A+   Yenilə  A-
Yay turizm mövsümündə Azərbaycanın ayrı-ayrı bölgələrinə yüksək turist axını müşahidə edilir

2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 86 min nəfər və yaxud 6,5 faiz artıb
Son illərdə qeyri-neft iqtisadiyyatının üstün inkişafına nail olmağı hədəfləyən Azərbaycan özünün bütün bölgələr üzrə mövcud olan zəngin turizm potensialından daha səmərəli istifadə etməyə çalışır. Bu məqsədlə bütün turist marşrutları boyunca zəruri infrastruktur qurulur, turistyerləşdirmə obyektlərinin sayı artırılır, xidmətin səviyyəsinin yüksəldilməsinə hesablanan tədbirlər görülür, respublikaya gəlib-getmə qaydaları asanlaşdırılır, eyni zamanda, xarici ölkələrdə Azərbaycanın paytaxtının və bölgələrinin turizm potensialı təbliğ edilir.
Öz növbəsində respublikamızda dövlət tərəfindən turizmin inkişafına göstərilən davamlı dəstək tədbirləri müsbət nəticələr verir. Belə ki, Azərbaycana gələn turistlərin sayı ilbəil artır və bu tendensiya cari ildə də müşahidə edilməkdədir.
2019-cu ilin birinci yarısında Azərbaycana gələn xarici qonaqların sayı 1,4 milyona çatıb
2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1,4 milyona çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1,3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6,5 faiz çox qonaq deməkdir.
Dövlət Turizm Agentliyindən bildirilib ki, gələnlərin böyük hissəsini - 29,4 faizini Rusiya (414 min), digər böyük hissəsini - 24,3 faizini isə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22,8 faiz və ya 64 min nəfər olub. Qeyd etmək lazımdır ki, bu iki ölkədən gələn qonaqların sayı respublikamıza ümumi gələnlərin 50 faizdən çox hissəsini təşkil edib.
Türkiyədən gəlmiş qonaqların sayı 3,7 faiz artaraq toplam 148 minə çatıb. Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur - artım ilin ilk yarısı üçün uyğun olaraq 37,8 faiz və 50,2 faiz olub.
Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80,2% artım) və Pakistan (19 min; 24,4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15,1% artım) və Türkmənistandır (21 min; 85% artım).
Səudiyyə Ərəbistanından gələnlərin sayında isə təxminən 80 faiz artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.
2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub - bu artım 17,2 faiz təşkil edib. Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib.
Yerli və xarici turistlər Şəkinin tarixi abidələrinə, təbiətinə böyük maraq göstərirlər
Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün həm də regionun ən önəmli turizm mərkəzi kimi tanınır. Xan Sarayı, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaraylar, tarixi-memarlıq abidələri, yerli sənətkarların əl işlərinin sərgiləndiyi “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlar hesab olunur.
Builki yay mövsümündə Şəkiyə gələn yerli və xarici turistlərin sayında xeyli artım müşahidə olunur. Onlar Şəkinin tarixi abidələrinə və təbiətinə böyük maraq göstərirlər. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidələr mövcuddur. Bu ərazidə yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Xan Sarayı, V-VI əsrlərə aid Dairəvi Məbəd, xalq tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeyləri, Dövlət Rəsm Qalereyası hər zaman turistlərin diqqətini özünə cəlb edir.
Qoruğun direktoru Təranə Abdullayevanın sözlərinə görə, builki yay mövsümündə turistlərin sayında əvvəlki illərlə müqayisədə iki-üç dəfəyədək artım hiss olunur. Xüsusilə ərəb ölkələrindən, həmçinin Türkiyə, Rusiya, Çin, Koreya Respublikası, Yaponiyadan gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.
Qoruğun direktorunun bildirdiyinə görə, Şəkiyə turist axınının artmasının əsas səbəblərindən biri də onlara göstərilən xidmətlərin keyfiyyəti ilə bağlıdır. Yay mövsümündə buradakı bütün muzeylər fasiləsiz iş rejimində fəaliyyət göstərir. Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları daim turistlərin xidmətindədir. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi də turistləri daim özünə cəlb edir. Onlar milli yeməklərdən olan “Şəki pitisi”nə, “Şəki paxlavası”na, müxtəlif çeşiddə şirniyyat növlərinə böyük maraq göstərirlər.
Turistlərə xidmət göstərmək üçün Xan Sarayının yaxınlığında, qədim qala divarları ilə əhatələnmiş geniş yaşıllıq ərazidə asudə vaxt və istirahət guşəsi də fəaliyyət göstərir. Turistlər qədim dövrləri xatırladan fotoatelyedə milli geyimlərlə fotoşəkillər çəkdirir, samovar çayına qonaq olur, dincəlirlər. Ərazidə uşaqlar üçün müxtəlif attraksionlar da quraşdırılıb. Hər gün qoruğun ərazisində turistlər üçün müxtəlif əyləncəli proqramlar, konsertlər, sərgilər təşkil edilir.
Qoruğun ərazisində yerləşən “Sənətkarlar evi”ndə də yay aylarında xüsusi canlanma hiss olunur. Burada fəaliyyət göstərən sənətkarların dediyinə görə, yay mövsümündə işləri heç də pis getmir. Turistlər yerli sənətkarların əl işlərinə böyük maraq göstərirlər. Xarici turistlərin bildirdiyinə görə, yaşadıqları ölkələrdə belə sənətkarlıq nümunələrinə rast gəlmək mümkün deyildir.
Ənvər Məhəmməd əl-Yasin Şəkiyə turist qrupunun tərkibində Səudiyyə Ərəbistanı Krallığından gəlib. Onlar artıq Bakının görməli yerlərini gəzib, Şamaxı və İsmayıllıda olublar. Ərəb turist bildirib ki, bir neçə gündür ki, Şəkidədirlər. Qaldıqları “Marxal” hotelində istirahətçilər üçün ideal şərait yaradılıb. Şəkinin qədim tarixi-memarlıq abidələrindən olan Xan Sarayı ilə tanışlığın onlarda zəngin təəssürat yaratdığını vurğulayan turist deyib: “Eşitdik ki, yenicə tanış olduğumuz Xan Sarayı, eləcə də şəhərin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu xəbərə biz də çox sevindik. Bu saray, həqiqətən də, çox möhtəşəm memarlıq abidəsidir və onu ziyarət etmək bizə də qismət oldu”.
Azərbaycan xalqının çox qonaqpərvər, istiqanlı olduğunu bildirən Ənvər Məhəmməd əl-Yasin deyib: “Adət-ənənələrimiz də bir-birinə çox bənzəyir. Azərbaycanda qadınlara xüsusi hörmətlə yanaşırlar. İnsanlarınız çox xeyirxahdırlar, turistlərə hər yerdə kömək etmək istəyirlər. Milli mətbəxinizdən isə doymaq olmur. Növbəti səfərimdə bura ailəmlə birlikdə gəlməyi düşünürəm”.
Yüksək səviyyədə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu buraya gələn turistlərdə böyük məmnunluq yaradır
Xəbər verildiyi kimi, 2019-cu il 12 iyun tarixində əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olub. Yüksək səviyyədə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu buraya gələn turistlərdə böyük məmnunluq yaradır.
Xatırladaq ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olmuşdu. Dövlətimizin başçısı o zaman buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, bunun ölkəmizin ümumi inkişaf səviyyəsinə uyğun gəlmədiyini bildirmişdi. Prezident İlham Əliyev oradaca qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi.
Açılış mərasimində bildirildiyi kimi, qoruq yeni konsepsiyaya uyğun olaraq bərpa edilib. Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin ərazisi Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli müvafiq qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir. Dövlətimizin başçısının ötən ilin iyulunda imzaladığı Sərəncama əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Qoruğun bərpası Dövlət Turizm Agentliyinə həvalə olunub.
Aparılan yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 64,55 hektar olan qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi, parkinq turistlərin ixtiyarına verilib. 2007-ci ildən qoruq statusuna malik olan Yanardağda, həmçinin ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələrinin, qaval daşının nümayiş etdirildiyi açıq hava muzeyi yaradılıb. Bundan əlavə, qoruq ərazisində yerli gənc rəssamların əsərlərinin nümayiş olunduğu kafe, əyləncə zonası, uşaqlar üçün oyun meydançası fəaliyyət göstərəcək. Fiziki məhdudiyyətli şəxslərin Yanardağ alovunun ətrafına enməsi üçün xüsusi yol çəkilib. Bütövlükdə qoruq ərazisi abadlaşdırılaraq müxtəlif ağaclar əkilib.
Qoruğun tərkibində Yanardağ - əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5820  |  
  • Tarix:  13-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4