
Aprelin 11-də Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçilməsinin bir illiyinə həsr olunmuş konfrans keçirilib. Konfransda rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev bildirib ki, ötən il aprelin 11-də seçicilərin yüksək fəallığı, xalqın mütləq dəstəyi ilə baş tutan prezident seçkiləri artıq tarixə qovuşub: “Həmin gün Azərbaycan xalqı müstəqillik dövrünün 8-ci prezident seçkisində öz liderini müəyyənləşdirdi. Xalqımız cənab İlham Əliyevin siyasətinə - inkişafa, sabitliyə, “Yeni hədəflərə doğru” şüarına yenidən “HƏ” deməklə bu inkişafın davamlılığını, dinamizmini şərtləndirdi və sürətləndirdi. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına mandat verdi. Cənab İlham Əliyev növbəti dəfə ümummilli etimadı qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib”.
A.Fərzəliyev qeyd edib ki, prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə ötən il aprelin 12-də Nərimanov rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunmuş möhtəşəm konsert proqramında sevincini bölüşməyə toplaşan minlərlə insanın qarşısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha bəyan etdi ki, yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz: “Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik, güclü ölkəyik. Biz tutduğumuz yolla gedirik. Əminəm ki, bu yol Azərbaycanı daha xoşbəxt gələcəyə çatdıracaq”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasətdən danışaraq, əldə olunan uğurların ölkəmizin inkişafı üçün çox böyük önəm kəsb etdiyini vurğulayıb. O, dövlət başçısının siyasəti nəticəsində Azərbaycanın bütün sahələr üzrə möhtəşəm nailiyyətlər qazandığını diqqətə çatdırıb.
Daha sonra konfransda YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova və fəal gənc Günel Məmmədova ötən bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamizda sürətlə davam edən inkişafdan və Azərbaycanın beynəlxalq aləmdəki uğurlarından bəhs ediblər.
- Oxunub: 6300 |
- Tarix: 12-04-2019 |
-
Çap et |