Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BSU-nun rektoru MAPRYAL-ın Rəyasət heyətinin üzvü seçilib

BSU-nun rektoru MAPRYAL-ın Rəyasət heyətinin üzvü seçilib

07.05.2019 [16:10]

Məlum olduğu kimi, bu il 29 aprel-3 may tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Nursultan şəhərində Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının (MAPRYAL) XIV Konqresi və Baş Assambleyası keçirilib. BSU-dan verilən məlumata görə, konqresdə Bakı Slavyan Univer­sitetini tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru Rəhilə Quliyeva təmsil ediblər.
Bildirilib ki, "Çoxdilli dünyada rus sözü" adı altında keçirilən XIV konqres 14 elmi-metodiki istiqamət (bölmə) və 6 dairəvi masada 500-dən çox məruzə, çıxış və təqdimatı əhatə edib. 49 ölkənin təmsil olunduğu mötəbər tədbirin açılışında rus dili və ədəbiyyatının tədqiqi, tədrisi, dünyada rusdilli təhsilin vəziyyəti və perspektivləri, problemləri, internet resursları, distant təhsil kimi ənənəvi elmi-nəzəri və elmi-praktiki istiqamətlərlə yanaşı, müasir çoxdillilik və çoxmədəniyyətlilik şəraitində bilinqval və polilinqval təhsil modellərinin tətbiqi təcrübəsi, sosial-pedaqoji-psixoloji və linqvodidaktik əsasları, milli zəmində gənc nəslə multikultural dəyərlərin aşılanması və s. kulturoloji məsələlər müzakirə olunub.
Son üç ildə davamlı olaraq respublikada rus dilinin tədrisinə, rusdilli təhsilə, Rusiya-Azərbaycan əlaqələrinin inkişafına və qorunmasına verdiyi töhfələr nəzərə alınaraq BSU rektoru professor Nurlana Əliyeva MAPRYAL prezidenti, milli assosiasiyaların rəhbərləri, tanınmış elm və təhsil xadimləri tərəfindən MAPRYAL Rəyasət heyətinə üzvlüyə namizəd irəli sürülüb və səs çoxluğu ilə qəbul edilib. Səsvermə nəticəsində XV konqresin Sankt-Peterburqda keçirilməsi qərara alınıb.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30