A+   Yenilə  A-
Bakıda Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının IV iclası keçirilib

İndiyədək ABŞ Azərbaycana 13,6 milyard dollar, ölkəmiz isə Birləşmiş Ştatlara 8,2 milyard dollardan çox investisiya yatırıb
Mayın 17-də Bakıda Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının IV iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Maliyyə naziri Samir Şərifov Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının ölkələrimiz arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından bütöv institusional çərçivə olduğunu deyib.
“Məmnunluqla qeyd edərdim ki, 7 illik fasilədən sonra bu iclasın keçirilməsi ilə komissiya öz fəaliyyətini bərpa edib. Komissiyanın bugünkü iclasının razılaşdırılmış gündəliyində duran əsas müzakirə mövzuları iki ölkə arasında investisiya münasibətləri, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əqli mülkiyyət hüquqları, turizm sahəsində əməkdaşlıq, Azərbaycanın nəqliyyat, logistika və tranzit imkanları kimi sahələri əhatə edir. Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar olub. Bunun 530 milyon dolları ABŞ-a ixracın, 330 milyon dolları isə ölkəmizə idxalın hesabına formalaşıb. Bu vaxtadək ABŞ Azərbaycana 13,6 milyard dollar birbaşa, ölkəmiz isə Birləşmiş Ştatlara 8,2 milyard dollardan çox portfel investisiyası yatırıb. Hesab edirik ki, bu göstəricilər bizim iqtisadi sahədə əməkdaşlığımızın potensialını tam əks etdirmir. Bu rəqəmlər daha yüksək ola bilər”, - deyə nazir bildirib.
Qeyd edib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı çox yüksək templə inkişaf edib. ÜDM 3,3, sənaye istehsalı 2,6, ixrac 4,7, valyuta ehtiyatları isə 24 dəfə artıb. Bir neçə il öncə qlobal əmtəə bazarlarındakı qiymət dəyişkənliyi Azərbaycanın iqtisadiyyatına təsirsiz ötüşməyib. Neftin qiymətinin kəskin azaldığı, ölkənin əsas ticarət tərəfdaşlarının valyutalarının dəyərsizləşdiyi şəraitdə belə ölkədə makroiqtisadi sabitlik tezliklə bərqərar edilib, inflyasiya birrəqəmli səviyyəyə çatdırılıb, genişmiqyaslı iqtisadi islahat proqramı, əhalinin sosial həssas təbəqələri üçün əhatəli sosial paket həyata keçirilib. 2018-ci ildə ÜDM-in artımı 1,4 faiz təşkil edib, cari ilin birinci rübündə isə 3 faizədək yüksəlib.
“Əminliklə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirib, ölkəmizdə əlverişli biznes mühitinin yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib və onlar ilk nəticələrini verməkdədir. Bu isə xarici investorlar üçün cəlbedicidir”, - deyə S.Şərifov vurğulayıb.
Nazir bildirib ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Bussines 2019” hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda Azərbaycanın mövqeyi 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında lider mövqeyə yüksəlib. Bütün bunlarla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətin əsas uzunmüddətli hədəfidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər milli iqtisadiyyatın daha da inkişafını hədəfləyən mühüm islahatlar həyata keçirilməkdədir. On bir sektor üzrə Strateji Yol xəritələrinin hazırlanaraq qəbul edilməsi ölkədə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsinə və sistemli xarakter almasına xidmət edir. İqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artıran bu islahatların davam etdirilməsi üzrə bu artıq növbəti dövr - 2022-2025-ci illər üçün də daha dərin iqtisadi islahat proqramının hazırlanmasına başlanılıb.
“Təəssüf hissi ilə bildirmək istərdim ki, Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığına kölgə salan bir sıra məsələlər də mövcuddur. Bu baxımdan, ilk növbədə, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən birbaşa dövlət yardımlarının göstərilməsini qadağan edən “Azadlığa Dəstək Aktı”na edilmiş 907-ci düzəlişin tamamilə ləğvinin əlaqələrimizin daha da möhləmləndirilməsinə töhfə verəcəyinə inanırıq. Ümidvarıq ki, ABŞ hökuməti bu istiqamətdə, yəni həmin düzəlişin aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını təmin edəcək”, - deyə nazir vurğulayıb.
Azərbaycan ilə Birləşmiş Ştatlar arasında enerji sahəsində güclü tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu deyən ABŞ Dövlət Katibinin İqtisadiyyat və Biznes Məsələləri üzrə köməkçisinin birinci müavini Peter Haas bildirib: “Ümid edirik ki, bu əməkdaşlıq qeyri-neft sektoru üzrə sahələri də əhatə edəcək. Bu da ABŞ-Azərbaycan münasibətlərini daha da möhkəmləndirəcək”.
P.Haas Azərbaycan və ABŞ-ın güclü etibarlı tərəfdaşlar olduğunu qeyd edib. O, iki ölkə arasında enerji təhlükəsizliyi, sərhəd təhlükəsizliyi və digər sahələrdə mövcud olan güclü tərəfdaşlığı yüksək qiymətləndirib. P.Haas iqtisadi tərəfdaşlığın ikitərəfli münasibətlərdə inkişaf etdirilməli olan vacib sahələrdən biri olduğunu deyib.
Azərbaycanla ABŞ arasında 2012-ci ildən bəri belə formatda görüşün keçirilmədiyini qeyd edən Birləşmiş Ştatların ölkəmizdəki səfiri Li Litzenberqer bu dialoqun müntəzəm xarakter alacağına ümidvar olduğunu bildirib: “Birgə əməkdaşlıq edərək ikitərəfli ticarət və iqtisadi əlaqələr baxımından göstəriciləri daha da artıra bilərik”.
“ABŞ ilk gündən Azərbaycanın dostu və tərəfdaş olub. Biz ölkənizin müstəqilliyinə və suverenliyinə dəstək verərək Azərbaycanın iqtisadiyyatını genişləndirmək və şaxələndirmək, eləcə də iqtisadi inkişafı təşviq etmək istiqamətində Azərbaycan xalqı ilə çiyin-çiyinə dayanmışıq”, - deyə diplomat bildirib.
Səfir qeyd edib ki, bu gün ABŞ və Azərbaycanın mövcud güclü ikitərəfli əlaqələrini növbəti səviyyəyə yüksəltmək və daha sıx iqtisadi əlaqələr qurmaq üçün gözəl imkanları var. O, Cənub Qaz Dəhlizinin təkcə Azərbaycan üçün deyil, Avropanın enerji təhlükəsizliyini təmin etmək baxımından əhəmiyyətli layihə olduğunu qeyd edib.
L.Litzenberqer Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Limanı kimi yeni infrastruktur layihələrini yüksək qiymətləndirib. O, belə layihələrin yeni regional bağlılıq yaratdığını və Azərbaycanın iqtisadi inkişafı üçün böyük imkanlar açdığını bildirib.
Səfir Azərbaycanın çox qısa müddət ərzində həyata keçirdiyi islahatların artıq uğurlu nəticələr verdiyini də vurğulayıb: “ABŞ şirkətləri xüsusilə gömrük və vergi islahatları barədə öz müsbət rəylərini bildiriblər”.
O, yaxın müddətdə ölkədə həyata keçiriləcək hüquqi islahatların da ölkənin investisiya mühitinin daha da yaxşılaşmaşmasına xidmət edəcəyinə ümidvar olduğunu deyib.
İclasda iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, habelə turizm, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əmək məsələləri, əqli mülkiyyət və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb. Həmçinin Azərbaycan və Birləşmiş Ştatlar arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti, komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

 
  • Oxunub:  5520  |  
  • Tarix:  18-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA