A+   Yenilə  A-
Azərbaycanda gənclərin fəallığını stimullaşdıran hüquqi baza mövcuddur

“Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında söylədiyi bu fikirlər arxada qalan illərin aydın mənzərəsini yaradır. Təbii ki, hansı sahədən bəhs ediriksə, ilk növbədə, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etməyə böyük zərurət duyulur. Gənclərə diqqət və qayğı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin əsasında dayanıb. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu Öndər, eyni zamanda, bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməli, lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir.
Tarixi paralellər fonunda təhlil apardıqda görürük ki, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onların dövlətin idarə edilməsində fəal iştirakını təmin etmək üçün biri-birindən mühüm addımlar atmışdır. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə minlərlə Azərbaycan gəncinin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilməsi də bu istəyin göstəricisidir. 1993-cü ildən başlanan Heydər Əliyev yolunun mühüm uğurları sırasında da gənclərin dünyanın müxtəlif ali məktəblərinə göndərilməsi siyasətinin davam etdirilməsi əsas yer tutur. Müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələri çərçivəsində ayrılmış təqaüd yerləri hesabına gənclərimiz bu və ya digər ölkələrdə ali təhsil almağa göndərilmişdir.
Bu fakt da inkaredilməzdir ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında, gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən Gənclərin I Forumunun xüsusi rolu olub. 1996-cı il fevralın 2-də keçirilən bu Forum Ümummilli Liderin gənclərlə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix, 2 fevral Azərbaycanda Gənclər Günü elan edildi. Növbəti illərdə ənənəvi olaraq keçirilən Gənclər forumları gənclərin fəallığında mühüm dönüş yaratmaqla, fəaliyyət istiqamətlərinin genişləndirmələrində stimulverici amil rolunu oynadı. Qeyd edək ki, ötən il “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə “Cümhuriyyətin varisləri-Azərbaycanın gələcəyi” şüarı altında Azərbaycan Gənclərinin VIII Forumu keçirildi.
Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan gənclər ölkəsidir. Bu gün bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, sıralarını günbəgün kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirən Yeni Azərbaycan Partiyasında gənclərimiz çoxluq təşkil edirlər. Ümummilli Lider Yeni Azərbaycan Partiyasının II qurultayında partiyanın sıralarında gənclərin çoxluq təşkil etməsinin vacibliyini bildirərək xüsusi qeyd etmişdir ki, gənclər bu partiyada birləşməlidir. Bu mühüm məqam da diqqətə çatdırılmışdır ki, gənclər Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövr keçməsindən xəbərsizdirlər. Onlara həmin dövrün reallıqlarının olduğu kimi çatdırılması vacib şərtdir. Partiyanın gələcəyinə böyük inamla yanaşan dahi şəxsiyyət Heydər Əliyev bildirmişdi: “Həm indi partiyamızda üzv olan, həm də gələcəkdə üzv olacaq gənclərin hamısı bizim gələcək nəsillərimizdir. Onlar Naxçıvanda əsası qoyulan işlərin davamçıları və 1993-cü ildən hakimiyyətdə olan partiyamızın həyata keçirdiyi işin davamçıları olmalıdırlar. Hesab edirəm ki, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı fəlakətdən qorusunlar. Onlar düzgün, doğru yolla, milli hisslər yolu ilə getməli və partiyamıza sadiq olmalıdırlar”. Məhz bu diqqət və qayğının nəticəsidir ki, partiyanın sıralarında təmsil olunan gənclər onlara potensial imkanlarını ortaya qoymaq üçün böyük meydan verildiyini, gələcəyin liderləri kimi yetişmələri üçün biri-birindən önəmli layihələrin həyata keçirilməsindən məmnunluqlarını ifadə edirlər. Bu gün hər bir Azərbaycan gənci Heydər Əliyev ideyalarının təbliğatçısı olmaqla yanaşı, onlara yaradılan şəraitdən bəhrələnərək bütün qüvvə və bacarıqlarını Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsinə yönəldirlər.
Son 15 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksəkixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur: “Peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə, ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq”. Ulu Öndər Heydər Əliyev siyasətinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni texnologiyaların mənimsənilməsinə xidmət edir. Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” tezisi bu günümüzün reallıqlarında öz əksini tapıb. Neft-qazın Tanrıdan verilən böyük nemət olduğunu önə çəkən ölkə Prezidenti vurğulayır ki, gec-tez, bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcək. Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.
Son 15 ildə təsdiqlənən Dövlət proqramlarına, imzalanan Fərman və sərəncamlara diqqət yetirsək, Azərbaycan gəncliyinin inkişafının prioritetliyi daha aydın şəkildə diqqət çəkir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın uğurlu icrasının davamı olaraq 2017-ci il 15 sentyabr tarixli Sərəncamla “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiqləndi. Qəbul olunan və uğurla icra edilən Dövlət proqramlarında bütün həllivacib məsələlər öz əksini tapır. Dövlətimizin başçısı İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı da gənclərin inkişafına yönələn addımların davamlılığından xəbər verir. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Azərbaycan Prezidentinin fərmanları əsasında Gənclər Fondunun, Elmin İnkişafı Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi gənclərin nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından xüsusi önəm kəsb edir. Bu məqamı da xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2007-ci il ölkəmizdə “Gənclər İli” elan edilmişdi. İstər həmin il çərçivəsində görülən tədbirlər, istərsə də ölkə Prezidentinin tapşırığına uyğun olaraq növbəti illərdə davam etdirilən işlər Azərbaycanın gələcəyi olan gənclərin potensial imkanlarından səmərəli istifadəni əsas tələb kimi ortaya qoyub.
Dövlətimizin başçısı İlham Əliyevin Gənclər Gününə həsr edilmiş respublika toplantısında “Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar” çağırışına uyğun olaraq təkcə son bir ildə gənclərin təhsilinin inkişafı istiqamətində atılan addımlara diqqət yetirək. 2018-ci il 16 noyabr tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 2018-ci il 23 noyabr tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi, cari ildə “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə, “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamlar, həmçinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman gənclərə öz bilik və bacarıqlarını artırmaq üçün geniş imkanlar açacaq.
Dövlətin gənclərə diqqət və qayğısı onların daha səylə çalışmalarında, davamlı uğurlarında stimulverici amildir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, gənclərimiz müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil edir, keçirilən yarışlarda Azərbaycanın bayrağını ən yüksəklərə qaldırırlar. Gənclərimizin reallıqlarımızın təbliğində əhəmiyyətli rolu dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti, gördüyü işlər gənclərimiz üçün örnəkdir. Onun fəaliyyətində tariximizin, mədəniyyətimizin təbliği prioritet istiqamətlərdəndir. Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bütün dünya xalqlarına bəyan edilir ki, ermənilər tərəfindən əsl soyqırımına məruz qalan, torpaqları işğal olunan Azərbaycan xalqıdır. Leyla Əliyeva xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə Dünya azərbaycanlılarının III qurultayında “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
28 ilə yaxın müstəqillik tariximizin səhifələrini vərəqlədikcə hər günün Azərbaycan gəncliyinin həyatında, ictimai-siyasi fəallığında mühüm rol oynadığını görür və bundan qürur hissi keçiririk. Təbii ki, dövlətimizin gənclər siyasətini bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Atılan addımların davamlılığı bu çağırışa işarədir ki, Azərbaycan gəncliyi bilikli, savadlı, müasir dünyagörüşünə malik, yenilikçi, ən əsası vətənpərvər olmalı və milli maraqlarımızı qorumalıdır.
2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklər sırasında yaş həddinin aradan götürülməsi də gənclərə diqqət və qayğının bariz nümunələrindəndir. Məqsəd dövlət idarəçiliyində gənclərin iştirakını daha da artırmaqdır. Gənclərin bələdiyyələrdə və parlamentdə təmsilçilik faizlərinin artırılması da onların ictimai-siyasi fəallıqlarında əhəmiyyətli rol oynayır.
Sonda bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan günbəgün yeniləşir, müasirləşir, yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Bu hədəflər daim Azərbaycan gəncliyindən yenilikçi olmağı, yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə maraq göstərməyi bir tələb kimi qarşıya qoyur. Dövlətimizin başçısı İlham Əliyevin Gənclər Gününə həsr olunmuş respublika toplantısında gənclərə bu çağırışını xatırlatmaq istərdik: “Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.
Səlim Rəhimzadə
AZƏRTAC-ın müxbiri,
Yeni Azərbaycan Partiyası
Yasamal rayon təşkilatı
Gənclər Birliyinin sədr müavini

 
  • Oxunub:  5220  |  
  • Tarix:  16-05-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib

29 Yanvar 17:49
İstanbulda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ölkəmiz də qatılacaq
29 Yanvar 17:46
Bakı limanı koronavirusla əlaqədar sanitar nəzarəti gücləndirib
29 Yanvar 17:40
Deputatlığa namizəd Ziyafət Əsgərovun seçicilərlə növbəti görüşü keçirilib
29 Yanvar 17:29
Sevinc Fətəliyeva: Medianın cəmiyyətin və dövlətin inkişafında rolu böyükdür
29 Yanvar 17:24
Tibbi ərazi bölmələri təsdiq edilib
29 Yanvar 17:16
YAP xalqın böyük etimadı ilə parlament seçkilərində növbəti dəfə inamlı qələbə qazanacaq
29 Yanvar 16:55
MSK-nın iclasında parlament seçkilərində “exit poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxılıb
29 Yanvar 16:52
"Milli Məclisə seçkilərdə 292 namizəd mübarizəni dayandırıb"
29 Yanvar 16:43
Əli Əhmədov: AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var
29 Yanvar 16:37
Çinin “Huawei” şirkəti AZƏRTAC-la əməkdaşlığı genişləndirməkdə maraqlıdır
29 Yanvar 16:26
Sahibə Qafarova: Azərbaycan demokratik yolla öz inkişaf məqsədlərinə sadiqdir
29 Yanvar 15:55
Naqif Həmzəyev: Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edir
29 Yanvar 15:31
Serj Sarkisyan barədə cinayət işinin materialları məhkəməyə göndərilib
29 Yanvar 15:24
Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə KOB sahəsində əməkdaşlıq müzakirə olunub
29 Yanvar 14:57
Əməkdar artist Timur Əsgərov Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının səhnəsində
29 Yanvar 14:45
Treninqlər seçki proseduru barədə məlumatlandırılma baxımından önəmlidir
29 Yanvar 14:37
Bakı Ali Neft Məktəbi akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib
29 Yanvar 14:34
Polis orqanları seçkilər zamanı asayişin təmin edilməsində mühüm rol oynayırlar
29 Yanvar 14:27
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirilir
29 Yanvar 14:25
“Bloomberg”in saytında dərc edilmiş məqalədə Azərbaycana münasibətdə ikili standartlar qeyd olunub
29 Yanvar 14:00
2050-ci ilədək qlobal elektrik enerjisi istehsalının 25 faizini günəş enerjisi təmin edə bilər
29 Yanvar 13:50
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb
29 Yanvar 13:45
"Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb"
29 Yanvar 13:02
Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər davam edir
29 Yanvar 12:50
Ümumi təhsil məktəblərində qış tətili ekskursiyaları təşkil olunur
29 Yanvar 12:48
Heydər Əliyev adına NEZ-də aparılan modernləşdirmə işlərinin gedişi müzakirə olunub
29 Yanvar 12:46
Fransalı yazıçı: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır
29 Yanvar 12:42
Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək
29 Yanvar 12:19
Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq
29 Yanvar 12:12
“Qoca və Mələk” növbəti dəfə repertuara salınıb
29 Yanvar 11:58
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb
29 Yanvar 11:31
Əbu Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası işə başlayıb
29 Yanvar 11:20
Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır
29 Yanvar 11:17
Konstantin Kosaçev: "Əminəm ki, seçkilər beynəlxalq norma və qaydalara uyğun keçiriləcək"
29 Yanvar 11:09
YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov Sabunçu və Nərimanov rayonlarında məskunlaşan məcburi köçkünlərlə görüşüb
29 Yanvar 10:50
ATƏT DTİHB seçki prosesinin bütün aspektlərini izləyəcək
29 Yanvar 10:40
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
29 Yanvar 10:39
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları
29 Yanvar 10:30
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
29 Yanvar 10:25
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
29 Yanvar 10:20
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub
29 Yanvar 09:46
Beynəlxalq aləmdə Azərbaycan multikulturalizm siyasətinin təbliğatı uğurla davam etdirilir
29 Yanvar 09:42
“Sevinirəm ki, Azərbaycanda fəaliyyət göstərmək xoşbəxtliyini yaşadım”
29 Yanvar 09:33
Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib
28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +13
gecə+4 +6