Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ümummilli Liderə həsr olunan TEDxUNEC konfransı

Ümummilli Liderə həsr olunan TEDxUNEC konfransı

08.05.2019 [09:39]

Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevə həsr edilən “Azərbaycan. Lider. Tərəqqi” mövzusunda TEDxUNEC konfransı keçirilib. Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbirində dövlət qurumlarının rəhbər şəxsləri, Milli Məclisin deputatları, ziyalılar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Liderlik fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Ulu Öndər Heydər Əliyevin fenomenal şəxsiyyəti və liderlik fəlsəfəsi, digər liderlərin şəxsiyyəti barədə söhbət açılıb. Liderliyin 21 prinsipindən danışan məruzəçi müvafiq keyfiyyətlərin Ulu Öndər Heydər Əliyevdə bütünlüklə tamamlandığını vurğulayıb. Qeyd olunub ki, 6 minillik sivilizasiya tarixində böyük liderlər siyahısında Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin də adı var. Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Ölkəmiz bütün sahələrdə uğur qazanır və bu nailiyyətlərin əsasında məhz Heydər Əliyevin dahi liderliyi dayanır. Prezident İlham Əliyev öz uğurlu siyasi fəaliyyəti ilə Ümummilli Liderin ən layiqli varisidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycanın lideri” mövzusunda məruzəsində bildirib ki, hər bir dahi şəxsiyyət zamanın tələblərinə uyğun tarixi xidmətlər göstərir. Heydər Əliyevin adı tarixə qurucu lider kimi yazılıb. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycanın deyil, dünya azərbaycanlılarının liderliyinə yüksəldib, Onun ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib.
Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc “Liderin Azərbaycanı” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev haqqında uzun illərdir fikir söylənilir, kitablar yazılır, sənədli filmlər çəkilir. Amma bütün bu yazılanlar və deyilənlər Heydər Əliyevin obrazını tam ifadə edə bilmir. Heydər Əliyev haqqında sonuncu fikri söyləmək mümkün deyil. Bu dahi şəxsiyyətə olan münasibət tarixdə artıq qəlibləşib. Ulu Öndərin liderlik keyfiyyətlərindən danışan məruzəçi Heydər Əliyev siyasi kursunun hər zaman yaşayacağına əminliyini ifadə edib.
Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri Ulu Öndərə həsr olunan şeirlər səsləndiriblər.

Paylaş:
Baxılıb: 428 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30