A+   Yenilə  A-
Barışdan qaçanlar: ermənilər Vaşinqton müzakirələrini təhrif edirlər

Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə yenidən görüşü olub. KİV danışıqların məzmunu barədə informasiyalar yayıb. Lakin erməni tərəfinin qərəzli olaraq bir sıra məqamları təhrif etdiyi də müşahidə olunur. Hiss olunur ki, İrəvan mövqeyini məntiqi müdafiə etmək imkanını itirir. O, ya Azərbaycan tərəfinin fikirlərini yanlış təqdim edir, ya da özündən müxtəlif yalanlar uydurur. Ermənistan işğal etdiyi ərazilərdən çəkilmək əvəzinə, mövcud vəziyyəti əbədiləşdirməyə çalışır. Təbii ki, bunun heç bir perspektivi yoxdur. Gec-tez işğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxarılacaq. Vaşinqton müzakirələrinə bu kontekstdə yanaşdıqda, onun bir sıra məqamları üzərində dayanmağa ehtiyac duyulur.
Həqiqəti gizlətmək: kimsəyə faydası yoxdur!
Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin ABŞ-a səfəri və orada keçirdikləri görüşlər KİV-də müzakirə olunmaqdadır. Kontekst aydındır: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli perspektivləri və həmin bağlılıqda Amerika-Azərbaycan, Amerika-Ermənistan münasibətlərinin müxtəlif aspektləri. Həmişə olduğu kimi, bu məsələlərə Ermənistan və Azərbaycan KİV-ləri fərqli izahlar verirlər. Onlar demək olar ki, bir-birindən tam fərqlənirlər. Bəs həqiqət nədən ibarətdir?
Öncə qeyd edək ki, bu cür fərqli izahların olmasında Amerika tərəfinin və həmsədrlərin mövqeyini konkret və qətiyyətlə ortaya qoymamasının rolu vardır. Belə ki, Vaşinqton da daxil olmaqla, həmsədrlər ümumi frazalarla kifayətlənir və daha çox münaqişə edən tərəflərə “ümumi məsləhətlər” verməklə məşğuldurlar. Üstəlik, təcavüzkara yardım edirlər. Bu yardım maliyyə, siyasi, ideoloji, hərbi, iqtisadi və s. xarakterlidir. Belə şərtlər daxilində işğalçı həqiqəti qəbul edərmi, zəbt etdiyi başqa dövlətin torpaqlarından çıxarmı? Qətiyyən inandırıcı deyil. Bəs onda harada və kiminlə danışmağın mənası nədir?
Məsələnin əsl mahiyyəti də bundan ibarətdir və Vaşinqtondakı müzakirələrə də həmin prizmadan baxmaq lazım gəlir. Bu cür danışıqlar lazımdır. Çünki həmin danışıqlarda tərəflərin mövqeləri aydınlaşır, konkretləşir və elə bir mərhələ gəlir ki, artıq hərəkət etməkdən başqa yol qalmır. Azərbaycanın Xarici İşlər naziri də Vaşinqtondakı müzakirələri məhz bu kontekstdə təqdim edir. Azərbaycan tərəfinin arqumenti ondan ibarətdir ki, artıq danışıq xatirinə danışmaq zamanı deyil. Alınan qərarlar yerinə yetirilməli, məsələn, BMT-nin dörd qətnaməsi həyata keçirilməlidir. O cümlədən Vyana, Moskva və indi Vaşinqton görüşlərində əldə edilən razılıqlar praktikada reallaşmalıdır. Təəssüf ki, hər şey baş verir, yalnız bu praktiki reallaşma baş vermir. Vaşinqton müzakirələri də məsələnin bu tərəfinə aydınlıq gətirmədi.
Bu məqamı ekspertlər də təsdiq edirlər. Ümumiyyətlə, vəziyyətə hansısa konkretlik gətirilməyib. Azərbaycan tərəfi danışıqların davam etdirilməsində qətiyyətli mövqeyini bir daha vurğulayıb. Xüsusən də Ermənistanın müdafiə nazirinin təxribatçı və səviyyəsiz qərarının fonunda belə müzakirələri aparmağa rəsmi Bakının hazır olduğu vurğulanıb. Bu xeyirxah missiyanı Ermənistan XİN və KİV-ləri yenə də çox qərəzli və zərərli aspektdə təqdim etməyə çalışıb. Ermənistan XİN bəyanat yayıb ki, Azərbaycanın Xarici İşlər naziri danışıqların formatından kənara çıxan fikir bildirib. Hətta guya burada cəbhə bölgəsində hərbi təxribatların törədilməsinə “yaşıl işıq” yandıran məqamlar da var. Guya Ermənistan, ümumiyyətlə, cəbhə xəttində təxribatın olmasını qəbul etmir. Tamamilə ağ yalandır və azərbaycanlı zabiti məhz ermənilər qətlə yetirdilər. Ondan boyun qaçırmağa çalışmaq işi görməmək anlamına gəlmir.
Digər tərəfdən, aranı daim erməni tərəfi qarışdırıb. Ermənilər bu cür təxribatlarla danışıqları dalana dirəyirlər ki, mövcud qeyri-müəyyən vəziyyət qalsın və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmasın. Bununla yanaşı, İrəvanı narahat edən əsas məqam ondan ibarətdir ki, Azərbaycan danışıqlarda mövcud formatdan istifadə olunduğunu bir daha bəyan edib. Eyni zamanda, Azərbaycan Xarici İşlər naziri Ermənistanın işğalı saxlaya-saxlaya, sülhdən danışmasının məntiqi izahının olmadığını vurğulayıb. Azərbaycan XİN-in rəhbəri ifadə edib: “Bir bölgədə etnik təmizləmə həyata keçirib, insanları yaşadıqları evlərindən zor gücünə qovub, sonra da “xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipindən danışmaqla erməni tərəfi bunu hansı etik və hüquqi çərçivəyə sığdırmağa çalışır?”. Bu sual, görəsən, danışıqların hansı çərçivəsindən kənara çıxır?
Münaqişənin həlli və ABŞ-Azərbaycan münasibətləri: səmərəli yol axtarışı
Və yaxud Azərbaycan tərəfi sual edəndə ki, “əgər Ermənistan Dağlıq Qarabağdakı separatçıların adından danışa bilmirsə, onda Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdə nə işi var?”, görəsən, hansı beynəlxalq hüquq qaydasını pozur? Əlbəttə, bütün bunlar o qədər sadə məntiqlə izah olunur ki, onları təkrarlamağın mənası yoxdur. Ancaq Ermənistan rəhbərliyi öz qərəzli və primitiv mövqeyini ortaya atmaq üçün başqa bəhanə tapa bilmir.
Həmin kontekstdə ermənilərin tez-tez cəbhə xəttində monitorinqdən bəhs etməsi və ya münaqişə bölgəsində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsindən danışması da təsadüfi deyil. Onlar monitorinq məsələsini qabardır, ancaq sülhməramlı qüvvələri mənfi qarşılayırlar. Hətta utanmadan hesab edirlər ki, erməni silahlıları “sülhü təmin edirlər”. Əgər belə olsaydı, onda münaqişə olmazdı ki? Reallıqda məhz erməni işğalçılarını Azərbaycan ərazisindən çıxarmaq üçün danışıqlar aparılır. Biz orada sülhməramlı qüvvələrin yerləşdirilməsinin vacib olduğunu demirik. Əslində, Azərbaycan öz ərazisinin hər qarışına nəzarət etməyə qadirdir və belə də olacaq. Ancaq Azərbaycanın Xarici İşlər naziri, sadəcə, həmsədrlərin hansısa təklif verdiyini deyib və sənədlərin təzə və ya köhnə olduğundan bəhs etməyib. Azərbaycan bu məsələnin müzakirə olunmalı olduğunu vurğulayır.
Digər tərəfdən, əgər münaqişənin həlli ilə bağlı hər hansı bir razılıq yoxdursa, sülhməramlı qüvvələrdən danışmağın mənası yoxdur. Bunu hamı bilir. Deməli, xain xofludur - qorxur ki, onu Azərbaycan torpaqlarından bu və ya digər formada qovacaqlar.
Bunlardan belə görünür ki, Vaşinqton müzakirələri daha çox ümumi xarakterli olub və heç bir razılıq əldə olunmayıb. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun da hansısa konkret təşəbbüs göstərməsi müşahidə edilməyib. Ekspertlərin fikrincə, amerikalı rəsmini daha çox İran məsələsi düşündürür. Azərbaycan və Ermənistanla münasibətlərə də həmin çərçivədə yanaşılır. Lakin rəsmi yayılmış məlumatdan görünür ki, ABŞ-ın Azərbaycanla əlaqələri inkişaf etdirməyə marağı böyükdür və o, İran məsələsi ilə əlaqələndirilə bilməz.
Belə ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbərinin Vaşinqtona işgüzar səfəri çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həllinin cari vəziyyəti və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ilə yanaşı, tərəflər arasında mövcud ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələlər də müzakirə edilib.
O cümlədən “iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüslər, enerji və nəqliyyat sahəsində reallaşdırılan layihələr, habelə Avropanın qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanlar” müzakirə edilən əhəmiyyətli və aktual məsələlər sırasında olub. Bununla yanaşı, Vaşinqton Azərbaycanla Yaxın Şərq bölgəsində mövcud vəziyyəti, eləcə də qlobal gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edir. ABŞ Prezidenti Donald Tramp bu kimi məqamları Prezident İlham Əliyevə ünvanladığı məktublarda konkret olaraq vurğulayıb.
Vurğulanan məqamlar onu ifadə edir ki, Amerika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin dinamikası yüksək səviyyədədir və bu, davam edəcək. Ancaq belə bir vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinin həllində kimsənin rəsmi Bakıya təzyiq göstərə bilməsi anlamına gəlmir. Bu, ümumiyyətlə, mümkün olan iş deyil. Həm də Azərbaycanın güzəşt limiti yoxdur: ərazilər işğal olunub və işğalçı oradan çıxmalıdır. Əgər danışıqlarda buna nail olunmasa, Azərbaycan alternativ üsuldan istifadə edəcək. Bu, onun təbii haqqıdır! Bu baxımdan Vaşinqton müzakirələri heç nəyi dəyişməyib.
Newtimes.az

 
  • Oxunub:  3030  |  
  • Tarix:  03-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+35 +38
gecə+20 +24