A+   Yenilə  A-
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib

Tədbirlərdə Azərbaycan nümayəndə heyəti iştirak edib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələləri üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxan vilayətinə rəsmi səfərə gəlib. Həştərxan şəhərinin beynəlxalq aeroportunda Azərbaycan nümayəndə heyətini Həştərxan vilayəti qubernatorunun səlahiyyətlərini müvəqqəti icra edən Sergey Morozov və digər rəsmi şəxslər qarşılayıblar. Ənənəyə görə, qonaqları duz-çörəklə qarşılayıblar.
Sonra Azərbaycan və Həştərxan nümayəndə heyətləri Ümummilli Lider Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində Onun adını daşıyan parkda ucaldılmış abidəsi önünə tər güllər düzüblər.
Heydər Əliyev adına parkda hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə rəmzi ağacəkmə aksiyası keçirilib.
Daha sonra Həştərxan vilayəti administrasiyasında Azərbaycan və Həştərxan nümayəndə heyətlərinin görüşü olub. Görüşdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib, qarşılıqlı əməkdaşlığı genişləndirməyin və dərinləşdirməyin vacibliyi vurğulanıb.
Görüşdən sonra Əli Həsənov və Sergey Morozov Azərbaycan və Rusiya KİV nümayəndələrinin suallarını cavablandırıblar.
Əli Həsənov jurnalistlərlə söhbətində deyib ki, Həştərxan vilayəti qubernatoru səlahiyyətlərini icra edən Sergey Morozovla görüşdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib. Prezidentin köməkçisi deyib: “Biz regional əməkdaşlığı dərinləşdirəcək, genişləndirəcək və inkişaf etdirəcəyik. Bu, həm Həştərxan vilayətinin sakinləri, həm də Azərbaycan əhalisi üçün vacibdir. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentləri bizim qarşılıqlı tərəfdaşlıq münasibətlərimizin strateji istiqamətlərini müəyyən ediblər. Həştərxan vilayətinin və Azərbaycan Respublikasının rəhbərləri bu planları ən qısa müddətdə həyata keçirməyə çalışacaqlar”.
Qubernator səlahiyyətlərinin icra edən Sergey Morozov vurğulayıb ki, Həştərxan vilayəti Azərbaycan ilə qarşılıqlı fəaliyyət üzrə böyük işlər planlaşdırır. S.Morozov deyib: “Bugünkü görüşümüz ümumi niyyətlərə yönəlmiş daha bir addımdır. Görüş yüksək səviyyədə keçdi və biz bundan sonra da ikitərəfli münasibətlərin inkişafını davam etdirəcəyik”.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan İşgüzar Mərkəzində olub, orada Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın adından Həştərxan şəhərindəki uşaq evlərində tərbiyə alan bir qrup uşağa Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə xatirə hədiyyələri təqdim edilib. Uşaqlar onlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna təşəkkür ediblər. Hədiyyələrin təqdim edilməsi mərasimindən sonra uşaq evlərində tərbiyə alanlar və onların müəllimləri Azərbaycan İşgüzar Mərkəzinin binası qarşısında Azərbaycanın üçrəngli bayrağı rəngində olan şarları səmaya buraxıblar. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinə gəlib. Burada təhsil müəssisəsinin foyesində Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə tər çiçəklər qoyulub. Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Ulu Öndərin adını daşıyan və 8 il bundan əvvəl Fondun təşəbbüsü ilə əsaslı təmir edilmiş məktəbdə şagirdlər tərəfindən bədii konsert proqramı təqdim olunub.
Tədbir çərçivəsində təhsildə fərqlənən şagirdlərə və onların müəllimlərinə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, vitse-prezident, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya Fondun çoxşaxəli fəaliyyətinə görə təşəkkür ifadə edilib.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, habelə Fondun həm ölkəmizdə, həm də Azərbaycan hüdudlarından kənarda həyata keçirdiyi irimiqyaslı layihələr barədə məlumat verib. Qeyd edilib ki, Rusiyanın çoxsaylı regionlarında müxtəlif layihələr reallaşdıran Fond Həştərxan vilayətinin əsl dostudur.
Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri səlahiyyətlərini icra edən Denis Afanasyev, Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirova, Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti Mehriban Əliyevanın Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərini qeyd ediblər.
Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Həştərxan vilayəti ərazisində yaradılmış Azərbaycanın “KDY Logistics” şirkətinin logistik habı ilə də tanış olub. Bu şirkət “bir pəncərə” prinsipi üzrə gömrük və fitosanitar nəzarətin həyata keçirilməsini, həm Azərbaycandan, həm də başqa ölkələrdən kənd təsərrüfatı məhsullarının qəbulunu, saxlanılmasını və göndərilməsini təmin edir. Hab ilə tanışlıq zamanı Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Həştərxan vilayəti gömrük xidmətinin, “Rospotrebnadzor”un, “Rusiya Dəmir Yolları” ASC-nin Volqaboyu dəmiryolu struktur bölməsinin Həştərxan şöbəsinin və digər əlaqədar strukturların rəhbərləri ilə fikir mübadiləsi aparıb.
Bununla da Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinə səfəri başa çatıb.

 
  • Oxunub:  6360  |  
  • Tarix:  18-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur

23 Oktyabr 12:05
Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü keçirilir
23 Oktyabr 11:55
Komitə sədri: Azərbaycanda geniş sosial-iqtisadi xarakterli islahatlarla yanaşı, kadr islahatları da həyata keçirilir
23 Oktyabr 11:46
“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib
23 Oktyabr 11:43
AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
23 Oktyabr 11:35
“İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilir
23 Oktyabr 11:21
Azərbaycan nümayəndə heyəti Çində kənd təsərrüfatı sərgisində iştirak edib
23 Oktyabr 11:11
Gəncə şəhərində velosiped yürüşü keçiriləcək
23 Oktyabr 11:09
Oktyabrın 1-nə ölkədə taxıl istehsalı 3,4 milyon tona, buğda istehsalı isə 2,2 milyon tona çatıb
23 Oktyabr 10:49
SOCAR-ın prezidenti Türkmənistanda “SOCAR Trading”in nümayəndəliyinin açılmasını təklif edib
23 Oktyabr 10:33
Ermənistan ordusu pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
23 Oktyabr 10:04
ABŞ-ın Santa Fe şəhərində 18 oktyabr Azərbaycanın Müstəqilliyi Günü elan olunub
23 Oktyabr 09:46
Bir sıra aparıcı xarici KİV-lər AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini yayıb
23 Oktyabr 09:44
Milli Məclisin Sədri Oqtay Əsədov Yaponiya İmperatoru Naruhitonun rəsmi taxtaçıxma mərasimində iştirak edib
23 Oktyabr 09:41
Əli Əhmədov: Ümid edirəm ki, hər bir məmur Prezidentin bu mesajından lazım olan nəticəni çıxaracaq
23 Oktyabr 09:37
Milli Məclisin növbəti iclası keçirilib
23 Oktyabr 09:35
Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur
23 Oktyabr 09:30
Dövlət Komitəsində görüş keçirilib
23 Oktyabr 09:27
Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının iclası keçirilib
23 Oktyabr 09:24
UNEC-də “Elm həftəsi” çərçivəsində növbəti tədbir keçirilib
23 Oktyabr 09:21
Radikal düşərgənin daha bir əməli ifşa olundu
23 Oktyabr 09:16
Əli Kərimli yenə də xidmət etdiyi ermənipərəst dairələrin qarşısında “üzüqara” qaldı
23 Oktyabr 09:12
Zərdab sakini: Rayonumuzun yaşıllaşdırılması üçün əlimizdən gələni əsirgəməyəcəyik
23 Oktyabr 09:10
Bu ilin doqquz ayı ərzində sahibkarlara 130 milyon manat güzəştli kredit verilib
22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+20 +22
gecə+13 +17