A+   Yenilə  A-
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi mühüm hadisədir

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Jalə xanım, iyunun 30-da Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işinə başlayıb. Sizcə, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədən ibarətdir?
- Bildiyiniz kimi, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq Sərəncam imzalayıb. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.
Bilirsiniz ki, sessiyanın açılış mərasimində respublikamızın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak edib. Mötəbər tədbirdə çıxış edən Mehriban xanım Əliyeva ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu deyib və ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını söyləyib. Mehriban xanım diqqətə çatdırıb ki, son 5 ildə ölkəmizdə 40 tarixi abidə bərpa edilib və yenidən qurulub. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəsmləri UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənəti də bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunub.
- Ümumiyyətlə, Azərbaycan-UNESKO əməkdaşlığının hazırkı səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Təbii ki, beynəlxalq təşkilatlarla əlaqələr hər bir ölkə, o cümlədən Azərbaycan üçün çox əhəmiyyətlidir. Müasir dövrdə dövlətlərarası əlaqələr o dərəcədə inkişaf edib ki, fəaliyyətin beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq ayrıca əhəmiyyət daşıyır. Bu səbəbdəndir ki, müxtəlif müstəqil dövlətlər BMT-nin ixtisaslaşmış qurumlarından biri olan UNESKO ilə əlaqələrə xüsusi önəm verirlər. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycan-UNESKO əlaqələri tamamilə yeni dinamika aldı. Tərəflər arasında əməkdaşlıq UNESKO-nun himayə etdiyi bütün istiqamətlər üzrə sürətlə inkişaf etdi. Bu siyasəti hazırda Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Eyni zamanda, bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolu var.
Ümumiyyətlə, ölkəmiz BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatı olan UNESKO ilə əlaqələrə xüsusi önəm verir. Təşkilat üzv ölkələrə bir sıra sahələr üzrə yardımlardan bəhrələnmək imkanı verir. O cümlədən bu təşkilat təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsində, maddi-mədəni irsin qorunmasında əhəmiyyətli rol oynayır.
Lakin burada bir incə məqam da vardır. UNESKO fəal üzvlərlə əməkdaşlıqdan daha çox faydalana bilir. Yəni məsələ yalnız BMT-nin bu ixtisaslaşmış qurumunun yerinə yetirdiyi missiyada deyil. Başlıca şərt üzv dövlətin fəal iştirakı və xoşməramlı mövqe tutması ilə bağlıdır. Bu aspektdə heç də bütün üzvlər eyni qiymətləndirilmir. Azərbaycan isə bu istiqamətdə də digərlərindən müsbət mənada fərqlənir.
Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Bu Fondun dəstəyi ilə milli mədəniyyətimizin qorunması və təbliği sahəsində böyük layihələr həyata keçirilib. Bunlara muğam müsabiqələri, uşaq musiqi festivalları, caz festivalı və digər mədəni tədbirlər aiddir. Yəni Mehriban xanım Əliyeva Azərbaycan-UNESKO əlaqələrini düşünülmüş kurs üzrə, ardıcıl və davamlı olaraq inkişaf etdirib. Bu proses indi də uğurla davam edir və ölkəmiz bundan böyük faydalar götürür. Mədəniyyətimiz dünyanın bütün ölkələrində artıq tanınır.
2004-cü ildə yaradılan Heydər Əliyev Fondu da illərdir ki, çoxşaxəli və geniş fəaliyyəti ilə dünyada böyük maraq doğurur. Mütəmadi olaraq Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası ilə bağlı layihələr reallaşdıran Fond dövlətçiliyin möhkəmlənməsi və mədəniyyətin təbliği sahəsində olduqca əhəmiyyətli missiya yerinə yetirir. Heydər Əliyev Fondu məktəblərin, uşaq bağçalarının, səhiyyə ocaqlarının, elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində də kifayət qədər fəaldır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və Azərbaycan mədəniyyətini, qeyri-maddi mədəni irsini tanıdan proqramların reallaşdırılması UNESKO ilə əməkdaşlığın çox mühüm aspektini təşkil etməkdədir.
Mehriban xanım Əliyeva mədəniyyətlərarası əlaqələrin inkişafında, ölkəmizin zəngin mədəniyyətinin qorunması, müxtəlif mədəniyyət nümunələrinin öyrənilməsi sahəsində göstərdiyi xidmətlərinə görə 2004-cü il avqustun 13-də UNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu hadisə, sadəcə, böyük xidmətləri olan bir şəxsiyyətin layiq olduğu qiyməti alması deyildi, həm də Azərbaycan-UNESKO əlaqələrində inkişafın yeni mərhələsinin təsdiqi idi. Çünki Mehriban xanım Əliyeva sistemli, konseptual və düşünülmüş fəaliyyəti ilə Azərbaycanla UNESKO-nun əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldə bildi.
Bütövlükdə, tərəflər arasında əməkdaşlıq daha sistemli olmaqla yanaşı, əhatə dairəsi də genişlənir. Artıq Azərbaycan dünyanın istənilən regionunda təşkil edilə biləcək tədbirlərin təşəbbüskarı ola bilir. Bu mənada UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının da ölkəmizdə keçirilməsi mühüm hadisədir.
- Azərbaycanın bir çox mədəni irs nümunələri işğalçı Ermənistan tərəfindən dağıdılıb. Bu məsələ ilə bağlı Azərbaycan UNESKO çərçivəsində hansı addımları atır?
- Ermənistan işğal olunmuş ərazilərimizdə yerləşən tarixi-mədəni abidələrimizə qarşı vandalizm həyata keçirib. Əlbəttə ki, Azərbaycan dövləti bu faktın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş aparır. Bu baxımdan, UNESKO mühüm beynəlxalq tribunadır.
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində də Mehriban xanım Əliyeva çıxışı zamanı Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, yüzlərlə tarixi və memarlıq abidəsinin dağıdıldığını vurğulayıb.
Ölkəmiz təşkilat qarşısında hər zaman bu məsələni qaldırır və lazımi faktları təqdim edir. Lakin Ermənistan həmin ərazilərdə UNESKO-nun hər hansı monitorinqinin aparılmasını əngəlləyir. Bu da işğalçı dövlətin mahiyyətini bir daha ortaya qoyur. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti bundan sonra da işğalçı Ermənistanın əsl mahiyyətini dünyada ifşa etmək istiqamətində siyasətini davam etdirəcək.

 
  • Oxunub:  4950  |  
  • Tarix:  03-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yol tikintisi geniş vüsət alıb

20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+32 +37
gecə+20 +24