Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib

10.07.2019 [10:13]

İyulun 9-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.
Parlamentin Sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. O bildirib ki, gündəliyə 35 məsələ daxildir.
İclasda qanun layihələrini Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov təqdim ediblər.
Əvvəlcə üçüncü oxunuşda parlamentə təqdim olunmuş 14 məsələyə baxılıb. Qanun layihələri barədə məlumatlar dinlənilib, fikir mübadiləsi aparılıb. Deputatlar “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarında dəyişiklik edilməsinə dair qanun layihəsini təsdiq ediblər. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara təklif olunmuş dəyişiklik qəbul edilib. Parlament “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”ya I və II düzəlişləri təsdiqləyib.
Sonra “Məhkəmələr və hakimlər haqqında” Qanunda, Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunlar qəbul olunub.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlar üçüncü oxunuşda təsdiqlənib.
İclasda “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliyi şərh edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi xidməti səfərlərin təşkili ilə bağlı prosedurların asanlaşdırılması və bu məqsədlə xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumunun ləğvini nəzərdə tutur. “Dövlət satınalmaları haqqında” qanuna edilən dəyişikliklə satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir.
Deputatlar bu qanunların qəbulunu məqsədəuyğun sayıblar.
Gündəlikdəki növbəti 21 məsələ ikinci oxunuşda müzakirəyə təqdim olunub. Parlament həmin qanun layihələrinə bu oxunuşun tələblərinə müvafiq qaydada baxıb.
Deputatlar “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanunda ölkədə sosial mühitin daha da yaxşılaşmasına xidmət edən dəyişikliyin edilməsini (ikinci oxunuş) razılıqla qarşılayıblar. Həmçinin “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Qanunda dəyişikliyə (ikinci oxunuş) müsbət münasibət bildirilib.
“Məhkəmələr və hakimlər haqqında” Qanunda, Vergi Məcəlləsində və “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik barədə layihələr də ikinci oxunuşda təsdiqlənib.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, son aylarda ölkəmizdə minimum əməkhaqqının 2 dəfə artırılaraq 116 manatdan 200 manata çatdırılması, eləcə də əmək pensiyalarının minimum məbləğinin artırılaraq 1 oktyabrdan etibarən 160 manatdan 200 manata yüksəldilməsi xalqımız tərəfindən çox müsbət qarşılanıb. Deputatlar bununla əlaqədar “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsinə yekdilliklə səs veriblər. Eləcə də özünüməşğulluq tədbirlərinin təşkilinin maliyyələşməsi üzrə əlavə xərclərin artırılması məqsədilə “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Qanunda edilən dəyişikliyi ikinci oxunuşda qəbul ediblər.
Parlament Mənzil Məcəlləsində, Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” Qanunda dəyişikliyi (ikinci oxunuş) məqbul sayıb.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, növbəti iki qanun layihəsi “Yeyinti məhsulları haqqında” Qanunda 2018-ci ilin 23 fevralında edilmiş dəyişikliklə əlaqədar olub, uyğunlaşdırma xarakteri daşıyır. Birinci oxunuşda deyilən irad və təkliflər nəzərə alınaraq həmin qanun layihələri təkmilləşdirilib, layihədə adları çəkilən qanunların 33 bəndində dəqiqləşdirmə aparılaraq qanunların bir-birinə uyğunluğu tam təmin edilib.
Məlumat dinlənildikdən sonra İnzibati Xətalar və Gömrük məcəllələrində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Arıçılıq haqqında”, “Reklam haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda edilən dəyişikliklər (ikinci oxunuş) qəbul olunub.
Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər də (ikinci oxunuş) səsvermə yolu ilə qəbul edilib.
İclasda Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi, həmkarlar ittifaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi, dövlət əmlakının özəlləşdirilməsi, gənclər siyasəti, əmək pensiyaları, təhsil, daşınar əmlakın yüklülüyü, işsizlikdən sığorta və əlilliyi olan şəxslərin hüquqları haqqında qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələ də razılıqla qarşılanıb.
Deputatlar Su Məcəlləsində, “Publik hüquqi şəxslər haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişikliyə ikinci oxunuşda səs veriblər.
Bununla da Milli Məclisin növbəti iclası başa çatıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 388 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30