Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BMT-nin Əhali Fondu media nümayəndələri üçün seminar keçirib

BMT-nin Əhali Fondu media nümayəndələri üçün seminar keçirib

23.05.2019 [15:52]

Məlum olduğu kimi, 20-22 may tarixlərində BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin dəstəyilə jurnalistlər, bloggerlər və vloggerlər üçün Şabranda "Gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması" istiqamətində ikigünlük praktik seminar keçirilib.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mətbuat Şurasının tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təbliği üzrə" qlobal proqram çərçivəsində təşkil olunub. Layihənin keçirilməsində məqsəd oğlan uşaqlarına üstünlük verilməsi probleminin və doğulan uşaqlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması istiqamətində həyata keçirilən milli təşviqat kampaniyasına medianı cəlb etməkdir.
Seminarda gender ayrı-seçkiliyi, gender əsaslı zorakılıq və digər bu kimi mövzuları işıqlandıran media nümayəndələrinin doğulan uşaqların cins nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlılığının artırılması məsələsi müzakirə edilib. Bununla yanaşı, iştirakçılara ənənəvi və yeni media vasitələrinin, sosial media alətlərinin bu mövzudakı təşviqat işində istifadə olunması üçün praktik biliklər verilib.
Seminarın açılışında BMT-nin Əhali Fondunun demoqrafik inkişaf üzrə müşaviri Nərminə Məlikova doğulanların cins nisbətinin pozulması ilə bağlı Azərbaycanda və dünyada mövcud vəziyyətə dair çıxış edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək bildirib ki, bu problem bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da mövcuddur. Lakin ölkəmizdə tarix boyu qadınların cəmiyyətin həyatında çox vacib rolu olub. Bu gün də Azərbaycanda ölkə həyatının hər bir sahəsində qadınların fəallığının şahidi oluruq.
Daha sonra seminarın əsas təlimçisi Türkiyədən dəvət olunan media mütəxəssisi Ayşe Karabat Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və Mətbuat Şurası tərəfindən hazırlanan "Gender jurnalistikası" adlı təlim kitabçasını təqdim edib.
Kitabça qadın hüquqları, gender bərabərliyi, gender zorakılığı və digər oxşar mövzularda yazan jurnalistlər üçün əyani vəsait rolunu oynayır.
Seminar zamanı Ayşe Karabatın təqdimatında qız övladları ilə bağlı gender diskriminasiyası, medianın bu məsələdə rolu, sosial mediada gender məsələsində bilərəkdən və ya bilməyərəkdən aparılan yanlış təbliğat və s. məsələlər ətrafında müzakirələr aparılıb.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 298 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30