A+   Yenilə  A-
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

Sessiyanın son iclasında millət vəkilləri 28 məsələni müzakirə ediblər
İyulun 12-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclasın gündəliyi barədə məlumat verib. Sonra Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurumun 28-ci illik sessiyasının yekunları barədə məlumat verib. B.Muradova deyib ki, ATƏT Parlament Assambleyasının 28-ci illik sessiyası “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə dayanıqlı inkişafa dəstək: parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu: “Sessiyaya hazırlıq dövründə nümayəndə heyətimizin qarşısında dayanan əsas məqsədlərdən biri bu mövzuya dair ölkəmizdə görülən işlər haqqında məlumatları diqqətə çatdırmaq, regionda və Azərbaycanda təhlükəsizlik naminə dayanıqlı inkişaf məqsədlərinə mane olan problemləri bir daha vurğulamaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hazırkı vəziyyətinə dair məlumatlar vermək və status-kvonun dəyişilməsinin vacibliyini vurğulamaq və əsaslandırmaq idi”.
B.Muradova Azərbaycan nümayəndə heyətinin bu tədbirə ciddi şəkildə hazırlaşdığını və millət vəkillərinin sessiyanın işində fəal iştirak etdiyini bildirib. Vitse-spiker qeyd edib ki, ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Bəyannamədə Azərbaycanın maraqları təmin olundu. B.Muradova bildirib ki, müzakirə olunan Bəyannamənin 22-ci maddəsində yer alan müddəa Ermənistanda çox ciddi qarşıdurmalara, müzakirələrə səbəb olub: “Həmin maddədə nəzərdə tutulur ki, ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisində olan konfliktlərə eyni prizmadan yanaşılmalıdır. İrəli atılan ən vacib və güclü addım məhz bu məsələlərin bir maddədə toplanması və vahid prizmadan dəyərləndirilməsi idi”.
O vurğulayıb ki, ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrin həlli üçün konkret nəticələrə yönəlik müzakirə və danışıqları aktivləşdirməyi tövsiyə edir. “22-ci maddədə ilk dəfə Gürcüstan, Moldova, Ukrayna və Azərbaycandakı münaqişələrə eyni prizmadan yanaşılması əksini tapıb. Hər zaman Dağlıq Qarabağ münaqişəsi ayrı qeyd edilirdi. Bu Bəyannamə ATƏT-in vahid mövqeyini göstərdi. Bundan sonra ATƏT-in bu sənədinə istinad etməyə məcburdurlar. Bu sənəd ATƏT Nazirlər Şurasına təqdim olunub. Burada Dağlıq Qarabağ sözünün olmaması, münaqişə ölkələrinin adının, Azərbaycanın adının göstərilməsi vacib məqamdır. Məruzədə isə hətta işğal altındakı 7 rayonun da adı sadalanır”.
Bahar Muradova onu da diqqətə çatdırıb ki, ermənilər dəfələrlə yekun Bəyannamədən Azərbaycanın adının çıxarılmasına çalışıblar: “Cəmi 6 ölkə Azərbaycanın adının həmin maddədən çıxarılmasına səs verdi, 47 ölkə isə bunun əleyhinə çıxdı. Mən bu dəstəyə görə hər kəsə təşəkkür etmək istəyirəm. Münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində artıq Azərbaycanın adını bu siyahıdan çıxarmaq mümkün olmayacaq”.
Bahar Muradova həmçinin deputat Azay Quliyevin yenidən ATƏT PA-nın vitse-prezidenti seçilməsinin də böyük uğur olduğunu bildirib.
Milli Məclisin sədri Oqtay Əsədov da əldə olunan bu uğuru yüksək qiymətləndirib.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb. Əvvəlcə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşlarda müzakirə edilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ikinci oxunuşda müzakirədən sonra qanun layihələri ilə bağlı heç bir təklifin olmadığını deyiblər. Qanun layihələri qəbul olunub.
İclasda “Məhkəmələr və hakimlər haqqında” qanuna, Vergi Məcəlləsinə, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanunlara da üçüncü oxunuşda dəyişikliklər edilib.
“Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun barədə üçüncü oxunuşda Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verərək bildirib ki, əvvəlki oxunuşda müzakirə zamanı heç bir təklif daxil olmayıb. Bu sənəd də üçüncü oxunuşda qəbul edilib.
“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsinə əsasən Məcəlləyə 146.4-cü maddənin əlavə edilməsi təklif olunurdu. Bu maddədə qeyd edilir ki, Dövlət Mənzil Fondunun bu məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Qanun layihəsi üçüncü oxunuşda təsdiq olundu.
Daha sonra “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər də üçüncü oxunuşda təsdiqlənib. Millət vəkilləri “Publik hüquqi şəxslər haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlara, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri də üçüncü oxunuşda qəbul ediblər.
Komitə sədri Hadi Rəcəbli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələrini üçüncü oxunuşda müzakirəyə təqdim edib. Dəyişikliklər “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Hər iki məsələ, o cümlədən bunlarla əlaqəli olan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiq olunub.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” və “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Arıçılıq haqqında”, “Reklam haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələri barədə məlumat verib. Qanun layihələri “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli qanununa uyğunlaşdırma məqsədi daşıyır. Hər iki məsələ üçüncü oxunuşda qəbul olunub.
Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verdi. Saziş bu il mayın 3-də Bakıda imzalanıb.
Deputatlar “Antikorrupsiya Orqanlarının və Ombudsmanların əməkdaşlığı üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Mərkəzinin (RCCACO) Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihəsinə də müsbət münasibət bildiriblər.
Sonra komitə sədri Əli Hüseynli “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verərək qeyd edib ki, dəyişikliklər texniki xarakterlidir.
İclasda daha sonra birinci oxunuşlarda “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələri təsdiq olundu.
Dövlət bayrağı ilə bağlı məsələnin müzakirəsi zamanı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50-ci ili tamam olur: “14 iyul 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi tarixi hadisədir. Xalqımız bu tarixi hadisənin 50 illik yubileyini qeyd edir”.
S.Novruzov deyib ki, Ulu Öndər Heydər Əliyev xalqımız üçün misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, ötən əsrin əvvəlində üçrəngli bayrağımız Xalq Cümhuriyyətinin süqutu nəticəsində ensə də, XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev onu yenidən əbədi olaraq zirvələrə yüksəltdi. Bu gün dövlət bayrağımız bütün beynəlxalq təşkilatlarda dalğalanır. Millət vəkii qeyd edib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, müstəqil Azərbaycan dövləti də olmayacaqdı.
Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran S.Novruzov Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. YAP İcra katibinin müavini qeyd edib ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir və bu gün Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasındadır.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı da Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən və bu gün Ulu Öndərin ideyalarının layiqincə davam etdirilməsindən danışıb. M.İbrahimqızı bildirib ki, 14 iyul 1969-cu il Azərbaycan xalqının tarixində dönüş nöqtəsidir. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin əsasları da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən 1970-ci illərdə qoyulmuşdu: “1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu və onu yeni inkişaf yoluna çıxardı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin müəyyənləşdirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan dövlətə çevrilib. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev ideyaları daim yaşayacaq, Prezident İlham Əliyevin siyasəti ölkəmizə yeni-yeni nailiyyətlər qazandıracaq”.
Sonra parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bir sıra qanunlara dəyişikliklər barədə məlumat verib və həmin sənədlər qəbul olunub.
İclasda son olaraq “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonda spiker Oqtay Əsədov bildirib ki, Milli Məclisin növbədənkənar sessiyasında vacib qanunlar qəbul olundu və bu dövrdə millət vəkilləri operativ işlədilər. Deputatlara təşəkkür edən O.Əsədov onlara tətil dövründə xoş istirahətlər arzulayıb.
Milli Məclisin növbədənkənar sessiyası öz işini Dövlət himninin səsləndirilməsi ilə başa çatdırıb.
Nardar BAYRAMLI

 
  • Oxunub:  5970  |  
  • Tarix:  13-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 14:10
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib
27 Yanvar 13:52
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq
27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4