Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Tovuz rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib

YAP Tovuz rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib

13.04.2019 [09:55]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib. Konfransdan əvvəl tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər.
Sonra Gənclər Birliyinin konfranslararası dövrdəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Konfransı YAP Tovuz rayon təşkilatı Gənclər Birliyinin sədri Nihad Pənahov açaraq hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək ölkədə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını qeyd edib. Sonra o, YAP Tovuz rayon təşkilatı Gənclər Birliyinin hesabat dövründə gördüyü işlər, qazandığı uğurlar barədə məlumat verib.
Daha sonra Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP rayon təşkilatının sədri Məzahir Bayramov, Milli Məclisin deputatı Naqif Həmzəyev, fəal gənclər Yaqub Qasımov, Nigar Ağasəli, Ayşən Əliyeva və digərləri çıxış edərək ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatında gənclərin uğurlarından danışıb, rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini təqdir etməklə yanaşı, qarşıda duran aktual məsələləri diqqətə çatdırıblar.
Daha sonra təşkilati məsələlərə baxılıb. Nihad Məmmədtağı oğlu Pənahov YAP Tovuz rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Həmçinin rayon təşkilatı Gənclər Birliyinin Şurasının 31 nəfərdən ibarət tərkibi, 9 nəfərdən ibarət İdarə Heyəti, sədr müavinləri və YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31