Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib

15.06.2019 [10:17]

İyunun 14-də Beynəlxalq Mətbuat Mərkəzində “Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilmiş tədbir 15 iyun - Milli Qurtuluş Gününə həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı dövlətimizin qurtuluş tarixidir. Bu, ideoloji bir hadisədir. Çünki Heydər Əliyev xalqı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Xalqla dövlət arasında möhkəm bağ yaratdı. İnsanlarda dövlətin əbədiyaşarlığına inam formalaşdırdı. Heydər Əliyevi böyük dövlət xadimi və misilsiz siyasətçi kimi xarakterizə edən cəhətlər həddən artıq çoxdur. O, jurnalistikanın missiyasına müstəsna dəyər verirdi. Heydər Əliyev medianın funksiya və vəzifələrini dövlət idarəçiliyi baxımından uzlaşdırmağı məharətlə bacaran, dünya tarixinin gördüyü çox az siyasətçilərdən idi.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli Ulu Öndər Heydər Əliyevin əsl millət fədaisi olduğunu vurğulayıb. O bildirib ki, Heydər Əliyev istər Sovetlər Birliyi dönəmində, istərsə də müstəqillik illərində xalq üçün çalışmaq əzmini ortaya qoymuşdu. Burada söhbət yalnız idarəçilikdən deyil, eyni zamanda, xalqı xilas etməkdən gedir. Heydər Əliyev əməli addımları ilə xalqın milli mənlik şüurunun qorunmasına çalışırdı. Bu zaman O, medianın roluna əsaslanırdı.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında bildirib ki, Heydər Əliyev 15 iyunda hakimiyyətə qayıdışı ilə ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı bürümüş xaosa son qoydu. Bu, müstəqil dövlətçilik mərhələsinin başlanğıcı idi. Lakin həmin illərdə dövlətçiliyə qəsdlər də olurdu. Ulu Öndər bu kimi təhlükəli meyillərin qarşısına həm də mediaya güvənərək çıxırdı. O, hara gedirdisə, jurnalistlərlə hərəkət edirdi. Hazırda dövlətin media siyasətinin xüsusiyyətlərindən bəhs edən V.Səfərli bu təməlin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyevin səriştəsi və həssas yanaşması ilə zənginləşdiyini vurğulayıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət idarəçiliyi sistemi yaratdı. Bu sistemdə medianın da böyük rol oynadığını vurğulayan baş redaktor əlavə edib ki, jurnalistlərin peşəkarlığı, media qanunvericiliyinin mükəmməlliyi və bir sıra digər mühüm cəhətlər medianın demokratik cəmiyyət quruculuğu yolundakı vəzifələrinə fundamental yanaşma tərzinin bənzərsiz nümunəsidir.
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay çıxışında Heydər Əliyev şəxsiyyətinin media ilə işləməyi bacarmaq xüsusiyyəti üzərində dayanıb. O bildirib ki, Ulu Öndər jurnalistlərin yazdıqlarını şəxsən oxuyurdu. “Bir jurnalist üçün ölkə başçısının onun yaradıcılığını izlədiyini bilməkdən dəyərli heç nə yoxdur”, - deyə baş redaktor bildirib.
“Heydər Əliyev müasir Azərbaycan Respublikasını qurdu və yaşatdı”, - deyən Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, Heydər Əliyevin müəllifi olduğu nəhəng layihələr yalnız Azərbaycanın beynəlxalq arenadakı yeri və rolunu müəyyənləşdirmədi, ümumən beynəlxalq siyasətin konturlarını dəyişdi. Bu, son dərəcə böyük, bənzərsiz tarixi missiya və xidmət nümunəsi idi.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında Heydər Əliyevin media ilə təmaslarındakı ayrı-ayrı epizodlara toxunub. O, eyni zamanda, bildirib ki, Ulu Öndər məmur-mətbuat ziddiyyətlərində hər zaman medianın təəssübünü çəkir və məmurlara tənqidə dözümlü olmağı tövsiyə edirdi.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin mətbuat katibi Allahverdi Məmmədli çıxışında Ulu Öndər Heydər Əliyevi həm böyük dövlət xadimi və siyasətçi, eyni zamanda, mili-mənəvi dəyərlərə bağlı bütöv şəxsiyyət olaraq səciyyələndirən cəhətlərə toxunub, xatirələrini bölüşüb.

Paylaş:
Baxılıb: 416 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31