Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / GİZ-in KİV təmsilçiləri üçün seminarları davam edir

GİZ-in KİV təmsilçiləri üçün seminarları davam edir

23.04.2019 [12:22]

Nabranda keçirilən növbəti seminar “Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” mövzusuna həsr olunub
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma" regional proqramı çərçivəsində jurnalistlər üçün seminarları davam edir. Növbəti belə seminar 20-21 aprel tarixlərində Nabranda keçirilib. Ölkəmizin KİV-lərini təmsil edən 20-yə yaxın jurnalistin iştirak etdiyi budəfəki seminar "Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” mövzusuna həsr olunub.
Seminarı giriş sözü ilə açan GİZ-in əməkdaşı Şakir Səfərbəyov tədbir iştirakçılarını salamlayıb, təlimin məqsədindən, gözlənilən nəticələrdən danışıb. Bu vaxta kimi GİZ tərəfindən jurnalistlər üçün bir sıra mövzularda seminarların keçirildiyini bildirən GİZ təmsilçisi bu mövzulardan bəziləri ilə bağlı yazı müsabiqələrinin təşkil edildiyini də deyib. 
Sonra seminarın təlimçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov  vətəndaşlıq, beynəlxalq təcrübə, Azərbaycanda vətəndaşlıq, vətəndaşlığın mahiyyəti, ikili vətəndaşlıq, çoxvətəndaşlılıq, vətəndaşlığa xitam verilməsi, vətəndaşlıqdan məhrumetmə barədə geniş məlumat verib. Bununla yanaşı, o, yerli və beynəlxalq qanunvericiliyə istinad etməklə miqrasiyanın mahiyyəti, miqrasiya proseslərinin hüquqi tənzimlənməsi, miqrasiya formaları, miqrasiya prosesinin iştirakçıları, miqrasiya proseslərinin nəticələri, əmək miqrasiyası və sairdən söhbət açıb. 
İki gün davam edən seminarın növbəti günündə isə media nümayəndələrinə xarici dövlətdə iş təklifləri, bunun müsbət və mənfi nəticələri, risklərin aradan qaldırılması, miqrasiya proseslərinə mane olan hüquqi normalar və təcrübə mövzusunda məlumatlar verilib.  
Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və jurnalistləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.  
NADİR

Paylaş:
Baxılıb: 279 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31