A+   Yenilə  A-
Azərbaycanın dinamik daxili və xarici siyasəti ölkənin milli maraqlarına əsaslanır

Prezident İlham Əliyev: Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək
Son 15 ildə Azərbaycan ölkənin potensialına və milli maraqlarına əsaslanan, eyni zamanda, qlobal miqyasda meydana çıxan çağırışlarla adekvatlıq təşkil edən, gözlənilən bütün riskləri önləməyə hesablanan məqsədyönlü praqmatik siyasət həyata keçirib. Nəticədə isə ölkəmizin bütün dünyada böyük maraqla izlənilən hər cəhətdən nümunəvi inkişaf modeli formalaşıb. Bütövlükdə respublikamızın daxili və xarici siyasəti kifayət qədər dinamik və intensiv xarakter daşıyır. Bir-birini tamamlayan bu siyasət ölkənin iqtisadi-maliyyə imkanlarının genişlənməsinə və bu əsasda insanların həyat səviyyəsinin daha da yüksəlməsinə, eləcə də Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsinə hesablanıb.
Sevindirici haldır ki, son 15 ildə beynəlxalq miqyasda iqtisadi baxımdan Azərbaycan kimi dinamik inkişaf edən ikinci bir dövlət olmayıb. Ölkəmiz öz inkişafını inamla davam etdirir. Bunu 2019-cu ilin birinci rübündə qazanılan uğurlar da təsdiqləyir. Respublikamızda yanvar-mart ayları üzrə ümumi daxili məhsul istehsalında 3 faizlik artıma nail olunub ki, bu da son illərin ən yaxşı göstəricisidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğulayıb ki, əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir.
Eyni zamanda, ölkəmizin xarici siyasətdə qazandığı uğurlar da kifayət qədər çoxdur. Respublikamız regional və qlobal əməkdaşlığa getdikcə daha sanballı töhfələr verir. Azərbaycan artıq mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən və bu tədbirlərdə özünün yüksək standartlarını müəyyənləşdirən bir məkana çevrilib. Bu tədbirlərdə bir qayda olaraq ölkəmizin müsbət reallıqları təqdim olunur və beynəlxalq birliyə əməkdaşlıqla, təhlükəsizliklə bağlı çox mühüm mesajlar ünvanlanır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, təkcə cari ilin birinci rübündə respublikamızda bir neçə mötəbər beynəlxalq tədbir keçirilib. Onların arasında VII Bakı Qlobal Forumunu qeyd edə bilərik. Bu, hazırda dünya miqyasında ən mötəbər forumlardan biridir. Bakıda keçirilən forumda 50 ölkəni təmsil edən 500-dən çox qonaq iştirak edib. Cari ilin birinci rübündə Bakıda Azərbaycanın təşəbbüsü ilə OPEC+ görüşü keçirilib. Respublikamız həmçinin ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının tədbirinə ev sahibliyi edib. Bakıda keçirilən “Formula-1” yarışları ilə bağlı həyəcanlı anlar da hələ yaddaşlardan silinməyib. Mayın əvvəlində şəhərimizdə “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da kifayət qədər mötəbər tədbirdir. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Yeri gəlmişkən, Prezident İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında söylədiyi nitqində Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasətin müsbət nəticələrindən ətraflı bəhs edib. “Bizim fəal xarici siyasətimiz var. İqtisadi siyasətimiz ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradıb”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan xalqı öz gələcəyini sabitlik şəraitində qurur
Hazırda biz qlobal miqyasda müxtəlif, bir sıra hallarda isə arzuolunmaz proseslər getdiyinin şahidi oluruq. Kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən, televiziya süjetlərindən görürük ki, dünyada, bizim regionumuzda, Yaxın Şərqdə, Avropada vəziyyət getdikcə gərginləşir. Təəssüf doğuran haldır ki, qlobal miqyasda risklər, sülhə, təhlükəsizliyə, inkişafa qarşı yönələn təhdidlər getdikcə daha geniş miqyas alır.
Dünyanın ayrı-ayrı regionlarında yaşanan gərginliklərlə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqli bir rakursdan diqqəti çəkir. Belə ki, respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Xalqımız öz gələcəyini əmin-amanlıq şəraitində qurur, gələcəyə ümidlə baxır. Möhkəm sabitlik ölkənin perspektiv inkişafı üçün fundamental amil rolunda çıxış edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizin öz yolu ilə gedərək sabitlik şəraitində uğurlara imza atmasını xüsusi vurğulayıb. “Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək”, - deyə dövlət başçısı bildirib.
Müstəqil Azərbaycanın dünyada böyük maraqla izlənən nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri odur ki, ölkəmizdə aparılan məqsədyönlü siyasət iqtidar-xalq vəhdəti prinsipinə əsasən müəyyənləşdirilir. Azərbaycan iqtidarı reallaşdırdığı siyasətdə bir qayda olaraq milli maraqları əsas götürür, daim xalqın mənafeyindən çıxış edir. Öz növbəsində, cəmiyyət də iqtidarın ölkənin daha da güclənməsinə, insanların rifah halının yaxşılaşmasına yönələn siyasətinə yüksək səviyyədə dəstək verir. Azərbaycan cəmiyyətinin monolitliyinin, iqtidar ətrafında sıx birləşməsinin nəticəsidir ki, respublikamızda dövlətçiliyimizə, vətəndaş həmrəyliyinə qarşı yönələn bütün daxili risklər tam şəkildə aradan qaldırılıb. Radikal müxalifətin ölkədə bərqərar olan daxili sabitliyi pozmaq cəhdləri bir qayda olaraq fiaskoya uğrayır.
Eyni zamanda, Azərbaycan cəmiyyəti xaricdəki bəzi qüvvələrin ölkəmizə qarşı yönələn fəaliyyətlərinin dəf edilməsində də iqtidarla yüksək həmrəylik nümayiş etdirir. Məlumdur ki, “beynəlxalq” sözü altında pərdələnən bəzi qeyri-hökumət təşkilatları Azərbaycana qarşı iddialar sərgiləyən imperialist güc mərkəzlərinin, ermənipərəst dairələrin ruporuna çevriliblər. Təəssüf doğuran haldır ki, bir sıra “sapı özümüzdən olan baltalar” da respublikamızdakı möhkəm daxili sabitliyin pozulmasına yönələn ssenarilərdə yer alırlar. Respublikamızdakı radikal müxalifət düşərgəsində cəmləşən qüvvələrin xaricdəki anti-Azərbaycan dairələrlə sinxron, əlaqələndirilmiş fəaliyyəti bununla bağlı qənaətlərimizi daha da möhkəmləndirir. Ancaq bu kimi cəhdlər əbəsdir. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Azərbaycan cəmiyyəti kifayət qədər yetkin cəmiyyətdir. İnsanlar ağı qaradan seçməyi, hər kəsə layiq olduğu qiyməti verməyi yaxşı bacarırlar. Azərbaycan cəmiyyətinin ovqatına, ab-havasına istinadən qətiyyətlə demək mümkündür ki, respublikamızda daxili sabitliyin pozulmasına yönələn cəhdlər heç bir halda reallaşmayacaq və ölkəmiz əmin-amanlıq şəraitində özünün inamlı inkişafını bundan sonra da davam etdirəcək. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Azərbaycan cəmiyyətinə və xalqına dərin inamını ifadə edən Prezident İlham Əliyev “Azərbaycan xalqı heç vaxt imkan verməz ki, antimilli, xəyanətkar ünsürlər Azərbaycanda nə isə əldə etsinlər. Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi yaxşı bilir”, - deyə vurğulayıb.
Yeni sosial paketin reallaşdırılması nəticəsində Azərbaycanda 3 milyondan çox vətəndaşın maddi vəziyyəti daha da yaxşılaşacaq
Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də odur ki, ölkənin dinamik iqtisadi inkişafı genişməzmunlu sosial siyasətlə tamamlanır. Respublikamızın iqtisadi gücü artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapır. Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün geniş imkanlar yarandığına diqqət çəkərək deyib: “İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır. Biz əməkhaqlarını, pensiyaları, müavinətləri nəyin hesabına artırırıq? Ona görə ki, daha da səmərəli işləyirik, ona görə ki, büdcə daxilolmaları artır və artacaq”.
Dövlət başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizdə cari ilin əvvəlindən sosial sahədə çox ciddi addımlar atılıb. Prezident İlham Əliyev 2019-cu ilin arxada qalan dövrü ərzində bilavasitə insanların rifah halının yaxşılaşmasına, gəlir imkanlarının artırılmasına hesablanan çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlərə əsasən deyə bilərik ki, Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət inqilabi xarakter daşıyır.
Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən ötən il elan edilən və 2019-cu ilin əvvəlindən aktiv şəkildə icrasına başlanan böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir. Məlum olduğu kimi, cənab İlham Əliyev ötən il keçirilən seçkilərdə dövlət başçısı seçildikdən sonra Öz vədinə sadiq qalaraq 2018-ci il 19 aprel tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Bəhs olunan Fərmanın icrasına ötən il noyabrın 14-dən başlanılıb. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı digər Fərmanla birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Belə ki, sənədə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev cari il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, devalvasiya nəticəsində insanlara dəyən ziyan dövlət tərəfindən ödənilir. Fərmanın əhatə dairəsinə 800 mindən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödəniləcək. Bütövlükdə, problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür.
Dövlət başçısının imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərman mənzil idarəçiliyi baxımından problemlərin həllinə gətirib çıxaracaq, vətəndaşların mənzil və yaşayış şəraitinin yaxşılaşmasına, o cümlədən sosial rifahının daha da yüksəlməsinə müsbət təsir göstərəcək. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” Sərəncamla sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılıb.
Respublikamızda əməkhaqlarının artırılması tendensiyası 2019-cu ildə də davam etdirilir. Qeyd edək ki, minimum əməkhaqqının və minimum pensiyanın artırılması 830 minə yaxın insanı əhatə edir. Ümumiyyətlə, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən ötən il elan edilən və 2019-cu ilin əvvəlindən aktiv şəkildə icrasına başlanan böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir. Yeni sosial paketin reallaşdırılması nəticəsində Azərbaycanda 3 milyondan çox vətəndaşın maddi vəziyyəti daha da yaxşılaşacaq.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması ölkəmizin xarici siyasətinin prioritetini təşkil edir
Ölkəmizin milli maraqlara əsaslanan xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Azərbaycan ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də digər beynəlxalq platformalarda prinsipial mövqe sərgiləyir və tarixi ədalətin bərpa olunması naminə ardıcıl səylər göstərir. Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi müxtəlif səviyyəli görüşlərdə dəfələrlə bəyan edib ki, münaqişə ilə bağlı aparılan danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır, bu danışıqlar substantiv nəticələrə yönəlməlidir. “O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”, - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğulayıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə, eləcə də bu ali qurumun sədrinin bəyanatlarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. Təhlükəsizlik Şurasının bəhs olunan sənədlərində işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması vurğulanıb.
Ümumiyyətlə, əksər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı respublikamızın ədalətli mövqeyini dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı respublikamızın haqlı mövqeyini dəstəkləyərək çox önəmli qətnamələr qəbul ediblər.
Azərbaycanla Avropa İttifaqı arasında səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələri mövcuddur
Milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasət həyata keçirən Azərbaycan həmçinin beynəlxalq təşkilatlarla əlaqələrini qarşılıqlı maraqlar əsasında daha da dərinləşdirməyə çalışır. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr də istisna deyil. Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq Azərbaycanla Avropa İttifaqı arasında səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələri qurulub. Prezident İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqində Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin getdikcə daha da möhkəmləndiyini diqqətə çatdırıb. “Bizim Avropa İttifaqı ilə yaxın münasibətlərimiz var. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib”, - deyə dövlət başçısı bildirib.
Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır. İndiyədək respublikamızla Avropa İttifaqı arasında bir çox sahələrdə qarşılıqlı faydalı əlaqələr qurulub. Bu, özünü daha qabarıq şəkildə enerji sahəsində əməkdaşlıqda göstərir. Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaşı kimi dəyərləndirib və Azərbaycanın regionda oynadığı rolun Aİ tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb.
Azərbaycan-Avropa İttifaqı münasibətlərində diqqəti çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, qurum ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək verir. Aİ-nin bu mövqeyi qəbul edilmiş ikitərəfli sənədlərdə, o cümlədən də ötən il imzalanan “Tərəfdaşlıq prioritetləri”ndə açıq şəkildə ifadə olunub.
Deyilənlərdən çıxış edərək vurğulamaq yerinə düşər ki, yekun bəyanatın qəbul olunması ilə əlaqədar irəli sürülən bəzi iddiaların əsası yoxdur. Şərq Tərəfdaşlığı Proqramının 10 illik yubiley tədbirində ilkin olaraq tezislərdən ibarət yekun bəyanat verilməsi nəzərdə tutulmuşdur. Sonra isə bütün iştirakçı dövlətlərin rəyi də nəzərə alınmaqla Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarının adından ümumi yekun qeydlər sənədinin qəbul olunması qərara alınıb. Bu sənəddə də Aİ-nin əvvəlki illərdə qəbul olunmuş sənədləri, o cümlədən 2017-ci il Brüssel sammitinin yekunları ilə bağlı sənədin müvafiq müddəaları da diqqətdə saxlanılıb.
Prezident İlham Əliyevin Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı Proqramında ən fəal iştirak edən ölkələrdən biridir. Hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair sənəd hazırlanır. Bu sənəddə əsas müzakirə mövzusu enerji və ticarət məsələləridir. Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşdır və buna görə də öz vətəndaşlarının və şirkətlərinin maraqlarını qorumalıdır və bərabərhüquqlu rəqabət mühitinin formalaşdırılmasına səylər göstərilir. Bu məqam qəbul olunması nəzərdə tutulan tərəfdaşlıq sənədinin əsas qayələrindən birini təşkil edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin Brüsselə səfəri və keçirdiyi görüşlər Azərbaycanla Aİ arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlət başçısının Brüsseldə keçirdiyi görüşlərdə ayrı-ayrı sahələr üzrə əməkdaşlıq prioritetləri bir daha nəzərdən keçirilib və faydalı fikir mübadiləsi aparılıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  8280  |  
  • Tarix:  22-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA