A+   Yenilə  A-
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sessiyanın açılış mərasimində iştirak edib
İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.
Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq Sərəncam imzalayıb. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı: “Hörmətli xanım Baş direktor.
Zati-aliləri.
Xanımlar və cənablar.
Əziz dostlar, hörmətli qonaqlar.
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində bu gün sizinlə burada olmaqdan çox şadam. Sizin hamınızı Bakıda - Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə salamlamaqdan məmnunam. Bizim üçün bu cür mühüm toplantını qəbul etmək böyük şərəfdir və mən sessiyaya uğurlar arzulayıram.
Mən UNESKO-nun Baş direktoru xanım Odre Azuleyə xüsusi olaraq minnətdaram və əminəm ki, onun burada olması bu tədbirə xüsusi dəyər qatacaq. UNESKO-nun xoşməramlı səfiri kimi, mən bu gün burada bütün UNESKO ailəsinin üzvlərini salamlamaqdan çox şadam.
Bu ayın əvvəlində biz Azərbaycanın UNESKO-dakı üzvlüyünün 27-ci ildönümünü qeyd etdik. Bu illər ərzində biz mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik. Bu gün biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun proqramlarında iştirak edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda, bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır.
2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilmişdir. Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilmişdir. Həmçinin qeyd etmək istərdim ki, Abşeron yarımadasında tapılmış tarixi abidələri və arxeoloji eksponatları özündə əks etdirən açıq səma altında “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə açılmışdır. Bakıda, Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin tikintisi, məscidlərin, sinaqoqların və kilsələrin yenidən qurulması və inşası, muzeylərin bərpası və açılması - bütün bunlar Azərbaycanın müxtəlif mədəni irsinin qorunması və zənginləşdirilməsi üçün dövlətimizin siyasətinin sadəcə bir neçə elementidir.
UNESKO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri - muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.
Azərbaycanın UNESKO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olmuşdur. Bununla belə, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olmuşdur. Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır.
Əziz dostlar, mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir. Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər. Mən burada mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş və Azərbaycanın başladığı “Bakı Prosesi”ni xatırlatmaq istəyirəm. 2008-ci ildə Bakıda ilk dəfə başlanmış beynəlxalq konfrans Avropa Şurasının üzv dövlətlərinin mədəniyyət nazirlərini ümumi narahatlıq doğuran məsələlər ətrafında dialoqa başlamaq üçün İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan həmkarları ilə bir masa arxasında topladı. Ötən ay biz “Bakı Prosesi” çərçivəsində V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. Məmnunuq ki, UNESKO həmin mühüm təşəbbüsdə bizim əsas tərəfdaşımızdır. Xanım Baş direktor, verdiyiniz mühüm şəxsi dəstəyinizə görə sizə minnətdaram.
Bu toplantının işinə böyük uğurlar arzulayaraq, yekunda XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin sözlərinə istinad edərək demək istərdim: “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar”.
Bir daha Azərbaycana xoş gəlmisiniz. Sağ olun”.
* * *
UNESKO-nun Baş direktoru Odre Azule çıxış edərək deyib: “Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva.
Hörmətli UNESKO-nun İcraiyyə Şurasının sədri.
Xanımlar və cənablar.
Cənab nazirlər, hörmətli dostlar və həmkarlar.
Bu gün biz Bakı şəhərinə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına toplaşmışıq. Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə, UNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan sahələrə malikdir. Bu gün axşam biz bütün dünyanın müxtəlif yerlərindən paytaxt şəhərinizə, buraya toplaşmışıq. Əslində bunun bir tarixçəsi var. Bu, bizi bir araya gətirən dəyərlərə, ümumi tariximizə, bölüşdüyümüz məqamlara bağlıdır. Tarix boyu bəşər övladı yaşayıb, yaratmışdır. Biz müxtəlif təkamül yolu ilə inkişaf edərək yeni üfüqlərə çıxmışıq.
Artıq biz yeni minillikdə, belə möhtəşəm sarayda - memar Zaha Hadidin dizaynına, onun üslubuna uyğun yaradılmış bir sarayda toplaşmışıq. Mən Azərbaycan Respublikasının rəhbərliyinə səmimi qonaqpərvərliyə və üzv dövlətlər üçün yaradılmış bu şəraitə və xüsusi mühitə görə təşəkkürümü bildirirəm. Çünki biz hər il xüsusi bir an yaşayırıq. Dünya miqyasında biz öz toplantımızı təşkil edərək, burada müxtəlif namizədlikləri nəzərdən keçiririk. Biz UNESKO olaraq multilateralizm mövqeyindən çıxış edərək ümumi arzularımızı ifadə edirik. Burada həm Birləşmiş Ştatları, Çini, İranı, Rusiyanı, Burkina-Fasonu, həm də Böyük Britaniya və bütün digər dünya dövlətlərini narahat edən məsələləri müzakirə edirik. Bu, onu göstərir ki, məhz mədəni irsə gəldikdə bütün dünya ölkələri bu məsələləri birgə müzakirə edir. Bu gün biz müzakirə edəcəyimiz məsələlərin siyahısını hazırlamışıq. Bu, kifayət qədər böyük bir siyahıdır. Biz bu gün bir məqsədlə toplaşmışıq ki, universal dəyərə malik olan sahələr haqqında söhbət aparaq. Son zamanlar biz Rio muzeyində, həmçinin Parisdəki Notr-Dam kilsəsində dağıdıcı yanğınların şahid olduq. Bu hadisələr baş verdikdən sonra biz görürük ki, dünya mədəni irsi nə qədər həssas vəziyyətlərlə üzləşir. UNESKO ilk cərgələrdə gedərək beynəlxalq həmrəyliyin təzahürüdür. Biz bu gün sülh istəyirik, istəyirik sülh qurulsun.
Xanımlar və cənablar, hörmətli Ümumdünya İrs Komitəsinin üzvləri, bu gün siz konvensiyadan çıxış edərək öz fəaliyyətinizi aparacaqsınız. Sizin hamınıza rəsmi məktubumuzu ünvanlamışıq ki, biz burada bərabərlik nöqteyi-nəzərindən çıxış etməliyik. Biz əldə etdiyimiz nəticələri çoxaltmalıyıq. Biz tam zəmanət verməliyik ki, gələn 10 gün ərzində birgə işləyək, müzakirələr aparaq. Elə nailiyyətlər əldə edək ki, dünya mədəni irsi öz müxtəlifliyi ilə qorunsun, saxlanılsın. Bu baxımdan hər bir kəs - istər azlıq, istər çoxluq universal dəyərlərə öz töhfəsini verməlidir.
UNESKO bu yaxınlarda Mosul şəhərində saraylardan birində böyük bir toplantı keçirdi. Orada dağıntıya məruz qalmış, lakin tarixi əhəmiyyətə malik olan abidələrlə bağlı geniş müzakirələr aparıldı. Biz gördük ki, bunun çox böyük təsiri oldu. Biz, həmçinin bu ruhda vasitəçilik missiyası ilə Yaxın Şərqdə çıxış etmişik. Bunun sayəsində bizim İcraiyyə Şuramız, hər hansı bir komitəyə daxil olan qurum öz səylərini göstərir. Mən İsrail, İordaniya və Fələstin nümayəndə heyətlərinə təşəkkürümü bildirirəm ki, onlar dialoqu bərpa etmək üçün özlərində güc tapdılar. Qarşımızda bu gün elə layihələr var ki, o layihələr hamı tərəfindən bölüşülür və qəbul edilir. Hesab edirəm ki, atılan belə əhəmiyyətli addımlar bundan sonra da davam etdirilməlidir və onlar universal mədəni irsin qorunmasına yönəlməlidir.
Qeyd etdiyimiz mədəni irs haqqında, onun qorunması ilə bağlı Konvensiya bizim hamımıza nəinki fayda gətirir, o, həmçinin bizim bu sahədə apardığımız elmi araşdırmalara bir istiqamətdir. Bu gün bu sahədə qəbul edilən qərarlar ekspert biliklərinə, həmrəyliyə, dialoqa əsaslanır. Əminəm ki, siz yaxşı mühitdə konsensus əsasında müxtəlif məsələlərlə bağlı müsbət həll variantlarını tapa biləcəksiniz.
Mən istərdim ki, bizim fəaliyyətimizə inam olsun, bu fəaliyyət universal xarakter daşısın. Bildiyiniz kimi, öz uzun tarixinə, öz təbii və mədəni irsinin müxtəlifliyinə baxmayaraq, Afrika qitəsi yenə də zəif şəkildə təmsil olunur. İstərdik ki, onların mədəni irsi daha yaxşı şəkildə qorunsun və təmsil olunsun. Bu, bizim ümumi tarixdə öz izini qoyacaq. Beynəlxalq həmrəylik daha yüksək sürətlə formalaşdırılmalıdır. Məmnunluq hissi ilə deyə bilərəm ki, bu məqsədlər üçün dünya səviyyəsində dəstəyi formalaşdıra bildik.
Xanımlar və cənablar, biz üzərimizdə bu öhdəliyi hiss edirik. Bu, dünya mədəni irsinə aiddir. Əfqanıstanda, Yəməndə, Suriyada, İraqda və bir sıra digər yerlərdə misallar var. Qürur hissi ilə bildiririk ki, bizim aramızda həmrəylik qurulub. Bu, müxtəlifliyin qorunmasına yönəldilib. Dünya mədəni irsi, həmçinin hədəf kimi də seçilə bilər, qeyri-düzgün şəkildə idarəçiliyə məruz qala bilər. Mədəni və təbii irsin qorunması ilə bağlı Konvensiya ola bilsin ki, dünyada ən çox tanınan normativ-hüquqi sənəddir. Normativ-hüquqi sənəd olaraq o, bizim hamımızın üzərinə vəzifə və eyni məqsəd qoyur ki, biz yüzlərlə abidəni artıq məlum olan təcrübələr əsasında qorumalıyıq və mühafizə etməliyik.
Bu fürsətdən istifadə edərək mən dünya əhalisinə, xüsusən də gənclərə səslənirəm. Qeyd etmək istəyirəm ki, onlar bütün proseslərə qatılmalıdırlar. Nəinki bu işləri aparmalıdırlar, həmçinin bu sahədə təşviqat işlərində iştirak etməlidirlər, təhsillərini daha da artırmalıdırlar. Bununla bağlı bizdən konkret tədbirlərin görülməsi tələb olunur. Çünki tarix onu göstərib ki, biz bu sahədə dayanmadan işləməliyik.
Mən burada bir gənc qıza söz vermək istəyirəm. Onun doqquz yaşı var. Mən onu kürsüyə dəvət edirəm. O, sizinlə öz duyğularını bölüşmək, öz fikirlərini izah etmək istəyir. O, bir poema müəllifidir və istərdim ki, onu sizə təqdim etsin. Bu da universal dəyərə malik olan dünya mədəni irsinə aid yazıdır. Mən sözü gənc qıza vermək istəyirəm. Sizin hamınıza uğurlu iş arzulayıram”.
Doqquz yaşlı uşaq: “Hamınıza axşamınız xeyir olsun deyirəm. Çox sağ olun ki, mənim üçün belə bir fürsət yaratdınız. Əhmədabad mənim şəhərim, mənim irsimdir. Bu, yazdığım kitabın adıdır. O kitabda çox maraqlı fotoşəkillər də var. Mənim şəhərimə ithaf olunub. Şəhərimdə olan çox qədim, 600 illik tarixə malik mədəni abidələrin tarixçəsi burada məni həvəsləndirdi ki, bu kitabı yazım. Bundan irəli gələrək mən tarixçəmi 1411-ci illə başladım. Həmin vaxt şəhərimiz yaradıldı. Burada olan məkan Sultan Əhməd Şaha çox böyük təəssürat bağışladı. Beləliklə, o, bu möcüzəli məkanda yeni bir şəhəri yaratmaq qərarına gəldi. Mən kitabda öz poemamı əks etdirmişəm. İstərdim kitabımı UNESKO-nun Baş direktoruna hədiyyə olaraq təqdim edim. Altı yüz il öncə bu tarixçə başlayıb. Şəhərimdə möcüzə ağacı bitir. O, öz şan-şöhrətini qoruyub saxlaya bilib. Bu gün bir quş onun budaqlarında əyləşərək bizim canlı irsimizin mahnısını ifa edir.
Sağ olun”.
* * *
Sonra UNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək sessiyada müzakirə olunacaq məsələlərin və qəbul ediləcək qərarların çox əhəmiyyətli olacağını bildiriblər.
Daha sonra Azərbaycan incəsənət ustalarının maraqlı konsert proqramı təqdim olunub.

 
  • Oxunub:  6660  |  
  • Tarix:  02-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA