A+   Yenilə  A-
Türkiyə KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin bir ildəki uğurlu fəaliyyəti barədə geniş məlumat yayıb

Dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ili ilə bağlı Türkiyənin nüfuzlu KİV-ləri, o cümlədən geniş tamaşaçı auditoriyasına malik televiziya kanalları və xəbər portalları ətraflı məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatlarda Fransanın nüfuzlu və peşəkar tədqiqat mərkəzlərindən biri olan “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələrinə istinad edilib. Bildirilir ki, “Opinion Way” şirkətinin ünvanladığı “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib.
Anadolu Agentliyi, “Ülke TV”, “CNN Türk TV” kanalları, www.yeniakit.com.tr, www.timeturk.com, www.4haber.com, www.tbajansi.com və digər nüfuzlu xəbər saytları türkdilli oxucuların diqqətinə çatdırıb ki, “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualını respondentlərin 85,1 faizi bütövlükdə yüksək dəyərləndirib.
“Ülke TV” və “CNN Türk TV” kanallarının yaydığı reportajda qeyd olunub ki, 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev seçicilərin 86,02 faizinin səsini qazanaraq dövlət başçısı seçilib. Reportajda və yazılı məlumatlarda 2003-cü ildə İlham Əliyevin ilk dəfə prezidentliyə namizədliyi ilə Azərbaycanda yaşanan seçki həyəcanından da bəhs olunub. Teleaparıcılar şərhlərində qeyd ediblər ki, Azərbaycan xalqı tərəfindən Prezident İlham Əliyev ölkədə verdiyi vədləri yerinə yetirən dövlət başçısı imici qazanıb.
Məlumat verilir ki, 2003-cü ildə Azərbaycan xalqının dəstəyini qazanan Prezident İlham Əliyev ölkədə ümumi daxili məhsulun 3,2 dəfə artmasına nail olub. Ötən dövrdə Azərbaycanda 15 min kilometr avtomobil yolu salınıb, ölkə iqtisadiyyatına 250 milyard ABŞ dolları sərmayə yatırılıb, valyuta ehtiyatı 24 dəfə artıb, 2 milyon iş yeri açılıb. Azərbaycan valyuta ehtiyatlarını 45 milyard ABŞ dollarına çatdırıb.
Qeyd olunub ki, ölkədə bütün sahələr üzrə uğurlu islahatlar aparılır. Bunun nəticəsidir ki, Dünya Bankının hesabatına görə, Azərbaycan əvvəlki hesabatla müqayisədə 32 pillə irəliləyərək 25-ci yerdə qərar tutub. Prezident İlham Əliyevin xalqın arasında olması Türkiyə KİV-ləri tərəfindən xüsusilə təqdirəlayiq hal kimi dəyərləndirilib. Bildirilib ki, ölkəni rayon-rayon gəzən Prezident vətəndaşlarla görüşür, insanları dinləyir, onlarla səmimi söhbət edir. Prezident İlham Əliyev şəhid ailələri ilə bir-bir ünsiyyətdə olur, onları dəstəkləyir, problemlərini həll edir.
Məlumatlarda dövlət başçısının illik fəaliyyətinə nəzər yetirilib. Diqqətə çatdırılıb ki, bir il ərzində 118 min yeni iş yeri açılıb. İşsizliyin aradan qaldırılması üçün əsaslı zəmin yaradılıb. İki peykə sahib olan Azərbaycan ötən il üçüncü peykini də orbitə çıxarıb.
Reportajda Azərbaycanın ordu quruculuğu sahəsində qazandığı uğurlardan da bəhs edilib. Bildirilir ki, təkcə bir həmlə ilə Naxçıvanın Günnüt kəndi Ermənistanın işğalından azad olunub, 11 min hektar ərazi düşməndən təmizlənib. Son bir ildə görülən işlər sırasında TANAP xəttinin istifadəyə verilməsinə də yer ayrılıb.
Televiziya reportajlarında paytaxt Bakının müasir görkəmini, Azərbaycanın ayrı-ayrı bölgələrini, ölkəmizin füsunkar gözəlliyini, habelə Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə görüşlərini, beynəlxalq tədbirlərdə iştirakını əks etdirən kadrlardan istifadə olunub.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Türkiyə KİV-lərinin haqqında ən çox məlumat yaydığı xarici dövlət başçısıdır.
Martın 14-də Azərbaycanın paytaxtında keçirilən VII Qlobal Bakı Forumu və Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki dərin məzmunlu nitqi, dövlətimizin başçısının Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki, ölkədə həyata keçiriləcək islahatlar barədə mesajları, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşməsi qardaş ölkənin aparıcı KİV-lərinin diqqət mərkəzində olub. Bütün bu məlumatlar adlarını yuxarıda qeyd etdiyimiz KİV-lərlə yanaşı, nüfuzlu İhlas Xəbər Agentliyinin (İHA) saytında, çoxtirajlı “Hürriyyət”, “Yeni akıt”, “Yeni Şəfəq” və başqa qəzetlərdə, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin rəsmi saytı www.avim.org.tr, “TRT AVAZ” və digər əsaslı xəbər mənbələrində özünə yer alıb.

 
  • Oxunub:  6540  |  
  • Tarix:  13-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24