Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Təhsil Nazirliyində Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

Təhsil Nazirliyində Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

16.07.2019 [09:44]

İyulun 15-də Təhsil Nazirliyində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Təhsil Nazirliyi üzrə ərazi ilk partiya təşkilatı və nazirliyin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib.
Tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayiş etdirilməsi ilə başlayıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov Ulu Öndərin xatirəsinin hər zaman böyük ehtiramla anıldığını diqqətə çatdıraraq bildirib ki, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsilin inkişafı, təhsil işçilərinə müntəzəm diqqət və qayğı Ümummilli Liderin ciddi önəm verdiyi prioritet istiqamətlərdən biri olub. Nazir müavini vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təhsil islahatları nəticəsində Azərbaycan təhsilinin bütün pillələrində mühüm nailiyyətlər əldə olunub, həmçinin gənclərin xaricdə təhsil imkanları genişləndirilib.
Firudin Qurbanov Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının, təhsil sahəsinə göstərdiyi diqqət və qayğının hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.
Tədbirdə daha sonra çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində müstəsna xidmətlərindən söz açıb, Ümummilli Liderlə bağlı bir çox tarixi məqamları qeyd edib.

Paylaş:
Baxılıb: 345 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30