A+   Yenilə  A-
Regionlarda heyvandarlığın inkişafı istiqamətində əsaslı tədbirlər görülür

Ölkəmizdə heyvandarlıqla məşğul olan fermerlərə davamlı dövlət dəstəyi göstərilir

Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. Daha dəqiq desək, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixracyönümlü məhsulların yetişdirilməsi, heyvandarlığın inkişafı istiqamətində görülən işlər, o cümlədən bir sıra ənənəvi sahələrin - baramaçılıq, tütünçülük, üzümçülük və bu kimi sahələrin yenidən dirçəldilməsi istiqamətində atılan addımlar Azərbaycanda kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan verib. Heç şübhəsiz bu məsələdə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr də mühüm rol oynayıb. Eyni zamanda Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən aqrar sektorun dinamik və sürətli inkişafını təmin etmək üçün bölgələrdə əsaslı və davamlı tədbirlər görülür, yeni texnikalar alınır, sahibkarlığın inkişafına stimul verən addımlar atılır.
Bu məqamda vurğulamaq lazımdır ki, iqtisadi inkişaf mərhələsini yaşayan Azərbaycan dövləti özünün etibarlı ərzaq təhlükəsizliyini təmin etməyi strateji hədəf kimi qarşıya qoyub. Bu məqsədlə regionlarda aqrar sektorun ahəngdar inkişafını təmin etmək, ərzaq məhsulları, o cümlədən də heyvandarlıq məhsullarının istehsalını artırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Heyvandarlıq təsərrüfatlarında intensiv metodların tətbiqi, yem bazasının möhkəmləndirilməsi, səmərəli satış mexanizminin qurulması, fermerlərə subsidiyaların verilməsi, ayrı-ayrı bölgələrdə layihələrin reallaşdırılması bu qəbildən olan tədbirlər sırasında yer alır.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq Sərəncamı da bu sahədə işlərə güclü təkan verib. Sərəncama əsasən yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya verilir.
Bəli, birmənalı qeyd olunmalıdır ki, ölkə başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezidentin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanıb. “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək. Məhsuldarlığın artması fermerlərin gəlirlərinin artmasına, onların maddi rifah halının yaxşılaşmasına şərait yaradacaq.
Bir sözlə, ölkəmizdə heyvandarlığın inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Bu məqsədlə ötən ay Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Heyvandarlıq Assosiasiyasının (AHA) üzvləri ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavinləri İlhamə Qədimova və Seyfəddin Talıbov, nazirlik təmsilçiləri, Azərbaycan Heyvandarlıq Assosiasiyasının üzvləri və Türkiyə Güneydolu Anadolu Heyvandarlıq Assosiasiyasının sədri Haydar Demirazer iştirak ediblər. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramı hazırlanıb. Nazir müavini qeyd edib ki, ölkədə heyvandarlığın inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib: “Azərbaycan Heyvandarlıq Assosiasiyasının yaradılması önəmli hadisədir. Heyvandarlıqla məşğul olan fermerlərə dövlət dəstəyi göstərilir və bu dəstək davamlı olacaq. Azərbaycan Heyvandarlıq Assosiasiyası da öz tərəfindən heyvandarlığın inkişafı üçün davamlı işlər görməlidir. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi və Assosiasiya arasında mütəmadi görüşlər keçiriləcək”.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqat Mərkəzinin heyvandarlıq bölməsinin rəhbəri Elşad Rzayev isə KİV-ə açıqlamasında deyib ki, dövlət qurumlarının rəy və təkliflərinin öyrənilməsi üçün “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının müzakirəsi aparılıb və aidiyyəti üzrə təqdim olunub. Dövlət Proqramına əsasən, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması bundan sonra da davam etdiriləcək.
O əlavə edib ki, Azərbaycanda 2,6 milyon iribuynuzlu, 8,5 milyona yaxın xırdabuynuzlu heyvan var: “Hazırda kəmiyyətdən keyfiyyətə doğru keçid prosesi gedir. Bunun üçün daha məhsuldar və keyfiyyətli heyvan cinslərinin geniş yayılması istiqamətində işlər görülür”.
Onun sözlərinə görə, bu istiqamətdə görülən tədbirlərdən biri süni mayalanma işlərinin daha geniş aparılmasıdır. Dövlət Proqramında süni mayalamanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, bundan sonra da həm xırda, həm də iri cins heyvanların Azərbaycana gətirilməsi və güzəştli şərtlərlə satışı planlaşdırılır.
Elşad Rzayev qeyd edib ki, örüş otlaq sahələrində daha məhsuldar bitkilərin yetişdirilməsi nəzərdə tutulur. Çünki heyvandarlığın inkişaf etdirilməsinin 65-70 faizi yem bazasının mükəmməl olması ilə bağlıdır. Dövlət Proqramında həmçinin qeyd olunub ki, heyvandarlıq intensiv və yarımintensiv yolla inkişaf etdirilsin. Bunun üçün örüş-otlaq sahələrinin bir hissəsini əkin yerlərinə çevirərək, heyvanların müəyyən qisminin intensiv şəraitdə saxlanılması nəzərdə tutulur.
Nazirlik rəsmisi vurğulayıb ki, daxili istehsal hesabına artıq ölkənin ət və süd məhsullarına olan tələbatı ödənir. Bu istiqamətdə potensial bir qədər də artarsa, Azərbaycan idxalçıdan ixracatçı ölkəyə çevrilə bilər.
Vurğulanmalıdır ki, Tərtər rayonunda da heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir. Son illərdə rayonda müasir heyvandarlıq kompleksinin yaradılması, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib. Süni mayalanmadan əldə edilən yüksək nəticələr, həmçinin bu yolla alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. Ötən il rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 1840 baş inək və düyə süni yolla mayalandırılıb, 815 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Fermer və sahibkarlar tərəfindən son illərdə lizinq yolu ilə 391 baş cins heyvan alınaraq rayona gətirilib.
Rayonda mal-qaranın baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Belə ki, 2018-ci ildə təsərrüfatlarda 3 min 71,2 ton ət, 22 min 127 ton süd, 14 milyon 740 min ədəd yumurta, 110,8 ton yun istehsal olunub. Əvvəlki illə müqayisədə ət istehsalı 7 faiz, süd istehsalı 2,3 faiz, yumurta istehsalı 85,4 faiz artıb. Son 5 ildə isə ət istehsalı 97,9 faiz, süd istehsalı 51,6 faiz, yumurta istehsalı 90,6 faiz çoxalıb.
Ağsu rayonunda isə cari ilin birinci rübü heyvandarlar üçün uğurlu olub. Belə ki, məhsul istehsalına görə bütün göstəricilər ötən ilin ilk üç ayı ilə müqayisədə xeyli artıb. Belə ki, kənd təsərrüfatının aparıcı sahəsi olan heyvandarlıqda son illər dinamik inkişaf davam edir. Təkcə davarların baş sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1872 baş artıb. Bu ilin birinci rübündə diri çəkidə 1209 ton ət istehsal edilib ki, bu göstərici 2018-ci ilin ilk üç ayında əldə olunan göstəricidən 11 ton artıqdır. Birinci rübdə habelə 6985 ton süd, 3 milyon 989 min ədəd yumurta istehsal olunub. Bu rəqəmlər də ötənilki göstərici ilə müqayisədə müvafiq olaraq 70 ton və 260 min ədəd çoxdur.
Bu ilin ilk rübündə Şamaxı rayonunda da heyvandarlıq məhsulları üzrə bütün göstəricilərdə artım qeydə alınıb. Belə ki, birinci rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı diri çəkidə 319 ton çox olmaqla, 1085 tona çatıb. Süd istehsalı da 3158 ton artıb və 6780 ton olub. Habelə, 380 min ədəd artaraq, 3 milyon 914 min ədəd yumurta istehsal edilib. Qeyd edək ki, ötən ilin ikinci yarısında Şamaxı ərazisində “Kürdəmir süd emalı” MMC-yə məxsus yeni heyvandarlıq kompleksinin fəaliyyətə başlaması bölgədə bu sahənin inkişafına, məhsul istehsalında artıma təsir göstərib.
Neftçala rayonunda da kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi önəm verilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır.
Hazırda ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarda 43 min 570 baş iribuynuzlu mal-qara və 144 min 869 baş qoyun-keçi saxlanılır. Qoyun və keçilərin baş sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 42 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artması süd istehsalına da güclü təkan verib. Belə ki, cari ilin 3 ayında rayonda 5 min 281,3 ton süd istehsal olunub. Bu isə ötən ildəkindən 178,5 ton və ya 3,5 faiz çoxdur.
Göründüyü kimi, bu gün regionlarımızda heyvandarlığın inkişafı istiqamətində atılan addımlar ölkəmizin ət və ət məhsulları ilə özünü təmin etməsini rellaşdırmaqla yanaşı, bölgələrin inkişafına da əhəmiyyətli təsirlər göstərir.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  4380  |  
  • Tarix:  12-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 20:39
Hakimlərin Seçki Komitəsinin iclası keçirilib
23 İyul 20:37
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
23 İyul 20:23
Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
23 İyul 20:20
Azərbaycanın Xarici İşlər naziri Ekvatorial Qvineyanın dövlət katibi ilə görüşüb
23 İyul 20:15
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdam rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 İyul 20:13
İdlib qlobal geosiyasi kontekstdə: Türkiyə və supergüclərin mübarizəsi
23 İyul 20:10
“EYOF Bakı 2019”: Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb
23 İyul 20:08
“Bakı 2019”: Ukrayna millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub
23 İyul 20:04
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tabeçiliyində olan orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
23 İyul 20:02
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb
23 İyul 19:59
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlar başa çatıb
23 İyul 19:55
Çin nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olmuşdur
23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+21 +25