A+   Yenilə  A-
Milli Məclisin növbəti iclası keçirilib

İclasda millət vəkilləri 18 məsələni müzakirə ediblər
Mayın 17-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirilib ki, iclasın gündəliyinə 18 məsələ daxildir.
İclasda bəzi millət vəkilləri müəyyən xarici dairələrin ölkəmizə qarşı apardıqları kampaniya ilə bağlı fikirlərini bildiriblər. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bəzi xarici dairələr Azərbaycanda keçirilən islahatlara qarşı ədalətsiz şəkildə qarayaxma kampaniyası aparır, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlara təzyiq göstərməyə çalışırlar. Onun sözlərinə görə, həmin dairələr idmanı siyasətə qatırlar: “Böyük Britaniya şirkətləri burada fəaliyyət göstərəndə, neft çıxardanda Azərbaycan təhlükəli olmur, “Arsenal” futbol komandasının üç oyunçusu gələndə təhlükəli olur? “Sapı özümüzdən olan baltalar”ın hərəsinə erməni lobbisi tərəfindən maliyyə vəsaiti verilib ki, Azərbaycanın həyata keçirdiyi işlərə, iqtisadi islahatlara kölgə salsınlar”.
Millət vəkili bildirib ki, postsovet məkanında Avropa İttifaqı ilə Azərbaycan qədər əməkdaşlıq edən ikinci bir ölkə yoxdur: “Bu qədər görülən işləri qoyurlar bir kənara, başlayırlar qarayaxma kampaniyası aparmağa. Xaricdə olan bəzi azərbaycanlılar ermənilərlə eyni vaxtda fəaliyyətə başlayırlar. Düyməni eyni yerdən basırlar. Onlar bu kampaniyaları aparsalar da, bütün Azərbaycan cəmiyyəti cənab Prezidentin siyasətini dəstəkləyir”.
S.Novruzov qeyd edib ki, ölkəmizə qarşı çirkin kampaniya aparan həmin şəxslərə cavab verilməlidir: “Onlar bu qarayaxma kampaniyası ilə öz maraqlarını həyata keçirə bilməyəcəklər. Ölkəmizdə vətəndaşlar cənab Prezidentin siyasətini dəstəkləyirlər, xalq-iqtidar birliyi mövcuddur”.
“Hər bir azərbaycanlı beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentini dəstəkləməlidir”. Bu fikri isə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfəri zamanı mühüm görüşlər keçirdi. Belə ki, dövlətimizin başçısı səfər zamanı Belçika kralı, eləcə də Avropa İttifaqı Şurasının prezidenti ilə görüşlərində ölkəmizin ərazi bütövlüyü məsələsini qaldırdı.
“Belə olan halda, xaricdə yaşayan azərbaycanlılar işğalçı ölkənin baş nazirinə qarşı protest etməli, işğalçı tərəfə özlərinin etiraz səslərini ucaltmalıdırlar. Son dövrlərdə bu istiqamətdə ciddi işlər aparılır. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib işlər görür”, - deyə millət vəkili qeyd edib.
Millət vəkili Elman Nəsirov da çıxışında bildirib ki, müəyyən dairələrin apardığı qarayaxma kampaniyasının məqsədi Azərbaycanın müsbət imicinə zərbə vurmaqdır. Onun fikrincə, ölkəmizə qarşı aparılan kampaniyalar heç bir nəticə verməyəcək.
Məsələyə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, Azərbaycana qarşı bu cür çirkin kampaniyanın aparılması birinci dəfə deyil. Onun sözlərinə görə, Azərbaycanda Avroviziya mahnı müsabiqəsi, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları zamanı da belə hadisələr baş verdi: “İndi də Avropa liqasının final matçı keçiriləndə bu cür hadisələr baş verir. Burada məqsəd aydındır. Müəyyən dairələr Azərbaycanın müstəqil siyasətinə kölgə salmağa çalışırlar. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr çoxdur. Azərbaycanda istənilən beynəlxalq tədbir keçiriləndə hər vəchlə çalışırlar ki, bunun qarşısını alsınlar. Ancaq Azərbaycan buna imkan verməyəcək”.
Birinci vitse-spikerin sözlərinə görə, Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur: “Xalqımız cənab Prezidentin ətrafında sıx birləşib. Qarayaxma kampaniyaları adekvat cavabını alacaq. Bütün bunların bir səbəbi də odur ki, beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquq işləsəydi, hər kəs yerində oturardı. Ona görə də biz hamımız bir səslə çəkici bir yerə vurmalıyıq”.
İclasın gündəliyindəki məsələlərə gəlincə, əvvəlcə “Standartlaşdırma haqqında” qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub. Deputatlar Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini də üçüncü oxunuşda təsdiqləyiblər.
Parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, qanun layihəsi Mülki Məcəlləyə və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1445-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq təsdiq olunub.
Ziyad Səmədzadə “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərək bildirib ki, qanun layihəsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1447-VQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb. Dəyişikliyin məzmunu ondan ibarətdir ki, kommersiya hüquqi şəxslərinin qeydiyyatını bir pəncərə sistemi əsasında həyata keçirən Vergilər Nazirliyi sorğu verərkən mobil telefon operatorları məhdud məsuliyyətli cəmiyyətin və onun təsisçilərinin təqdim etdikləri mobil nömrələrin həmin şəxslərə məxsusluğu barədə məlumatı verməkdən imtina etməsinlər və bu məlumatı vermək operatorların vəzifələri sırasına daxil edilsin. Bu proses onlayn həyata keçirilir və məqsəd gələcəkdə yaranacaq vergi və digər öhdəliklərlə bağlı məlumatların həmin qurumlara operativ çatdırılmasını təmin etməkdir. Sonra təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Yeyinti məhsulları haqqında” və “Baytarlıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, qanun layihəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 31 may tarixli 1166-VQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb. Qeyd olunan qanunla “Yeyinti məhsulları haqqında” qanuna təklif olunan 7.5-ci maddədə və “Baytarlıq haqqında” qanuna təklif olunan 39.3-cü maddədə nəzərdə tutulan hərəkətlərə və fəaliyyətlərə görə dövlət rüsumu məbləğləri müəyyən edilib. Qanun layihəsi səsvermə yolu ilə qəbul olunub.
Komitə sədri Eldar İbrahimov həmçinin “Toxumçuluq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Torpaq icarəsi haqqında” və “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd edib ki, qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1036-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Müzakirələrdən sonra qanun layihəsi təsdiqlənib.
Sonra Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Komitə sədri Əli Hüseynli deyib ki, sənədə uyğunlaşdırma məqsədilə bir sıra texniki düzəlişlər təklif edilir.
“Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri Əli Hüseynli deyib ki, qanunların müvafiq maddələrində “hüquqi şəxslər” sözlərindən sonra (“dövlət qurumları”) sözləri əlavə edilir, “xəta haqqında elektron protokol tərtib olunur” ifadəsi “tənbeh vermə haqqında elektron qərar çıxarılır” sözləri ilə əvəz olunur.
Bu məsələnin müzakirəsi zamanı çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, “Yol hərəkəti haqqında” qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə məsələyə yeni yanaşma olmalıdır. Millət vəkili bildirib ki, təhlükəsizliyimizi təmin edən bu xüsusi sahəni yeni qaydalarla nizamlamalıyıq: “Məsələn, əvvəlcə qanun qəbul etmişdik ki, əgər sürücü avtomobil idarə edərkən üzərində sürücülük vəsiqəsi yoxdursa, bu, müxtəlif cərimələrin tətbiq olunmasına gətirib çıxarmırdı. Bu gün Azərbaycanda elektron hökumət yaradılır. Bütün hüquqi münasibətlər elektron internet resursları üzərindən qurulur. Belə olanda sürücünün üzərində sürücülük vəsiqəsinin olub-olmamasının yol polisi üçün nə fərqi var? Onlar xüsusi vasitə ilə bunu dəqiqləşdirə bilərlər. Bu, süni maneədir”.
Millət vəkilinin fikrincə, “Yol hərəkəti haqqında” qanun bu sahənin təhlükəsizliyinin təmin edilməsi üçün olmalıdır: “Amma biz nə edirik? Bəzi hallarda lazım olmayan yerlərdə də radar dediyimiz xüsusi qurğunu yerləşdiririk. Beləliklə, bu hal da sürücülərdə kütləvi mənfi emosiya doğurur və idarəetmədə təhlükəli hallar yaranır. Nəticə etibarı ilə təhlükəsizlik əvəzinə təhlükəli vəziyyət yaradırıq. Ona görə də bu sahədə yeni qanunlar hazırlayıb qəbul etməliyik ki, bu qanunlar vətəndaşın, o cümlədən sürücünün təhlükəsizliyinə xidmət etmiş olsun”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Plenar iclasda həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Dəyişiklik “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1382-VQD nömrəli Qanununun icrası ilə əlaqədar təklif edilir. Həmin qanuna əsasən “Feldyeger rabitəsi haqqında qanunvericiliyin pozulması”na görə məsuliyyət müəyyən edən yeni norma məcəlləyə əlavə edilib. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1382-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərin hazırlanması nəzərdə tutulub. Feldyeger rabitəsi haqqında qanunvericiliyin pozulmasına görə məcəllənin 550.2-550.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarın prokuror tərəfindən qəbul edilməsi təklif olunur.
Komitə sədri Ziyad Səmədzadə “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, təklif olunan dəyişiklik “Büdcə sistemi haqqında” qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi daşıyır. Qeyd olunan qanuna əsasən, dövlət büdcəsi zərfinə daxil olan sənədlərin və məlumatların dairəsinin genişləndirilməsi nəzərdə tutulur ki, bu məlumatların biri də Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar barədə məlumatlardır. Bu isə azadolma və güzəştlərin həcmi, effektivliyi, onun məbləği barədə qiymətləndirmələrə imkan verəcək. Eyni zamanda, 8.0.13-cü maddənin ləğvi nəzərdə tutulur ki, nəticədə Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tətbiq etmək hüququ aradan qaldırılır. Sənəd səsə qoyularaq təsdiq edilib.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edən komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlara uyğunlaşdırma məqsədi daşıyır. Həmin qanunlarla dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq yaradılan məqsədli büdcə fondunun adı “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu” kimi müəyyən olunub. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.
İclasda birinci oxunuşda “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq olunub.
Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, dəyişikliklər əməyin mühafizəsi ilə bağlı aparılan islahatlar çərçivəsində əməyin mühafizəsinə yönələn maliyyə vəsaitlərinin mənbələrinin dəqiqləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında 221-ci maddənin təkmilləşdirilməsi məqsədi daşıyır. Sənəd səsə qoyularaq qəbul olunub.
Deputatlar həmçinin “Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini də birinci oxunuşda qəbul ediblər.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, qanun layihəsi “Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1379-VQD nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, həmin qanunla “Aviasiya haqqında” qanuna “43-1. Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların alınması” maddəsi əlavə edilib.
Qeyd edək ki, iclasda bir sıra qanunlara da dəyişikliklər edilib və ümumilikdə millət vəkilləri 18 məsələni müzakirə ediblər.
Nardar BAYRAMLI

 
  • Oxunub:  6690  |  
  • Tarix:  18-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur

23 Oktyabr 12:49
Naxçıvanda Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi qeyd olunub
23 Oktyabr 12:47
BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün “Vikipediya” ilə bağlı təlimlərə başlanılıb
23 Oktyabr 12:35
Milli Məclisin Sədri Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək
23 Oktyabr 12:23
Bu il Azərbaycandan 2780 çeşiddə məhsul göndərilib
23 Oktyabr 12:05
Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü keçirilir
23 Oktyabr 11:55
Komitə sədri: Azərbaycanda geniş sosial-iqtisadi xarakterli islahatlarla yanaşı, kadr islahatları da həyata keçirilir
23 Oktyabr 11:46
“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib
23 Oktyabr 11:43
AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
23 Oktyabr 11:35
“İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilir
23 Oktyabr 11:21
Azərbaycan nümayəndə heyəti Çində kənd təsərrüfatı sərgisində iştirak edib
23 Oktyabr 11:11
Gəncə şəhərində velosiped yürüşü keçiriləcək
23 Oktyabr 11:09
Oktyabrın 1-nə ölkədə taxıl istehsalı 3,4 milyon tona, buğda istehsalı isə 2,2 milyon tona çatıb
23 Oktyabr 10:49
SOCAR-ın prezidenti Türkmənistanda “SOCAR Trading”in nümayəndəliyinin açılmasını təklif edib
23 Oktyabr 10:33
Ermənistan ordusu pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
23 Oktyabr 10:04
ABŞ-ın Santa Fe şəhərində 18 oktyabr Azərbaycanın Müstəqilliyi Günü elan olunub
23 Oktyabr 09:46
Bir sıra aparıcı xarici KİV-lər AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini yayıb
23 Oktyabr 09:44
Milli Məclisin Sədri Oqtay Əsədov Yaponiya İmperatoru Naruhitonun rəsmi taxtaçıxma mərasimində iştirak edib
23 Oktyabr 09:41
Əli Əhmədov: Ümid edirəm ki, hər bir məmur Prezidentin bu mesajından lazım olan nəticəni çıxaracaq
23 Oktyabr 09:37
Milli Məclisin növbəti iclası keçirilib
23 Oktyabr 09:35
Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur
23 Oktyabr 09:30
Dövlət Komitəsində görüş keçirilib
23 Oktyabr 09:27
Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının iclası keçirilib
23 Oktyabr 09:24
UNEC-də “Elm həftəsi” çərçivəsində növbəti tədbir keçirilib
23 Oktyabr 09:21
Radikal düşərgənin daha bir əməli ifşa olundu
23 Oktyabr 09:16
Əli Kərimli yenə də xidmət etdiyi ermənipərəst dairələrin qarşısında “üzüqara” qaldı
23 Oktyabr 09:12
Zərdab sakini: Rayonumuzun yaşıllaşdırılması üçün əlimizdən gələni əsirgəməyəcəyik
23 Oktyabr 09:10
Bu ilin doqquz ayı ərzində sahibkarlara 130 milyon manat güzəştli kredit verilib
22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+20 +22
gecə+13 +17