Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Georgi Tsereteli: ATƏT PA Azərbaycan ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir

Georgi Tsereteli: ATƏT PA Azərbaycan ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir

12.06.2019 [09:43]

İyunun 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın ATƏT ilə əməkdaşlığın daha da dərinləşməsinə önəm verdiyini deyib. O bildirib ki, Milli Məclislə ATƏT PA arasında münasibətlərin inkişafında yüksəksəviyyəli səfərlər əhəmiyyətli rol oynayır. Sədr təşkilata üzv dövlətlərin üzləşdiyi problemlərin həllində qurumun gələcəkdə daha yaxından iştirak edəcəyinə, qətiyyətli və ədalətli mövqe sərgiləyəcəyinə inamını ifadə edib.
Görüşdə Oqtay Əsədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyi arxitekturasına verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışıb. O, həmçinin qonağın təmsil etdiyi Gürcüstanla əməkdaşlığımızın inkişaf perspektivlərindən söz açıb.
Georgi Tsereteli ölkəmizdə olmasından məmnunluğunu bildirərək qeyd edib ki, ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsində belə qarşılıqlı səfərlər mühüm rol oynayır. O əlavə edib ki, ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir. ATƏT məkanında mövcud problemlərin həllində qarşılıqlı dialoqun aparılması vacib məsələlərdəndir. ATƏT PA-nın prezidenti ümidvar olduğunu bildirib ki, təmsil etdiyi təşkilat bu sahədə səylərini gələcəkdə də əsirgəməyəcək.
Qonaq Gürcüstan və Azərbaycan xalqları arasında əsrlərboyu mövcud olan dostluğun bundan sonra daha da möhkəmlənəcəyinə inamını ifadə edib. O, səfər çərçivəsində Bakıda keçiriləcək konfransda iştirakı barədə danışıb və tədbirin əhəmiyyətini qeyd edib.
Görüşdə Milli Məclisin Sədr müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova da iştirak edib.

Paylaş:
Baxılıb: 382 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31