Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda “Tolerant Azərbaycan” mövzusunda konfrans keçirilib

Bakıda “Tolerant Azərbaycan” mövzusunda konfrans keçirilib

18.04.2019 [09:54]

Aprelin 17-də Bakıda “Tolerant Azərbaycan” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilən tədbir Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının fəaliyyətinə həsr edilib.
Fondun icraçı direktoru Mehman İsmayılov konfransda çıxış edərək ölkəmizdəki dini tolerantlıqdan danışıb. Bildirib ki, Azərbaycanda bütün dinlərə mənsub insanlar birgə sülh, tolerantlıq şəraitində yaşayırlar.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein “Bakı yeparxiyasının tarixi” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda rus icmasının tarixi və fəaliyyəti barədə fikirlərini bölüşüb.
Sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin mətbuat katibi, protierey Konstantin Pominov “Müasir dövrdə Bakı yeparxiyası: Dinlərarası dialoq və multikulturalizmin inkişafına dəstək” mövzusunda məruzə edib.
Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanının müavini Vadim Suxarev “Azərbaycan Kazakları Həmyerlilər Birliyi və Bakı yeparxiyası: Mənəvi dəyərlər və əxlaq ənənələrinin qorunması və inkişafı üzrə qarşılıqlı əməkdaşlıq” mövzusunda çıxış edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul əməkdaşı Anar Əlizadə Azərbaycanda tarixboyu müxtəlif xalqların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. Qeyd edib ki, Azərbaycan dövləti bu tolerant mühiti qoruyur. Ölkəmizdə bütün dinlərə mənsub insanların rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Bütün dünyada ksenofobiyanın, islamofobiyanın hökm sürdüyü bir dövrdə Azərbaycanda sabitlik, əmin-amanlıq var. Biz hər birimiz bu sabitliyi qorumaq üçün səy göstərməliyik.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, tədbirdə gənclərin iştirakı xüsusilə əhəmiyyətlidir. Bu, Azərbaycandakı tolerantlıq ənənələrinin qorunub saxlanılması üçün vacib amildir.
Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete, Azərbaycan Rus İcması sədrinin müavini Yuri Zenin və Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski Azərbaycanın çoxmillətli və çoxdinli bir ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların birgə yanaşı yaşaması, dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini söyləyiblər. Bildirilib ki, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş verməyib. Burada qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, həmçinin dini münasibətlər mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi diqqətə çatdırılıb.

Paylaş:
Baxılıb: 419 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30