Bolqarıstan kimi bəzi interkonnektor infrastrukturlarını Cənub Qaz Dəhlizinin gələcək bazarlara genişləndirilməsi və təbliği, habelə iqtisadi əməkdaşlığın və enerji təhlükəsizliyinin inkişaf etdirilməsi məqsədini güdən uzunmüddətli sabit və etibarlı qaz təchizatının təmin edilməsi baxımından potensial layihələr hesab edirik.
E.Məmmədyarov diqqətə çatdırıb ki, enerji təhlükəsizliyi həm də bazara çıxışdan ibarətdir. Bu, təkcə enerji mallarını necə istehsal etmək və nəql etməkdən ibarət deyil. Bu, həmçinin bazara çatmaq və girməkdə necə uğurlu olmaqdan ibarətdir. Azərbaycan, əslində, yeganə istehsalçı və ya daşıyıcı deyil, bazarlar axtaran, bazarları öyrənən və bazar imkanlarından istifadə etmək və hətta yaratmaq istəyən fəal təchizatçıdır. Bazarı, qanunvericiliyi və ya onu idarə edən tənzimləmə mexanizmini bilmədən buna nail olmaq çətindir. Bazara çıxış da ticarət məsələsidir. Belə ki, biz edə biləcəyimiz və ya etməli olduğumuz zaman diplomatik yolla siyasi-qanunverici dəstək göstəririk. Enerji diplomatiyamızın vəzifələrindən biri bazarlarda baş verən siyasi prosesləri araşdırmaq, siyasi proqnoz vermək və bazarlarda sabit enerji axını və ya enerji sərmayələrini necə təmin etmək istiqamətində məsləhət verməkdir. Beləliklə, Azərbaycan üçün Cənub Qaz Dəhlizi yalnız bir boru kəməri deyil. Bu, Avropa bazarına çıxışın əldə olunması hədəfidir.
“Sonuncu, bəlkə də ən vacibi isə Azərbaycan üçün enerji təhlükəsizliyinin milli təhlükəsizlik məsələsi olmasıdır. Fəlsəfəmiz, enerji resurslarının milli təhlükəsizliyimizə yüksək əhəmiyyətə malik bir dəyər qatmalı və Azərbaycanın regional sabitlik və inkişaf perspektivlərini bölüşən bütün maraqlı iştirakçılar üçün daha güclü siyasi-iqtisadi əməkdaşlıq mühiti yaratmalı olduğu inancına əsaslanır. Suveren hüquqlar haqqında “Google”da axtarış etsəniz “Dövlətlərin təbii sərvətləri üzərində daimi suverenliyi” haqqında bir çox ədəbiyyat tapa bilərsiniz. Bu, axtarış, istehsal və bu resurslardan istifadə üzrə suverenlik məsələsi barədə çox şeyi deyir. Beləliklə, təbii (enerji) resursları nə vaxt, necə və kiminlə bölüşmək milli təhlükəsizlik məsələsidir. Hər şeydən öncə, milli təhlükəsizlik prioritetdir; biznes və bazarlar isə bundan sonra gəlir.
“Gördüyünüz kimi, enerji diplomatiyasını həll etmək və regionda müxtəlif maraqları nəzərə almaqla balanslaşdırmaqda çətinliklər mövcuddur. Əslində, diplomatlar bu problemləri imkanlara çevirməyə qadir olmalıdırlar.
Təşəbbüskarı olduğumuz və təşviq etdiyimiz layihələr yalnız Azərbaycanın siyasi müstəqilliyini və iqtisadi rifahını təmin etmək üçün mühüm rol oynamayacaq, eyni zamanda, bütövlükdə regionun inkişafına və Avropa ilə Asiya arasında siyasi və ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəkdir. Onlar Azərbaycanı möhkəmləndirirlər. Onlar tərəfdaşlarımızı möhkəmləndirirlər. Məsələn, Cənub Qaz Dəhlizini götürün. Çətiri altında o, bir istehsalçı ölkəni (Azərbaycan), tərəfdaş və Aİ üzvlüyünə namizədlər olan tranzit ölkələri və istehlakçını (Avropa) bir araya gətirir”, - deyə nazir E.Məmmədyarov bildirib.

 
  • Oxunub:  7860  |  
  • Tarix:  20-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq
27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4