A+   Yenilə  A-
Gəncədə “Azərbaycançılıq ideologiyası” və “Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib

Mayın 21-də Gəncədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycançılıq ideologiyası” və “Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, DTX-nin məsul əməkdaşlarının, Gəncə Şəhər İcra Hakimiyyətinin, idarə, təşkilat və müəssisələrin təmsilçilərinin, həmçinin geniş ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Heydər Əliyev Mərkəzində təşkil edilib.
Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi də yad olunub.
Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.
DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzinin rəisi Rəşad Camalov çıxış edərək bildirib ki, bugünkü konfransın keçirilməsində məqsəd adından da göründüyü kimi, azərbaycançılıq ideologiyasının təbliği və terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolunun artırılmasından ibarətdir. O, diqqətə çatdırıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü və praqmatik siyasət nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində öz layiqli yerini tutub və xarici tərəfdaşlar arasında böyük nüfuz qazanıb.
Tədbirdə çıxış edən DTX-nin əməkdaşı, tarixçi-tədqiqatçı Elsevər Məmmədov “Ümummilli Lider Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda məruzəsində bildirib ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin Öz xalqının israrlı və təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi, qurtuluş anı olmuşdur. Həmin gündən etibarən Ulu Öndər Heydər Əliyevin misilsiz və ölçüyəgəlməz xidmətləri nəticəsində Azərbaycan hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoyub, respublikamız beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Qədirbilən Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevi hədsiz məhəbbətlə sevir və Onun xatirəsini daim uca tutur. Nə qədər ki, müstəqil Azərbaycan var, Heydər Əliyev də var olacaqdır. Azərbaycanın müstəqilliyi isə Ümummilli Liderin sözləri ilə desək “əbədi, daimi və dönməzdir”.
Diqqətə çatdırılıb ki, bu gün müasir Azərbaycan inamla inkişaf edir, yeni-yeni möhtəşəm nailiyyətlərə imza atır, durmadan uğurlara doğru irəliləyir. Bu yol dahi rəhbər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq, tərəqqi və inkişaf yoludur. Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin müdrik, xalqımızın maraqlarını, tərəqqisini və təhlükəsizliyini etibarlı təmin edən uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycanda milli həmrəylik günbəgün daha da möhkəmlənir, respublikamız bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş və sabit ölkə kimi dövlətimizin nüfuzu durmadan artır.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Tural Məmmədov çıxış edərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd azərbaycançılıq ideologiyasının dərindən aşılanması, gənclərimizin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunması, eləcə də müasir dünyanın təhlükəsizliyini ciddi təhdid edən terrorizmə və radikallaşmaya qarşı mübarizədə ictimaiyyətin rolunu artırmaq, bu istiqamətdə Azərbaycan Respublikasının həyata keçirdiyi tədbirlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verməkdir.
Milli təhlükəsizlik və mənafelər əleyhinə yönəlmiş təhlükələrlə, xüsusilə terrorizm və ekstremizmlə mübarizədə Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə aidiyyəti dövlət və hüquq mühafizə orqanlarının səmərəli birgə fəaliyyət göstərdiklərini deyən Tural Məmmədov radikalizm meyillərinin əvvəlcədən müəyyən olunması və onlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi üçün cəmiyyətin yaxından iştirakının vacibliyini qeyd edib. O, belə ictimai dəstəyin Azərbaycanda dayanıqlı sabitliyin, təhlükəsizliyin və əmin-amanlığın qorunub saxlanması üçün zəruri olduğunu vurğulayıb.
Bildirilib ki, müasir dövrdə terrorçuluq bütün dövlətlər üçün təhlükə mənbəyidir. Azərbaycan Respublikası terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Belə ki, yalnız Ermənistan tərəfindən ölkəmizə qarşı 373, o cümlədən nəqliyyat və kommunikasiya obyektlərində 32 terror aktı törədilib, 2000-dən artıq mülki şəxs həlak və əlil olub.
Terrorçuluqla mübarizə tədbirləri haqqında danışan Tural Məmmədov qeyd edib ki, bu sahədə hüquqi, rejim mühafizə, əməliyyat-axtarış və profilaktiki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu sahədə mübarizə insan hüquq və azadlıqları, cəmiyyət və dövlətin təhlükəsizliyinin təmin edilməsi, terrorçuluğun aşkarlanması, qarşısının alınması, terrorçuluğun yaranmasının, maliyyələşdirilməsinin, ona digər yardımların göstərilməsinin qarşısının alınması məqsədilə həyata keçirilir. Terrorçu və ekstremist təşkilatların əlaqəsindən və şəbəkələşməsindən danışan DTX əməkdaşı bildirib ki, bu gün müxtəlif cərəyanlara mənsub terrorçu və ekstremist təşkilatlar bir-biri ilə sıx əlaqə saxlayırlar. Siyasi və dini ekstremizm, təcavüzkar separatçılıq, qloballaşma əleyhinə hərəkət, sağ və sol radikalizm və sair eyni terror zəncirinin həlqələri olub, terrorçuluq fəaliyyətinin müxtəlif sahələrində bir-birini tamamlayır. Məruzədə, həmçinin terrorizmin beynəlxalq coğrafiyası, DTX tərəfindən həyata keçirilən antiterror əməliyyatları, beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə tədbirləri istiqamətində ardıcıl görülən işlər barədə məlumat verilib.
Konfransda Qafqaz Siyasi Analiz Mərkəzinin rəhbəri Əhməd Əlili radikallaşma səbəbləri və radikallaşmaya aparan yollar haqqında təqdimatla çıxış edib. Həmçinin DTX əməkdaşı Arif Cəfərov “Vətəndaşların terror fəaliyyətinə cəlb olunmasına qarşı mübarizənin xüsusiyyətləri”, Hüquq elmləri üzrə fəlsəfə doktoru Bəxtiyar Əliyev “Terrorçuluq cinayətinin anlayışı, təsnifatı və cinayət məsuliyyətinin yaranması xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış ediblər.

 
  • Oxunub:  5280  |  
  • Tarix:  22-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA