A+   Yenilə  A-
Regionlarda heyvandarlıq məhsulları istehsalında artım müşahidə olunur

Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, maldarlara verilən əlavə subsidiyalar bu sahənin inkişafına güclü təkan verib
(əvvəli ötən sayımızda)

Səfər çərçivəsində Şəki rayonunda yerləşən Azərbaycan Sənaye Korporasiyasına (ASK) məxsus heyvandarlıq kompleksinə gələn sədr müavini iribuynuzlu heyvanların saxlama, yemləmə şəraiti, müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri ilə tanış olub. Bildirilib ki, 47 hektar ərazidə yerləşən heyvandarlıq kompleksi 2008-ci ildə yaradılıb. Kompleksdə 1370 baş heyvan saxlanılır, onlardan 510 başı sağılır. Təsərrüfat südlük istiqamətində inkişaf etdirilir. Heyvanlar Niderlanddan gətirilən “Holştein Friesian” cinsinə aiddir.
Kompleksin tərkibinə ferma binaları, pendir müəssisəsi, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı, peyin emalı müəssisəsi və digər köməkçi sahələr daxildir. Kompleksdə südlük məqsədilə saxlanılan heyvanlar, yeni doğulmuş buzovlar, ferma və sağım sistemi avadanlıqları, kənd təsərrüfatı texnika və aqreqatları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, kompleksdə istehsal edilən ekoloji təmiz süd və süd məhsulları təsərrüfata məxsus mağazada satışa çıxarılır və alıcılara təqdim olunur. Hazırda kompleksdə 85 nəfər çalışır. Gündəlik 12 ton süd istehsal edilir. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, məhsuldarlığın artırılması və ərazinin genişləndirilməsi nəzərdə tutulub.
Süd sağımı müəssisəsindəki bütün avadanlıqlar Niderlanddan gətirilib. Sağılmış süd xüsusi borularla çənlərə vurulur, müayinə edildikdən sonra satışa çıxarılır. AXA-nın sədr müavini kompleks əməkdaşlarının müraciətini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində müalicə, peyvəndləmə və profilaktik tədbirlərin aparılmasının yolverilməz olduğunu qeyd edib.
Bildirilib ki, bir sıra təsərrüfatlarda vətəndaşlar heyvanları çimizdirərkən təlimata əməl etmir və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər. Bu da son nəticədə heyvanlar arasında zəhərlənməyə və ölüm hallarının baş verməsinə gətirib çıxarır. Agentliyin sədr müavini fermerlərin, təsərrüfat sahiblərinin müraciətlərinin sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək çevik və vaxtında cavablandırıldığını vurğulayıb.
Görüşdə Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən baytarlıq tədbirləri barədə məlumat verilib və hazırda respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə müvafiq tədbirlər görüldüyü bildirilib.
Verilən məlumatlara əsasən, Ağcabədi rayonunda da heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər cari ilin ötən dövründə uğurla davam etdirilib. Ağcabədi rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Bu ilin 6 ayında rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 2180 baş inək və düyə süni yolla mayalandırılıb, 1706 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.
Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. Cari ilin ilk 4 ayında Ağcabədi rayonu üzrə 592 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınmış 853 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə, 85 min 300 manat məbləğində subsidiya ödənilib. Son 2 ayda doğulan buzovlar üçün də subsidiya hesablanıb və tezliklə heyvan sahiblərinə ödəniləcək.
Heyvandarlığın inkişafı Dağlıq Şirvan iqtisadi rayonunda yerləşən Şamaxıda da diqqət mərkəzindədir. Belə ki, Şamaxı rayonunda heyvandarlar cari ilin ilk yarısında əsas göstəricilər üzrə məhsul istehsalında uğurlu nəticələrə nail olublar. Rayonda ət, süd və yumurta istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.
Rayon statistika idarəsindən bildirilib ki, yarım ildə ət istehsalı (diri çəkidə) 1995 ton olub, bu da keçən ilin eyni dövrünün göstəricisindən 364 ton çoxdur. Yarım ildə süd istehsalı 1707 ton artaraq 11 min 77 tona, yumurta istehsalı 1 milyon 25 min ədəd artaraq 8 milyon 810 min ədədə çatıb.
Ağsu heyvandarları da bu ilin 6 ayını uğurla başa vurublar. Rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik artım davam edir. Rayon statistika idarəsindən bildirilib ki, yarım ildə diri çəkidə ət istehsalı 111 ton artaraq 2615 tona çatıb. Habelə 6 ayda 14 min 409 ton süd, 7 milyon 502 min ədəd yumurta, 310 ton yun istehsal olunub ki, bu göstəricilər müvafiq olaraq 50 ton, 43 min ədəd və 2 ton artıb.
Rayonun əksər ərazilərində, xüsusilə Kəndoba, Qaraqoyunlu, Ərəbuşağı, Ərəbsarvan, Ərəbmehdibəy və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər heyvandarlıq məhsulları istehsalında daha yaxşı nəticələrə nail olublar. Altı ayda iribuynuzlu mal-qaranın, habelə davarların baş sayında da artım olub. Belə ki, inək və camışlar 13 baş, qoyun və keçilər isə 1427 baş çoxalıb.
Heyvandarlığın inkişafı istiqamətində respublikamızın cənub bölgəsində də davamlı tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, bölgəyə daxil olan rayonlarda, o cümlədən Masallıda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşır, heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. Rayon statistika idarəsindən bildirilib ki, bu il rayonda diri çəkidə 1558,8 ton ət, 12239,2 ton süd, 18622 min ədəd yumurta istehsal edilib. Ət istehsalı 0,5 faiz (7,7 ton), süd istehsalı isə 0,1 faiz (7,7 ton) artıb. Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan südlük və ətlik istiqamətli cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir.
Qeyd edək ki, Masallıda 72 min 779 baş iribuynuzlu mal-qara, 90 min 597 davar var.
Eyni zamanda, Kürdəmirdə də heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər cari ilin ilk yarısında uğurlu nəticələrə nail olublar. Belə ki, mal-qaranın və davarların baş sayı, eləcə də heyvandarlıq məhsullarının istehsalı üzrə bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, 6 ayda diri çəkidə ət istehsalı ötən yarımildəkinə nisbətən 631 ton və ya 16 faiz artaraq 4567 tona çatıb. Habelə, süd istehsalı 849 ton və ya 3,8 faiz çoxalaraq 23 min 63 ton, yun istehsalı 11,2 ton və ya 4,1 faiz artaraq 284 ton olub. Yarım ildə yumurta istehsalında artım 9 faiz olub və 15 milyon 35 min ədədə çatıb.
Altı ayda iribuynuzlu mal-qaranın və davarların da baş sayı artıb. Belə ki, inək və camışların sayı 337 baş çoxalaraq 65 min 371 baş, qoyun-keçilərin sayı isə 5047 baş artaraq 138 min 406 baş olub.
Qeyd edək ki, rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarılıqda qazanılan uğurlara səbəb vaxtında kifayət qədər yem ehtiyatının yaradılmasıdır. Belə ki, cari ildə yem bitkilərinin əkin sahəsi ötən ildəkindən 864 hektar çox olmaqla 10 min 234 hektara çatdırılıb. Mövsümün əvvəlindən 4723 ton məhsul toplanıb. Yem bitkilərinin tədarükü davam edir.
İsmayıllı rayonunun heyvandarları da cari ilin 6 ayını uğurla başa vurublar. Belə ki, istər mal-qaranın və davarların baş sayı, istərsə də bütün göstəricilər üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ilin birinci yarısında diri çəkidə ət istehsalı 13 ton artaraq 2699 tona çatıb. Habelə, 6 ayda 18 min 7 ton süd, 8 milyon 527 min ədəd yumurta, 409 ton yun istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 431 ton çoxalıb. Yumurta və yun istehsalı da artıb.
Bu ilin 6 ayında iribuynuzlu mal-qaranın, eləcə də davarların baş sayında da artım var. Belə ki, inək-camışlar 19 baş artaraq 51 min 552, qoyun-keçilər isə 32 baş çoxalaraq 179 min 14 başa çatıb.
Öz növbəsində Neftçala rayonunda da aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon Statistika İdarəsindən bildirilib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 43 min 985 baş mal-qara və 145 min 428 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 21 min 757 baş təşkil edir. Qoyun və keçilərin sayı isə ötən ilin eyni dövrünə nisbətən 2325 baş və ya 1,6 faiz artıb.
İyulun əvvəlinə rayonda 5 min 432,4 ton ət (diri çəkidə), 13 min 189,5 ton süd, 5 milyon 395 min ədəd yumurta, 3 min 711,4 ton quş əti (diri çəkidə), 293,3 ton yun istehsal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 22,4, yumurta istehsalı 1,9, yun istehsalı isə 10,3 faiz çoxalıb.
Nadir AZƏRİ

 
  • Oxunub:  2730  |  
  • Tarix:  11-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+35 +38
gecə+20 +24