Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi yeni layihəsinin icrasına başlayıb

Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi yeni layihəsinin icrasına başlayıb

16.07.2019 [16:36]

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb.
Mərkəzdən verilən məlumata görə, iyul-noyabr ayları ərzində 4 aylıq müddətdə icra olunacaq layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər" istiqaməti üzrə qalib olub.
Layihə çərçivəsində Azərbaycanda yaşayan bir sıra xalqların tarixi, dili, etnik tərkibi, etimologiyası, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazıların dərc edilməsi nəzərdə tutulur. Məqalələr Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanacaq.
Vurğulayaq ki, 10 yazının mətbuat orqanı vasitəsilə oxuculara təqdim olunması prosesi başa çatdıqdan sonra həmin məqalələrdən ibarət kitabça nəşr edilərək KİV orqanlarına hədiyyə veriləcək. Layihəyə rəhbərlik edən JEM sədri Ceyhun Musaoğlu Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Əliağa Məmmədli və qurumun əməkdaşları ilə görüşüb. Layihənin mahiyyəti barədə fikir mübadiləsinin aparıldığı görüşdə alimlərin iştirakı ilə görüləcək işlərin detalları dəqiqləşdirilib.
JEM sədri layihəyə donorluq edən QHT Şurasının mütərəqqi ideyalara daim dəstək verdiyini diqqətə çatdıraraq, vətəndaş cəmiyyətinin inkişafında bu qurumun göstərdiyi müstəsna xidmətlərdən söz açıb.
Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla 2016-cı ilin "Multikulturalizm ili" elan olunduğunu xatırladan Ə.Məmmədli həmin dövrdə keçirilən tədbirlərin növbəti illərdə də davamlı xarakter daşımasını təqdirəlayiq ənənə kimi dəyərləndirib. Azsaylı xalqlar haqqında ərsəyə gələcək məqalələrdə azlıqların mədəni irsinin lakonik üslubda yazılmasının məqsədəuyğun olduğunu deyən Ə.Məmmədli ərsəyə gələn kitabçadan jurnalistlərin rahat və lazımlı istifadəsi üçün belə yanaşmanın vacibliyini vurğulayıb.
Görüşdə layihənin icrası ilə bağlı bütün detallar ətrafında qarşılıqlı razılaşma əldə olunub.

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30