A+   Yenilə  A-
Prezident İlham Əliyev: Keçən il prezident seçkilərində xalqın mənə verdiyi dəstək imkan verir ki, biz bütün vədləri icra edək

Azərbaycanda həyata keçirilən sosial siyasət son bir ildə uğurla davam etdirilib
2018-ci ilin aprelində ölkəmizdə keçirilən növbəti prezident seçkilərindən bir il ötür. Xatırladaq ki, bəhs olunan seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Heydər oğlu Əliyev növbəti dəfə xalqın yüksək etimadını qazanaraq qalib olub. Seçkilərin yekununa dair rəsmi məlumatlara əsasən, etibarlı hesab edilmiş səslərin 3 milyon 394 min 898-i və ya 86,02 faizi məhz Onun lehinə verilib.
Şübhəsiz ki, ötən il aprelin 11-də keçirilən seçkilərin nəticələri xalqımızın 2003-cü ildən etibarən Azərbaycanı uğurla idarə edən, ölkəmizin ünvanına saysız-hesabsız nailiyyətlər qazandıran Prezident İlham Əliyevə böyük inamının ifadəsidir. Prezident İlham Əliyev milli maraqlarımızı qətiyyətlə qoruduğu, daim ölkə vətəndaşlarının rifahının, həyat şəraitinin yaxşılaşması naminə çalışdığı üçün xalq da Ona inanır və həmişə böyük dəstək göstərir. Son 15 ildə zirvələrə yüksələn, regional gücə çevrilən Azərbaycanın uğurlarını şərtləndirən əsas amil də məhz iqtidar-xalq həmrəyliyidir.
Son bir ildə həyata keçirilən tədbirlər seçkilər ərəfəsində sosial sahədə də verilən vədlərin yerinə yetirildiyini təsdiqləyir
Seçkilərə qatılan namizədlərin vədləri olmadan heç seçkiləri təsəvvür etmək belə mümkün deyil. Ancaq dünya praktikasından da bəlli olduğu kimi, bir sıra siyasətçilər yalnız seçkilər ərəfəsində verdikləri vədlərlə gündəmə gəlirlər və elə iş də bununla bitir. Yəni seçkilər sona çatdıqdan, qaliblər müəyyən olunduqdan sonra namizədlərin təbliğat dövründə verdikləri vədlər də unudulur.
Azərbaycanın dövlət başçısı isə hər zaman verdiyi vədlərə sadiqdir. Respublikamızda hər kəsin təsdiqlədiyi kimi, Prezident İlham Əliyev xəlqi və praqmatik siyasətçidir. Biz son 15 ildə Onun heç vaxt seçicilərinə populist vədlər verdiyinin şahidi olmamışıq. Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətləri, bir qayda olaraq, vətəndaşlardan, cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşır.
Son 15 ildə Azərbaycanın keçdiyi uğurlu inkişaf yolunu göz önündə canlandırsaq, görərik ki, ölkəmizin təcrübəsi identik və heyrətamizdir. Bəhs olunan dövrdə keçilən yola nəzər saldıqda biz Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq.
Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən seçkilər ərəfəsində də cənab İlham Əliyev Özünün ənənəsinə sadiq qalaraq ilk növbədə əvvəlki dövrdə reallaşdırılan sosial siyasətin bundan sonra da prioritetliyini təmin etmək məqsədilə bir sıra vədlər vermişdi. Seçkilərdə xalqın böyük inamını qazanan cənab İlham Əliyev andiçmə mərasimində qətiyyətlə bildirmişdi ki, “gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin ötən il seçkilər ərəfəsində verdiyi sosial vədlərin - böyük sosial paketin əhatə dairəsi də kifayət qədər geniş idi. Bu sırada biz şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin veriləcəyi, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılacağı, əməkhaqlarının və pensiyaların artırılacağı, sosial infrastruktur quruculuğunun davam etdiriləcəyi, bütün ölkə boyunca yeni iş yerlərinin yaradılacağı kimi vədləri xüsusi qeyd edə bilərik.
Məmnunluq hissi ilə nəzərə çatdıra bilərik ki, seçkilərdən ötən bir il ərzində bəhs olunan sosial məzmunlu vədlərin yerinə yetirilməsi istiqamətində böyük iş həcmi yerinə yetirilib. Belə ki, ötən dövrdə Prezident İlham Əliyev bilavasitə insanların rifah halının yaxşılaşmasına, gəlir imkanlarının artırılmasına hesablanan çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Prezident İlham Əliyev bu günlərdə Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə keçirdiyi görüşdəki çıxışında respublikamızda uğurlu sosial siyasət aparıldığına diqqət çəkərək vurğulayıb ki, iqtisadi və sosial islahatların yeni mərhələsinin startı prezident seçkilərindən sonra verilmişdir və bu gün biz bunun nəticəsini görürük. “Keçən il prezident seçkilərində xalqın mənə verdiyi dəstək imkan verir ki, biz bütün vədləri icra edək. Seçkilər ərəfəsində bildirmişdim ki, biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq”, - deyə dövlət başçısı bildirib.
Dövlət başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizdə cari ilin əvvəlindən sosial sahədə çox ciddi addımlar atılıb. Dövlət başçısının imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərman mənzil idarəçiliyi baxımından problemlərin həllinə gətirib çıxaracaq, vətəndaşların mənzil və yaşayış şəraitinin yaxşılaşmasına, o cümlədən sosial rifahının daha da yüksəlməsinə müsbət təsir göstərəcək. Prezident İlham Əliyevin cari il fevralın 25-də imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” Sərəncama əsasən müvafiq kateqoriyadan olan vətəndaşlara ödənilən müavinətlər əhəmiyyətli dərəcədə artırılıb. Bundan başqa, cari ilin əvvəlindən dövlət başçısının imzaladığı çoxsaylı sərəncamlar əsasında minimum əməkhaqqının məbləği 180 manata çatdırılıb, tələbələrə verilən təqaüdlər, əmək pensiyalarının minimum məbləği artırılıb, problemli kreditlərlə bağlı mühüm addımlar atılıb. Ümumiyyətlə, respublikamızda ötən il elan olunan və uğurla reallaşdırılan sosial paketin əhatə dairəsi kifayət qədər genişdir. Mütəxəssislərin də vurğuladıqları kimi, Prezident İlham Əliyevin 2019-cu ilin əvvəlindən bəri imzaladığı və əhalinin həyat şəraitinin daha yüksək səviyyəyə qaldırılmasına, vətəndaşların gəlir imkanlarının artırılmasına hesablanan bir sıra Fərman və sərəncamlar öz mahiyyətinə görə inqilabi səciyyə daşıyır. Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Onun Sədrliyi ilə keçirilən müşavirədəki çıxışında vurğulayıb ki, Azərbaycanda reallaşdırılan sosial paketin dünyada bənzəri yoxdur: “Azərbaycan çox güclü sosial siyasət aparır. Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir. Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur”.
Ölkəmizin sosial sahəyə daha böyük həcmlərdə vəsait yönəltmək imkanları artır
Müasir Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri odur ki, ölkənin dinamik iqtisadi inkişafı genişməzmunlu sosial siyasətlə tamamlanır. Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz iqtisadiyyatını 3 dəfədən çox genişləndirib. Prezident İlham Əliyev ötən il aprelin 18-də keçirilən andiçmə mərasimindəki nitqində ölkəmizin iqtisadi sahədə qazandığı uğurları tarixi nailiyyətlər kimi səciyyələndirib.
Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin bəyan etdiyi seçkiqabağı platformada da ölkəmizin strateji kursunun - dərinməzmunlu sosial siyasətin perspektivdə də davam etdirilməsi üçün real əsasların yaradılması, o cümlədən də ölkənin iqtisadi-maliyyə imkanlarının daha da artırılması, islahatlar yolu ilə dinamik iqtisadi inkişafın təmin etdirilməsi ilə bağlı vədlər xüsusi yer tuturdu. Dövlət başçısının qətiyyətinin və siyasi iradəsinin nəticəsidir ki, seçkilərdən sonra ölkəmizdə iqtisadi inkişafın davamlılığını, o cümlədən də qeyri-neft sektorunda yeni istehsal və ixrac imkanları yaradılmasını hədəfləyən islahatlar uğurla reallaşdırılıb. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmiz son prezident seçkilərindən sonra iqtisadi inkişafla bağlı yeni uğurlara imza atıb. Belə ki, milli iqtisadiyyatımız qlobal böhranın mənfi təsirlərini dəf edərək inkişafa istiqamətlənib. Hazırda ölkənin qarşısında duran bütün vəzifələrin icrası yüksək səviyyədə təmin olunur. 2019-cu ilin əvvəlindən bəri əldə olunan göstəricilər deyilənləri bir daha təsdiqləyir. Bu ilin ilk iki ayında respublikamızda ümumi daxili məhsul istehsalında 3 faiz artıma nail olunub. Bu, son illər ərzində qazanılan ən yüksək göstəricidir. O cümlədən sənaye istehsalı 4,6 faiz artıb. Daha yüksək artım isə 15,5 faiz olmaqla qeyri-neft sənayesində müşahidə edilib ki, bu da dünya rekordudur.
İqtisadi müstəqilliyin təmin edilməsi öz növbəsində Azərbaycanı geniş maliyyə imkanlarına malik ölkəyə çevirib. Ölkəmiz bir tərəfdən irimiqyaslı infrastruktur layihələrinə böyük həcmlərdə investisiyalar yönəldir, digər tərəfdən isə özünün strateji valyuta ehtiyatlarını artırır. Hazırda respublikamız 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir və adambaşına düşən strateji valyuta ehtiyatlarına görə bütün dünya üzrə yüksək yerlərdən birini tutur. Qürurverici haldır ki, bu gün milli iqtisadiyyatımız heç bir xarici maliyyə mənbəyindən asılı deyil. Hətta, respublikamız ölkə hüdudlarından kənarda investisiya fəallığını getdikcə artırır.
Ölkəmizin dinamik iqtisadi inkişafının real nəticəsi olaraq maliyyə imkanlarının genişlənməsi son bir ildə də davam edib. Respublikanın dinamik iqtisadi inkişafı, gəlirlərimizin artması fonunda isə sosial sahəyə daha böyük həcmlərdə vəsait yönəltmək imkanları yaranıb. Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində ölkəmizin bu müsbət reallığını nəzərə çatdıraraq deyib: “İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıbdır. Bu, bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək”.
Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesi tam şəffaf şəkildə həyata keçirilir
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin ötən il keçirilən prezident seçkilərindən sonra - 2018-ci il 19 aprel tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Bəhs olunan sənədə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Bəhs olunan Fərman Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsidir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində cənab İlham Əliyev uzun illərdir gündəlikdə duran bu məsələnin həll olunacağını vəd etmişdi. Seçkilərdən dərhal sonra sözügedən Fərmanın imzalanması Azərbaycan Prezidentinin Öz vədlərinə sadiq qaldığını, hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü bir daha əyani şəkildə təsdiq edir.
Məlumat üçün bildirək ki, ölkəmizdə bəhs olunan Fərmanın icrasına ötən il noyabrın 14-dən başlanılıb. Şəhidlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı digər Fərmanla isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Belə ki, sənədə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Prezident İlham Əliyev cari il fevralın 25-də Onun yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki çıxışında müvafiq kateqoriyadan olan insanlara qayğı siyasətinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını bildirərək vurğulayıb: “Prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı idi. Siyahılar dəqiqləşdirilirdi və ilkin təhlil onu göstərmişdir ki, təqribən 9500 şəhid ailəsinə ödəmələr veriləcəkdir. Ancaq sonra dəqiqləşmə aparıldı. Dekabr ayında mən bildirdim ki, dəqiqləşmə nəticəsində bu rəqəm artacaq və artdı. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra olunacaqdır. Bununla paralel olaraq, şəhid ailələri ilə görüşdə onlar məsələ qaldırdılar ki, müavinətlər də artsın. Dərhal Fərman imzalandı və bu müavinət 242 manatdan 300 manata artırıldı. Maddi imkanlarımız artdıqca, əlbəttə ki, daim bu məsələ diqqət mərkəzində olacaqdır”.
Seçkilərdən sonra ötən bir ildə məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb
Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir, qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir. Respublikamızda dövlət qayğısına ehtiyacı olanlar sırasında Ermənistanın təcəvüzkarlıq siyasəti nəticəsində Dağlıq Qarabağda və ora bitişik 7 rayonda öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan qaçqın və məcburi köçkün soydaşlarımız da var. Azərbaycan dövləti bu qəbildən olan soydaşlarımızın sosial müdafiəsini gücləndirmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün böyükhəcmli maliyyə vəsaiti yönəldir. Cənab İlham Əliyevin seçkilər ərəfəsində verdiyi vədlərdən biri məhz doğma yurd-yuvalarını itirən, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımıza qayğı siyasətinin perspektivdə də davam etdirilməsi ilə bağlı idi. “Köçkünlərin məişət problemləri, onların məşğulluğu daim diqqət mərkəzindədir. Gələcəkdə də bu istiqamətdə addımlar atılacaqdır”, - deyə dövlət başçısı andiçmə mərasimində vurğulayıb.
Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 58 min 203 ailə və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb ki, ondan da 54 min 203 ailə, yaxud 272 min nəfər son 15 ilin payına düşür. Məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn tədbirlər son bir ildə də intensiv şəkildə davam etdirilib. Bütövlükdə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Açılan yeni iş yerləri nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb. Prezident İlham Əliyev yuxarıda bəhs olunan görüşdəki çıxışında məcburi köçkün soydaşlarımızın problemlərinin kompleks şəkildə həll edildiyini diqqətə çatdıraraq vurğulayıb: “O ki qaldı, məcburi köçkünlərin problemlərinin həllinə, bu problemlər kompleks şəkildə öz həllini tapır. Binalar tikilir, yeni şəhərciklər salınır, eyni zamanda, məcburi köçkünlərin sosial şəraiti yaxşılaşdırılır, onlara dövlət tərəfindən verilən sosial dəstək artır. Bu yaxınlarda çox böyük sosial paket təsdiqləndi. O cümlədən məcburi köçkünlərin müavinətləri 50 faiz artmışdır. Özü də biz bu məbləği bir neçə dəfə artırmışıq. Bu gün hər bir köçkünə verilən müavinət 50 faiz artıb. Bu, bizim köçkünlərə olan diqqətimizi əks etdirir. Digər sosial layihələr icra edilib”.
Azərbaycanda aparılan davamlı sosial siyasət demoqrafik inkişafa müsbət təsir göstərir
Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində diqqət çəkdiyi mühüm məsələlərdən biri də ölkəmizdəki müsbət demoqrafik vəziyyətlə bağlı olub. Dünyada müşahidə edilən arzuolunmaz tendensiyalar fonunda Azərbaycandakı müsbət demoqrafik vəziyyət ilk növbədə ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Respublikamızda aparılan davamlı sosial siyasət demoqrafik inkişafa müsbət təsir göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən KİV-ə verilən məlumata görə, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb. Azərbaycanda hər il doğulanların sayı artır, məsələn, 2018-ci ildə ölkədə 139 min körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub.
Əhalinin artımı ilə əlaqədar olaraq genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri, idman kompleksləri istifadəyə verilir. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda bildirib: “Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətli getsin, artan əhali işlə təmin olunsun”.
Qeyd etmək yerinə düşər ki, respublikamızda əhali artımının ardıcıllığını təmin etmək üçün məqsədyönlü tədbirlər görülür. Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla, ölkəmizdə davamlı demoqrafik inkişafın təmin edilməsi üçün əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramı layihəsi hazırlanıb. Layihədə ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə gənc ailələrə sosial-iqtisadi dəstəyin gücləndirilməsi, əhalinin reproduktiv sağlamlığının, habelə ana və uşaqların mühafizəsinin gücləndirilməsi, həyat şəraitinin təhlükəsizliyinin yüksəldilməsi, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi kimi prioritet istiqamətlər müəyyən olunub.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6720  |  
  • Tarix:  09-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

09 Dekabr 22:00
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
09 Dekabr 21:56
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09 Dekabr 21:54
Əlcəzairin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
09 Dekabr 21:30
Polad Bülbüloğlu: Azərbaycanla Rusiyanın əlaqələrinin inkişafı bütün sahələrdə özünü büruzə verir
09 Dekabr 21:10
Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçirilib
09 Dekabr 21:08
Rövzət Qasımov: Azərbaycanda keçirilən bütün seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün hərtərəfli imkan yaradılır
09 Dekabr 20:55
Gəncə Qarnizonunda “Heydər Əliyev və Azərbaycan əsgəri” adlı vətənpərvərlik tədbiri keçirilib
09 Dekabr 20:45
Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası keçirilir
09 Dekabr 20:43
Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu
09 Dekabr 20:19
Rasim Musabəyov: Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir
09 Dekabr 17:56
Dərbənddə görkəmli dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun abidəsi açılıb
09 Dekabr 17:55
YAP Zərdab rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 17:53
YAP Gəncə şəhər təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
09 Dekabr 17:49
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
09 Dekabr 17:47
Ucar rayonunda bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin seçicilərlə görüşü keçirilib
09 Dekabr 17:45
Kürdəmir rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
09 Dekabr 17:42
Bərdə rayonunun Mollalı və Məşədiibişli kəndlərində seçicilərlə görüş keçirilib
09 Dekabr 17:29
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09 Dekabr 17:27
YAP ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır
09 Dekabr 17:18
Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans keçirilib
09 Dekabr 17:14
ATƏT PA-nın prezidenti: Azərbaycanda aparılan islahatlar demokratik prinsiplərə sadiqliyi nümayiş etdirir
09 Dekabr 17:06
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
09 Dekabr 16:59
Yeni TV-də Hikmət Babaoğlunun qonağı YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı olmuşdur
09 Dekabr 16:56
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində 4 layihə üzrə müqavilələr imzalanıb
09 Dekabr 16:26
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb – Sərəncam
09 Dekabr 16:14
YAP Mingəçevir şəhər təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 16:06
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatında gənclərlə görüş keçirildi
09 Dekabr 16:00
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
09 Dekabr 15:58
Aydın Hüseynov: Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır
09 Dekabr 15:55
Əbülfəs Qarayev: Bakı şəhəri yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir
09 Dekabr 15:53
Musa Quliyev: Azərbaycanda vətəndaşa göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır
09 Dekabr 15:51
YAP Binəqədi rayon təşkilatında Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirildi
09 Dekabr 15:47
Əli Əhmədov: Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır
09 Dekabr 15:45
Gələn il “Şahdağ” Turizm Mərkəzində Azərbaycan və Rusiya regionlararası gənclər forumu keçiriləcək
09 Dekabr 15:43
Gələn il Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 27 ölkə iştirakını təsdiqləyib
09 Dekabr 15:40
Şahin Mustafayev: İlin sonunadək Samur çayı üzərində körpü açılacaq
09 Dekabr 15:27
Tbilisidə Avronest PA-nın sessiyası keçirilir
09 Dekabr 14:58
Ümummilli lider Heydər Əliyevin xatirəsi İsveçrədə anılıb
09 Dekabr 14:52
Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır
09 Dekabr 14:46
İran qəzeti: Azərbaycanın qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir
09 Dekabr 14:27
Serbiya qəzetində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə dərc olunub
09 Dekabr 14:24
MSK-nın bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirləri davam edir
09 Dekabr 14:07
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09 Dekabr 13:58
“Bakutel 2019” sərgisini 25 minədək insan ziyarət edib
09 Dekabr 13:33
Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir
09 Dekabr 13:08
Rusiyanın İqtisadi İnkişaf naziri Şəhidlər xiyabanını ziyarət edib
09 Dekabr 12:53
Azərbaycanda helikopterlərin təmiri və texniki xidmət mərkəzi tikiləcək
09 Dekabr 12:43
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
09 Dekabr 12:37
9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür
09 Dekabr 12:25
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir
09 Dekabr 12:18
Mübariz Qurbanlı: “Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz”
09 Dekabr 12:07
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb
09 Dekabr 11:52
“Kreativ Azərbaycan” portalının təqdimatı olub
09 Dekabr 11:32
Səudiyyə Ərəbistanının Neft-Qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar
09 Dekabr 11:11
Horadizdə “Çingiz dastanı” adlı mənzum tamaşa təqdim edilib
09 Dekabr 11:00
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək
09 Dekabr 10:58
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş
09 Dekabr 10:38
Yevlaxda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
09 Dekabr 10:34
Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir
09 Dekabr 10:14
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək
08 Dekabr 13:19
BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi siyasəti barədə məlumatlandırılıb
08 Dekabr 13:09
Gürcüstan Prezidenti: TANAP Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır
08 Dekabr 12:56
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib
08 Dekabr 12:19
Rusiyanın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
08 Dekabr 12:17
Dövlət Miqrasiya Xidmətində “Miqrasiya Məktəbi-2” layihəsi fəaliyyətə başlayıb
08 Dekabr 12:09
Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
08 Dekabr 12:04
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
07 Dekabr 18:10
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə rəsmən start verib
07 Dekabr 16:56
Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib
07 Dekabr 16:35
Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA