
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə aztəminatlı ailələrə sosial dəstək aksiyası keçirilir. Aksiya çərçivəsində dünən YAP Abşeron rayon təşkilatının Gənclər Birliyinin üzvləri rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə, məcburi köçkünlərə baş çəkib və sovqat aparıblar.
Aksiya öncəsi fikirlərini bölüşən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev YAP-ın hər zaman bu cür layihələr həyata keçirdiyini və qayğıya ehtiyacı olan insanlarla görüşlər təşkil etdiyini bildirib.
O qeyd edib ki, ilin əvvəlindən bəri dövlət başçısı tərəfindən ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalanıb. Bu sırada şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, problemli kreditlər məsələsinin həllini tapması və digər bu tipli olan tədbirlər bir daha sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşının mənafeyi dayanır. Bütün bunlar da ölkəmizdə vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət göstərir.
Bilman Vəliyev bildirib ki, belə tədbirlər Prezident İlham Əliyevin siyasətinə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır.
Qeyd edək ki, bu aksiya çərçivəsində Abşeron rayonunda yaşayan aztəminatlı ailələrə - Fəridə Hüseynova, Fomina Valentina, Təzəgül Musayeva, Dilbər Şıxəliyeva, Nübar Rzayeva, Amalya Məmmədova, Sona Paşayeva, Şakir Allahverdiyev, Sahib Abuşov, Naibə Camalova və digərlərinin evlərinə baş çəkilib və onlara sovqat verilib.
Layihədə iştirak edən YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin üzvləri də hər zaman belə xeyriyyə aksiyalarında iştirak etməyə hazır olduqlarını vurğulayıblar.
Qayğıya ehtiyacı olan ailələr və rayon ictimaiyyəti partiyanın bu təşəbbüsünü yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
- Oxunub: 6390 |
- Tarix: 06-07-2019 |
-
Çap et |