A+   Yenilə  A-
Prezident İlham Əliyev: Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm

Bu gün Prezident İlham Əliyevin xalqımızın mütləq əksəriyyətinin dəstəyini qazanaraq növbəti dəfə dövlət başçısı seçilməsindən 1 il ötür
Məlum olduğu kimi, 2018-ci il aprelin 11-də ölkəmizdə demokratik şəraitdə keçirilən, çoxsaylı beynəlxalq müşahidəçilərin izlədikləri seçkilərdə xalqımız qəti mövqeyini növbəti dəfə ortaya qoyaraq, son 15 ildə Azərbaycanı inamla idarə edən, ölkəmizə çoxsaylı uğurlar qazandıran cənab İlham Əliyevə səs verib Onu növbəti 7 il üçün Azərbaycanın dövlət başçısı seçdi. Rəsmi məlumatlara əsasən, etibarlı hesab edilmiş səslərin 3 milyon 394 min 898-i və ya 86,02 faizi məhz seçkilərə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi qatılan cənab İlham Heydər oğlu Əliyevin lehinə verilib.
Bu seçim xalqın öz Liderinə sonsuz inamının ifadəsi idi. Öz növbəsində, Prezident İlham Əliyev də qətiyyətlə reallaşdırdığı siyasətdə daim xalqa arxalanıb, xalqdan güc alıb və xalqına güc verib. Andiçmə mərasimindəki nitqində bu amili nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.
Son bir ildə respublikamızın dəyişən, müasirləşən həyatı, yaranan müsbət reallıqlar, ölkənin bütünlüklə inkişafa istiqamətlənməsi onu deməyə əsas verir ki, cənab İlham Əliyev seçkilər zamanı ölkənin gələcək inkişafı ilə bağlı vədlərini cəmiyyətə bəyan edərkən reallıqları əsas götürüb. Eyni zamanda, dövlətimizin başçısı seçkilərdən sonrakı bir ildə çox məhsuldar, genişmiqyaslı, səmərəli fəaliyyətin nəticəsi olaraq verdiyi vədlərin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində böyük uğurlara imza atıb.
Azərbaycan seçkilərdən sonra ötən bir ildə son dövrlərin ən yaxşı iqtisadi göstəricilərinə nail olub
Azərbaycanın zəngin potensialından bəhrələnməklə müstəqil respublikamızın dinamik iqtisadi inkişafını təmin etmək həmişə Prezident İlham Əliyevin fəaliyyətindən qırmızı xətt kimi keçib. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev dövlət siyasətində iqtisadi inkişafın prioritetliyini müəyyənləşdirərkən Özünün dəfələrlə bəyan etdiyi belə bir fundamental tezisə əsaslanır ki, ölkənin bütün sahələrdə uğurlar qazanması məhz güclü iqtisadiyyat amili ilə şərtlənir. Cənab İlham Əliyevin son prezident seçkiləri ərəfəsində verdiyi vədlər sırasında da ölkədə iqtisadi inkişafın ardıcıllığının təmin edilməsinin önəmi xüsusi olaraq nəzərə çatdırılmışdı. Andiçmə mərasimindəki nitqində Azərbaycanın hərtərəfli inkişaf etdiyini bildirən dövlət başçımız vurğulayıb: “Mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan güclü iqtisadiyyat quruculuğuna nail olub. Son 15 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox olmaqla genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Bu gün respublikamızın Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsinə çevrilməsi son dərəcə qürurverici haldır. Təsadüfi deyil ki, regionda bütün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri məhz Azərbaycanın moderatorluğu ilə reallaşdırılır. Başqa bir qürurverici fakt ondan ibarətdir ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib.
Eyni zamanda, ölkənin maliyyə imkanları əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Azərbaycan təxminən 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir.
Dövlət başçısının qətiyyətinin və siyasi iradəsinin nəticəsidir ki, seçkilərdən sonra ölkəmizdə iqtisadi inkişafın davamlılığını, o cümlədən də qeyri-neft sektorunda yeni istehsal və ixrac imkanları yaradılmasını hədəfləyən tədbirlər uğurla reallaşdırılıb. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmiz son prezident seçkilərindən ötən bir ildə iqtisadi inkişafla bağlı yeni uğurlara imza atıb. Belə ki, milli iqtisadiyyatımız qlobal böhranın mənfi təsirlərini dəf edərək inkişafa istiqamətlənib. Hazırda ölkənin qarşısında duran bütün vəzifələrin icrası yüksək səviyyədə təmin olunur. 2019-cu ilin əvvəlindən bəri əldə olunan göstəricilər deyilənləri bir daha təsdiqləyir. Respublikamızda son dövrlərin ən yaxşı iqtisadi inkişaf göstəriciləri məhz cari ilin arxada qalan aylarında əldə olunub. Prezident İlham Əliyev bu günlərdə Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə keçirdiyi görüşdəki çıxışında ölkəmizdə 2019-cu ilin ilk aylarında əldə olunan müsbət iqtisadi göstəricilərdən məmnunluğunu bildirərək deyib: “Keçən il artıq iqtisadi inkişaf başlamışdır, bu ilin iki ayının yekunları var. Bu yekunlar çox müsbətdir, iqtisadi artım kifayət qədər yüksəkdir, 3 faizə yaxındır. Qeyri-neft sektorunda sənaye istehsalı 15 faizdən çox artıbdır”.
Yuxarıdakı faktlara istinadən deyə bilərik ki, bu gün güclü iqtisadiyyat Azərbaycanın milli maraqlara uyğun müstəqil siyasət aparmasının təməlində dayanan əsas amil qismində çıxış edir. İqtisadi-maliyyə imkanları getdikcə artan Azərbaycan milli maraqlarını daha qətiyyətlə qoruyur və özünün sosial siyasətini daha da dərinləşdirir ki, bu da insanlarda adekvat olaraq məmnunluq hissi yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində respublikamızın güclü və özünü təmin edən iqtisadiyyata malik olmasına xüsusi diqqət çəkib. “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir”, - deyə dövlət başçısı vurğulayıb.
Son bir ildə ölkədə yeni iş yerlərinin yaradılması ilə bağlı çevik siyasət həyata keçirilib
Son prezident seçkilərinə Yeni Azərbaycan Partiyasının namizədi kimi qatılan cənab İlham Əliyevin seçkiqabağı təbliğat platformasında əhalinin məşğulluğunun yüksək səviyyədə təmin olunması, yeni iş yerlərinin yaradılması kimi məsələlərə xüsusi önəm verilirdi. “Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq”, - deyə dövlət başçısı andiçmə mərasimində vurğulayıb.
Seçkilərdən ötən bir ildə bütün ölkə üzrə yeni iş yerlərinin yaradılması, insanların əmək bazarına inteqrasiya olunması istiqamətində fəal iş aparılıb. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, seçkilərdən ötən dövrdə respublika üzrə 100 mindən çox yeni iş yeri açılıb. Əlamətdar haldır ki, yaradılan yeni iş yerlərinin böyük hissəsi daimidir. 2018-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 1553,6 min nəfər olub, onlardan 888,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Eyni zamanda, Prezident İlham Əliyev qarşıya respublikamızda yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi ilə bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının tələbi belədir ki, ölkədə artan əhali işlə təmin olunmalıdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı deyib: “Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun”.
Respublikamızda cari ilin əvvəlindən Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTu” proqramının icrasına başlanılıb. Proqram çərçivəsində ictimai işlərə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən cari ilin əvvəlindən icra olunan proqram çərçivəsində 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub.
Respublikada əməkhaqlarının və pensiyaların artırılması ənənəsi davam etdirilib
Respublikamızda əhalinin gəlir imkanlarının artırılması istiqamətində müxtəlif tədbirlər görülür. O cümlədən ölkəmizdə əməkhaqlarının davamlı olaraq artırılması kimi gözəl ənənənin formalaşması əhalinin maddi təminatının möhkəmlənməsində mühüm rol oynayır. Əhalinin gəlir imkanlarının, o cümlədən də əməkhaqlarının artırılması ənənəsi son bir ildə də davam etdirilib. 2018-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 2,9 faiz artaraq 540,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.
Əməkhaqlarının artırılması tendensiyası 2019-cu ildə də davam etdirilir. Prezident İlham Əliyev 8 fevral 2019-cu il tarixində “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, son 15 ildə Azərbaycanda minimum əməkhaqları 6,5 dəfə artırılıb.
Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib. Bu isə dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında 25 faiz artıma gətirib çıxardacaq.
Ölkəmizdə əməkhaqlarının artırılması perspektivdə də diqqət mərkəzində saxlanılacaq. Prezident İlham Əliyev Onun yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki çıxışında minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlanmasına dair müvafiq göstərişlər verildiyini nəzərə çatdıraraq deyib: “Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın”.
Ölkəmizdə pensiyalar da mütəmadi qaydada artırılır. Məlumat üçün bildirək ki, ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Ölkəmizdə minimum pensiyaların artırılmasının çox ciddi bir qərar olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir”.
Ölkədə sosial müavinətlər əhəmiyyətli dərəcədə artıb
Cari il fevralın 25-də Prezident İlham Əliyev “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” növbəti Sərəncam imzalayıb. Sənəddə də vurğulandığı kimi, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir.
Dövlət başçısının imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” Sərəncamla sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılıb. Sərəncamla sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 146 manatdan 300 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 121 manatdan 150 manata çatdırılması nəzərdə tutulub.
Eyni zamanda, Sərəncam Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb. Belə ki, Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi kimi müddəalar yer alıb.
Prezident İlham Əliyev problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi
Azərbaycanda manatın devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyutada kreditləri ilə bağlı olmuşdur. Problemin optimal həlli yollarını tapmaq, bu məsələni əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunub, Azərbaycan Prezidentinin tapşırığına əsasən hökumət bu istiqamətdə fəal iş aparıb və təkliflər hazırlayıb. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilib, müxtəlif təkliflər irəli sürülüb. Prezident İlham Əliyev Onun yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə həmçinin problemli kreditlərlə bağlı məsələyə xüsusi diqqət çəkib. Dövlət başçısı bildirib ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. “Biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Artıq problemli kreditlərlə bağlı məsələnin vətəndaşların mənafeyi nəzərə alınmaqla həll olunduğunu söyləmək mümkündür. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev cari il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla nəzərdə tutulan güzəştlərdən sənəddə göstərilən dövrlərdə xarici valyutada kredit götürmüş fiziki şəxslər faydalanacaqlar. Fərmana əsasən, sənəddə qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi müvafiq qaydada qiymətləndirilməklə dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Sənəddə də vurğulandığı kimi, ödəmələr üç aydan gec olmayaraq həyata keçiriləcək.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanda məlum devalvasiyalardan sonra kreditlərlə bağlı problemin yaranmasını şərtləndirən amillər ölkəyə xarici mənfi təsirlər nəticəsində formalaşıb. Biz son vaxtlarda qlobal məkanda bir sıra arzuolunmaz proseslərin getdiyinin şahidi oluruq. Qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərib, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləyib, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artıb, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalıb.
Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmiz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində qəbul edilən qərarlar, aparılan islahatlar və iqtisadiyyata güclü siyasi, maddi dəstək tədbirləri sayəsində qlobal mənfi şokların təsirini qısa müddətdə və daha az itkilərlə önləməyə nail olub. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb. Azərbaycan hakimiyyəti yaranan imkanlardan məhz vətəndaşların mənafeyi naminə istifadə etməyə qərar verib. Prezident İlham Əliyev imzaladığı Fərmanla problemli kreditlər məsələsinə son qoydu. Çox haqlı olaraq bu qərar Prezidentdən devalvasiyadan əziyyət çəkən insanlara misilsiz dəstək kimi dəyərləndirilir. Azərbaycan dövləti problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi.
Fərmanın sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Dövlət başçısının imzaladığı sənədlə problemli kreditlər üzrə məhkəmə çəkişmələrinə son qoyulub. Fərmana əsasən, devalvasiya nəticəsində insanlara dəyən ziyanı dövlət ödəyəcək. Fərmanın əhatə dairəsinə 800 mindən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödəniləcək. Bütövlükdə, problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri ilə bağlı üzləşdikləri maliyyə itkisini qarşılamaq məqsədi daşıyır.
Bu məqamda qeyd etmək yerinə düşər ki, problemli kreditlər yalnız Azərbaycana aid olan məsələ deyil. Dünyanın ayrı-ayrı ölkələrində insanlar vaxtaşırı bu kimi problemlərlə üzləşirlər. İndiyədək problemli kreditlərlə əlaqədar məsələnin həllinə yönələn addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilib, ancaq həmin qərarların icrasına nail olunmayıb. Azərbaycan isə problemli kreditlər məsələsinin həllində yenə də liderlik keyfiyyəti ortaya qoydu. Prezident İlham Əliyev ölkəmizdə dövlətin potensialından xalqın mənafeyi üçün istifadə olunduğunu bir daha nümayiş etdirdi.
Çətin anlarda hər zaman xalqın yanında ilk olan Azərbaycan dövlətidir
Ölkəmizdə dəyişməz bir ənənə formalaşıb: Çətin anlarda, təbii fəlakətlər baş verdikdə dövlət öz vətəndaşını darda qoymur, ona lazım olan bütün dəstəyi göstərir, problemlərin həllini öz öhdəsinə götürür. Bununla da ölkədə vətəndaş məmnunluğu artır, insanların öz dövlətinə güclü inamı formalaşır. Ötən il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə Bakıda Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda keçirilən möhtəşəm konsert proqramında fəaliyyətinin əsas kredosunu xatırladan dövlətimizin başçısı “Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim”, - deyə vurğulayıb.
Biz bu vəhdəti cari il fevralın əvvəlində Ağsuda, İsmayıllıda və Şamaxıda baş verən zəlzələlərdən sonra da əyani şəkildə izlədik. Azərbaycanın dövlət başçısı zəlzələ baş verən bölgələrə səfərlər etməklə, tikinti, təmir-bərpa işlərini şəxsi nəzarətdə saxlamaqla növbəti dəfə verilən sözə əməl etməyin nümunəsini göstərdi. Baş verən zəlzələlər heç bir halda təbii fəlakətin acı fəsadlarını özlərinin şəxsi həyatlarında yaşayan insanları sarsıtmayıb. Çünki çətin günlərdə Azərbaycan dövləti xalqın yanında olduğunu nümayiş etdirdi. Ələlxüsus da Prezident İlham Əliyevin təbii fəlakətin ertəsi günü zəlzələdən ziyan çəkən bölgələrə səfərə gəlməsi insanlarda sabaha böyük inam yaradıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin təbii fəlakət baş verən bölgələrə səfərləri çərçivəsində keçirilən görüşlərdə insanlar çətin günlərdə onlara dayaq duran Azərbaycan hökumətinə, şəxsən dövlət başçısına özlərinin dərin minnətdarlıqlarını ifadə ediblər. Görüşlərdə müxtəlif sosial təbəqələri əhatə edən insanların dövlət başçısına xitabən “Biz Sizi gözləyirdik, cənab Prezident” demələri olduqca təsirli və ibrətamiz məqamdır. Bu, onu göstərir ki, Azərbaycan iqtidarı, Prezident İlham Əliyev məqsədyönlü fəaliyyət sayəsində cəmiyyətin böyük etimadını qazanıb. Çətinə düşən insanlar heç kimdən yox, məhz öz dövlətindən və inandığı, ümid bəslədiyi Prezidentindən umur, kömək gözləyirlər.
Hazırda təbii fəlakət baş verən bölgələrdə zəlzələlərin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Cari il martın 7-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” növbəti Sərəncam imzalayıb. Sərəncama əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 11,0 (on bir) milyon manat, o cümlədən yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi və onlarda bərpa-gücləndirmə işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 5,0 (beş) milyon manat, yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2,0 (iki) milyon manat ayrılıb.
Azərbaycanın dövlət başçısı İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğına da çox həssas münasibət sərgiləyib. Prezident İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumların məsul əməkdaşları ilə “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarlar arasında görüş keçirilib və ətraflı müzakirələr aparılıb. Martın 28-də isə Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirədəki çıxışında yanğından ziyan çəkən sahibkarlara kömək göstərilməsinin vacibliyini vurğulayaraq deyib: “Azərbaycan çox güclü sosial siyasət aparır. Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir. Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik”.
Bəhs olunan müşavirədən sonra Prezident İlham Əliyev növbəti addım kimi 28 mart 2019-cu il tarixində “Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında”, həmçinin 29 mart 2019-cu il tarixində “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” sərəncamlar imzalayıb.
Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığına əsasən müvafiq dövlət qurumları, o cümlədən də İqtisadiyyat Nazirliyi tərəfindən “Diqlas” ticarət mərkəzində baş verən yanğından ziyan çəkən sahibkarlara dəstək göstərilməsi məqsədilə müxtəlif tədbirlər görülür. İndiyədək İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən sahibkarların fərdi qəbulu başa çatdırılıb. Qəbul zamanı 381 sahibkar 15 milyon manatadək güzəştli kreditə ehtiyacının olduğunu bildirib və artıq sahibkarlarla bu istiqamətdə işlərə başlanılıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılığa əsasən, yanğından ziyan çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 8 ticarət mərkəzində ümumi sahəsi 30 min m2-dən çox olan təxminən 680 ticarət obyekti təklif olunub.
Bakı şəhərinin Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından ziyan çəkən sahibkarlara dövlət tərəfindən operativ şəkildə dəstək göstərilməsi ölkəmizdə aparılan sosial siyasətin əlamətidir. Qeyd edək ki, dünyanın heç bir ölkəsində dövlət zəlzələlər, daşqınlar, yanğınlar nəticəsində vətəndaşların mülkiyyətinə dəyən ziyanın ödənilməsini öz üzərinə götürmür. Bu baxımdan, Azərbaycanda dövlətin belə hadisələrdən ziyan çəkən insanlara verdiyi dəstəyin ardıcıl xarakter daşıması nadir sosial hadisədir. Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı, zərər çəkmiş sahibkarlara sahib çıxdı və bir daha göstərdi ki, hər zaman öz vətəndaşının yanındadır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  8820  |  
  • Tarix:  11-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

09 Dekabr 22:00
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
09 Dekabr 21:56
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09 Dekabr 21:54
Əlcəzairin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
09 Dekabr 21:30
Polad Bülbüloğlu: Azərbaycanla Rusiyanın əlaqələrinin inkişafı bütün sahələrdə özünü büruzə verir
09 Dekabr 21:10
Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçirilib
09 Dekabr 21:08
Rövzət Qasımov: Azərbaycanda keçirilən bütün seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün hərtərəfli imkan yaradılır
09 Dekabr 20:55
Gəncə Qarnizonunda “Heydər Əliyev və Azərbaycan əsgəri” adlı vətənpərvərlik tədbiri keçirilib
09 Dekabr 20:45
Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası keçirilir
09 Dekabr 20:43
Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu
09 Dekabr 20:19
Rasim Musabəyov: Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir
09 Dekabr 17:56
Dərbənddə görkəmli dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun abidəsi açılıb
09 Dekabr 17:55
YAP Zərdab rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 17:53
YAP Gəncə şəhər təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
09 Dekabr 17:49
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
09 Dekabr 17:47
Ucar rayonunda bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin seçicilərlə görüşü keçirilib
09 Dekabr 17:45
Kürdəmir rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
09 Dekabr 17:42
Bərdə rayonunun Mollalı və Məşədiibişli kəndlərində seçicilərlə görüş keçirilib
09 Dekabr 17:29
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09 Dekabr 17:27
YAP ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır
09 Dekabr 17:18
Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans keçirilib
09 Dekabr 17:14
ATƏT PA-nın prezidenti: Azərbaycanda aparılan islahatlar demokratik prinsiplərə sadiqliyi nümayiş etdirir
09 Dekabr 17:06
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
09 Dekabr 16:59
Yeni TV-də Hikmət Babaoğlunun qonağı YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı olmuşdur
09 Dekabr 16:56
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində 4 layihə üzrə müqavilələr imzalanıb
09 Dekabr 16:26
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb – Sərəncam
09 Dekabr 16:14
YAP Mingəçevir şəhər təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 16:06
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatında gənclərlə görüş keçirildi
09 Dekabr 16:00
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
09 Dekabr 15:58
Aydın Hüseynov: Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır
09 Dekabr 15:55
Əbülfəs Qarayev: Bakı şəhəri yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir
09 Dekabr 15:53
Musa Quliyev: Azərbaycanda vətəndaşa göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır
09 Dekabr 15:51
YAP Binəqədi rayon təşkilatında Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirildi
09 Dekabr 15:47
Əli Əhmədov: Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır
09 Dekabr 15:45
Gələn il “Şahdağ” Turizm Mərkəzində Azərbaycan və Rusiya regionlararası gənclər forumu keçiriləcək
09 Dekabr 15:43
Gələn il Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 27 ölkə iştirakını təsdiqləyib
09 Dekabr 15:40
Şahin Mustafayev: İlin sonunadək Samur çayı üzərində körpü açılacaq
09 Dekabr 15:27
Tbilisidə Avronest PA-nın sessiyası keçirilir
09 Dekabr 14:58
Ümummilli lider Heydər Əliyevin xatirəsi İsveçrədə anılıb
09 Dekabr 14:52
Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır
09 Dekabr 14:46
İran qəzeti: Azərbaycanın qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir
09 Dekabr 14:27
Serbiya qəzetində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə dərc olunub
09 Dekabr 14:24
MSK-nın bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirləri davam edir
09 Dekabr 14:07
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09 Dekabr 13:58
“Bakutel 2019” sərgisini 25 minədək insan ziyarət edib
09 Dekabr 13:33
Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir
09 Dekabr 13:08
Rusiyanın İqtisadi İnkişaf naziri Şəhidlər xiyabanını ziyarət edib
09 Dekabr 12:53
Azərbaycanda helikopterlərin təmiri və texniki xidmət mərkəzi tikiləcək
09 Dekabr 12:43
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
09 Dekabr 12:37
9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür
09 Dekabr 12:25
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir
09 Dekabr 12:18
Mübariz Qurbanlı: “Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz”
09 Dekabr 12:07
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb
09 Dekabr 11:52
“Kreativ Azərbaycan” portalının təqdimatı olub
09 Dekabr 11:32
Səudiyyə Ərəbistanının Neft-Qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar
09 Dekabr 11:11
Horadizdə “Çingiz dastanı” adlı mənzum tamaşa təqdim edilib
09 Dekabr 11:00
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək
09 Dekabr 10:58
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş
09 Dekabr 10:38
Yevlaxda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
09 Dekabr 10:34
Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir
09 Dekabr 10:14
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək
08 Dekabr 13:19
BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi siyasəti barədə məlumatlandırılıb
08 Dekabr 13:09
Gürcüstan Prezidenti: TANAP Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır
08 Dekabr 12:56
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib
08 Dekabr 12:19
Rusiyanın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
08 Dekabr 12:17
Dövlət Miqrasiya Xidmətində “Miqrasiya Məktəbi-2” layihəsi fəaliyyətə başlayıb
08 Dekabr 12:09
Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
08 Dekabr 12:04
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
07 Dekabr 18:10
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə rəsmən start verib
07 Dekabr 16:56
Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib
07 Dekabr 16:35
Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA