Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır

YAP təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır

19.06.2019 [09:31]

YAP Nərimanov rayon təşkilatının Nərimanov rayonu H.Əliyev pr. 10 ünvanlı ərazi ilk partiya təşkilatında tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Nərimanov rayonu H.Əliyev pr. 10 ünvanlı ərazi ilk partiya təşkilatında tədbir keçirilib. Tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev və ərazi ilk partiya təşkilatının üzvləri iştirak ediblər.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbiri açaraq yığıncağın gündəliyini diqqətə çatdırıb. M.Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs edərək bildirib ki, bu gün ölkəmiz bütün sahələr üzrə böyük uğurlar qazanır və dünya dövlətləri arasında nüfuzu durmadan artır.
Sonra YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılmasının təşkil etdiyini bildirib. O həmçinin Yeni Azərbaycan Partiyasının təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatı olduğunu deyib. T.Tağıyev qeyd edib ki, xalq öz Prezidentini, Onun Sədri olduğu partiyanı dəstəkləyir və Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır və onun ətrafında sıx birləşdiyini nümayiş etdirir.
Tədbirdə həmçinin təşkilati məsələlərə baxılıb və yekdil səsvermə ilə H.Əliyev pr. 10 ünvanlı ərazi ilk partiya təşkilatına Hikmət Əlizadə sədr seçilib. Eyni zamanda, iclasda sədr müavinləri və 7 nəfərdən ibarət İdarə Heyəti üzvləri seçiliblər.
Sonda T.Tağıyev yeni seçilmiş heyəti təbrik edərək təşkilatın fəaliyyətində və gələcək işlərində uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 717 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30