Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “China Daily”: Azərbaycan əhalisinin sayının 10 milyona çatması ölkənin davamlı inkişaf yolunda olduğunu göstərir

“China Daily”: Azərbaycan əhalisinin sayının 10 milyona çatması ölkənin davamlı inkişaf yolunda olduğunu göstərir

10.04.2019 [09:36]

AZƏRTAC-ın xüsusi müxbirinin məqaləsi “China Daily” qəzetinin saytında gün ərzində ən çox oxunan xəbərlər sırasında yer alıb
Çinin dünyada böyük nüfuza malik “China Daily” qəzetinin saytında “Azərbaycan 10 milyonuncu vətəndaşını sevinclə qarşılayır” başlıqlı məqalə yerləşdirilib.
AZƏRTAC-ın Çin Xalq Respublikasındakı xüsusi müxbiri Şahin Cəfərovun müəllifi olduğu məqalədə aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün ailəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsindən söz açılır. Bildirilir ki, ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu əlamətdar hadisə münasibətilə Azərbaycan xalqını və körpənin ailəsini təbrik ediblər. Azərbaycan əhalisinin sayının 10 milyona çatması ilə əlaqədar paytaxt Bakıda atəşfəşanlıq və konsert təşkil olunub.
Gün ərzində qəzetin saytında ən çox oxunan 5 yazıdan biri olan məqalədə Azərbaycan xalqının 10 milyonuncu sakinin dünyaya gəlməsini sevinclə qarşılamasının və bayram etməsinin səbəbləri barədə söz açılıb. Qeyd olunub ki, ilk olaraq, bu, Azərbaycanın davamlı inkişaf yolunda olmasını və ölkənin bütün sahələrdə güclənməsini göstərir. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan olunanda əhalinin sayı 1,9 milyon, 1991-ci ildə müstəqillik bərpa olunanda isə 7,2 milyon nəfər idi.
Bundan başqa, bu hadisə Azərbaycan dövlətinin insan kapitalını ölkənin əsas xəzinəsi kimi qiymətləndirməsinin göstəricisidir. Müstəqillik illərində insan kapitalının inkişafı ölkədə həyata keçirilən bütün layihələrin təməlində dayanır. Hökumətin əsas məqsədləri yoxsulluğun azaldılmasında və həyat səviyyəsinin yüksəldilməsində uğurlar qazanmaq, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əhalinin rifahının təmin olunmasıdır. Bu gün biz yuxarıda qeyd olunan siyasətin real nəticələrini görə bilirik və 10 milyonuncu vətəndaşın doğulması özlüyündə bu uğur hekayəsinin göstəricisidir.

Paylaş:
Baxılıb: 404 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30