Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin ikinci turu gənclərdə xoş təəssürat yaradıb

YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin ikinci turu gənclərdə xoş təəssürat yaradıb

16.07.2019 [09:41]

Həsən Daşdəmirov, YAP Mərkəzi Aparatının məsul şəxsi: Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan Yeni Azərbaycan Partiyası hər zaman gənclərin inkişafı ilə bağlı məsələlərdə fəallığı ilə seçilib. Bu mənada YAP Gənclər Birliyinin üzvləri də daim milli maraqlarımızın qorunması, inkişaf etdirilməsi işində fəallıq nümayiş etdirirlər. Partiyamız tərəfindən həyata keçirilən yay məktəbləri gənclər arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Yay məktəbləri partiyamızın ən uğurlu layihələrindəndir. Əminəm ki, burada keçirdiyi günlər gənclərimizin yaddaşında xoş xatirələrlə qalacaq.

 

 

 

 

 

Şəfəq Əhmədova, YAP Gənclər Birliyi Ofisinin koordinatoru: Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların intellektual inkişafına xüsusi qayğı ilə yanaşılır. Gənclərimiz müasir Azərbaycanın inkişafı prosesində fəal iştirak edirlər və partiyamız da hər zaman gənclərimizin öz potensiallarını ortaya qoyması üçün bütün şəraiti yaradır. Yay məktəbləri layihəsi də məhz bu mənada seçilir. Burada gənclər həm istirahət edir, həm də partiyamızın keçmişi, bu gün, eləcə də ölkəmizdə aparılan uğurlu dövlət siyasəti ilə bağlı məlumatlar alır, fikir mübadilələri aparırlar. Biz gənclərə göstərilən diqqət və qayğıya görə partiya rəhbərliyinə minnətdarlığımızı bildiririk.

 

 

 

  

İman Ağayev, YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin sədri: Yeni Azərbaycan Partiyasının gənc liderlər üçün təşkil etdiyi yay məktəbində iştirakım, burada mövcud olan gözəl mühit və yeni əməkdaşlıqlar bir gənc kimi məni qürurlandırır və fəaliyyətimi daha da stimullaşdırır. Yaradılan gözəl şərait və gənclərin bir araya gətirilməsi gündən-günə inkişaf edən ölkəmizin avanqard gəncliyinin formalaşmasına böyük dəstək və dəyərlərin qiymətləndirilməsinə müsbət nümunədir. Partiyamızın rəhbərliyinə biz gənclərə yaratdığı bu şəraitə görə minnətdarlığımızı bildiririk.

 

 

 

 

 

Aygün Kazımova, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin fəalı: Hər zaman gənclərə böyük önəm verən, gənclərin inkişafı, öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün onlara hər cür şəraiti yaradan Yeni Azərbaycan Partiyası, həmçinin partiyamızın Gənclər Birliyi yenə də öz ənənəsinə sadiqdir. Bildiyimiz kimi, YAP Gənclər Birliyi ənənəvi olaraq yay məktəbləri təşkil edir. Bu il təşkil edilən yay məktəbinin 2-ci Oğuz turunun iştirakçılarından biri də mənəm. Mən öncə partiyamıza, partiyamızın rəhbərliyinə və Gənclər Birliyinə bizlər üçün bu cür şəraitin yaradılmasına görə minnətdarlıq edirəm. Və hesab edirəm ki, həm öz potensialımızı daha da inkişaf etdirmək, həm də region gəncləri ilə daha yaxından tanış olmaq üçün bu “Yay məktəbi” də çox yaddaqalan olacaq.

 

 

 

 

 

Riyad Rüstəmli, YAP Səbail rayon təşkilatı GB-nin sədri: YAP Gənclər Birliyi gənclərin intellektual səviyyəsinin artırılması, onlara vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq ideologiyasının aşılanması, milli-mənəvi dəyərlərin mənimsənilməsi, ictimai-siyasi proseslərdə fəal iştirak etmələri üçün ardıcıl layihələr həyata keçirir. Bunlardan ən əhəmiyyətli olanlarından biri də hazırda ikinci turu keçirilən yay məktəbləri layihəsidir. Bu layihə gənclərin bir-biri ilə ünsiyyətinin daha da artırılması ilə yanaşı, gənclərin partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm islahatlarla, ölkəmizin hərtərəfli inkişafına hədəflənmiş siyasətlə bağlı müzakirələrdə iştirak etməsinə, onların maariflənməsinə şərait yaradır. Buna paralel olaraq yay məktəbləri gənclərin intellektual potensialının artırılmasında da mühüm əhəmiyyət daşıyır. Bizə yaradılan şərait olduqca yüksək səviyyədədir və buna görə partiya rəhbərliyinə xüsusi olaraq təşəkkürümüzü çatdırmaq istəyirik.

 

 

Nuranə Məmmədova, YAP Şamaxı rayon təşkilatı GB-nin sədri: Ölkəmizdə gənclərin inkişafı ilə bağlı mühüm sənədlər qəbul olunur, tədbirlər həyata keçirilir. Bu gün gənclərin vətənpərvər ruhda böyüməsi, onların inkişafı tam olaraq dövlət qayğısı ilə əhatələnib. Gənclərin inkişafı ilə bağlı yeni proqramlar hazırlanır, xarici ölkələrdə təhsil almaları üçün addımlar atılır. Bu, çox önəmli məsələlərdir.

 

 

 

 

 

 

 

 

 

Roza İsgəndərli, YAP Ağdaş rayon təşkilatı GB-nin Şura üzvü: “Yay məktəbi” gənclərin maariflənməsi və siyasi biliklərinin artırılması baxımından vacibdir. Gənclər bir sıra əhəmiyyətli mövzulara toxunaraq ciddi fikir mübadiləsi aparırlar. Bu müzakirələrdə Milli Məclisin deputatları və digər qonaqlar iştirak edirlər. Eyni zamanda, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə müxtəlif intellektual oyunlar və idman yarışları keçirilir. Gənclərə belə bir şərait yaratdığı üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürümüzü bildiririk.

 

 

 

 

 

Kəmalə Salamova, YAP Qobustan rayon təşkilatı GB-nin sədr müavini: Burada gənclər öz inkişaf səviyyələrini artırmaqla yanaşı, qalıcı dostluq əlaqələri yaradır, Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşir, partiyamızın uğurlu siyasətinə dəstək nümayiş etdirirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

Vüsal Hüseynov, YAP Xocavənd rayon təşkilatı GB-nin sədri: Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Məhz həyata keçirilən dövlət siyasəti nəticəsində gənclərimiz yüksək təhsil alan, elmi bilikləri mənimsəyən, fiziki cəhətdən sağlam, sosial cəhətdən təmin olunmuş, müasir və mənəvi cəhətdən inkişaf etmiş bir mütərəqqi təbəqəyə çevrilib. İnanırıq ki, müasir gənclik ölkəmizin gələcək uğurlarında öz rolunu layiqincə oynaya biləcək.

 

 

 

 

Emin Ağayev, YAP Xaçmaz rayon təşkilatı GB-nin sədr müavini: Partiyamızın bizə göstərdiyi bu diqqət və qayğı olduqca təqdirəlayiqdir. Eyni zamanda keçirilən yay məktəbləri gənclərin qarşılıqlı ünsiyyətinin artmasında, rayon gəncləri arasında əlaqələrin intensivləşməsində və fikir mübadiləsində əsaslı rola malikdir. Bir daha partiya rəhbərliyinə bizə belə bir şərait yaratdığı üçün minnətdarlığımızı bildiririk.

 

 

 

 

 

 

 

 

 

Abbas Pənahov, YAP Nəsimi rayon təşkilatı GB-nin fəalı: YAP Gənclər Birliyinin üzvləri hər zaman öz fəallıqları ilə seçilirlər. Partiyamızın bizə göstərdiyi etimad olduqca böyükdür və bu da bizim üzərimizə xüsusi bir məsuliyyət qoyur. Bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında sosial təbəqə kimi fəal iştirak edirlər. Onlar ən mötəbər kürsülərdən öz sözlərini demək imkanı qazanıblar. Bunun əsasında isə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti dayanır.

 

 

 

 

 

 

  

Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatı GB-nin sədri: Bu gün Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanırlar. Ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP-ın fəaliyyətində də gənclər siyasəti xüsusi əhəmiyyətə malikdir. Partiyanın Gənclər Birliyi gənclərimizin aktiv ictimai fəaliyyətə cəlb olunması baxımından mühüm addımlar atır.

 

 

 

 

 

 

 

 

 

Çinarə Qüvvətova, YAP Yasamal rayon təşkilatı GB-nin fəalı: Gənclərimiz dövlətimizin, xalqımızın gələcəyidir. Prezidentimiz tərəfindən müəyyənləşdirilən siyasi kurs müasir, güclü və dünyada öz sözünü eşitdirməyi bacaran Azərbaycan dövlətinin tanınmasında mühüm rol oynayıb. Biz də dövlətimizin, partiyamızın bizə göstərdiyi etimadın qarşılığında üzərimizə düşən vəzifənin məsuliyyətini dərk edirik. Burada gənclərin apardıqları siyasi müzakirələr, diskussiyalar onların gələcək fəaliyyətində əsaslı rol oynayacaq.

Paylaş:
Baxılıb: 841 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30