A+   Yenilə  A-
Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu www.yap.org.az saytına müsahibə verib:
- Hikmət müəllim, Azərbaycanda dərin iqtisadi və institusional islahatların davamı kimi hüquqi islahatlar həyata keçirilir. Bu baxımdan, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi istiqamətində müvafiq tədbirlərin reallaşdırılması və “Mediasiya haqqında”qanunun tətbiqi mühüm əhəmiyyətə malikdir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanda son 15 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Eyni zamanda, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılması üçün mühüm institusional islahatlar həyata keçirilib, mühüm nəticələr əldə olunub. Şübhəsiz ki, çoxşaxəli islahatların reallaşdırılması davamlı xarakter daşıyır. Dərin iqtisadi və institusional islahatların davamı kimi hüquqi islahatların aparılması da bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanını xüsusi vurğulamaq lazımdır. Fərmanda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, Konstitusiya və qanunlarda təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsi mühüm şərt kimi öz əksini tapıb. “Mediasiya haqqında” qanunun tətbiqi də hüquq sistemində mühüm əhəmiyyətli islahat kimi qiymətləndirilməlidir. Çünki bu vaxta qədər Azərbaycanda tətbiq edilməyən və mübahisələrin alternativ üsulla həllinə şərait yaradan yeni bir institut yaradılıb. Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı Fərmanı məhkəmələrdə şəffaflığın daha da artırılmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Konstitusiyanın 94-cü maddəsinin I hissəsi, 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili nəzərdə tutulurdu ki, hazırda “Mediasiya haqqında” qanunun tətbiq edilməsi ilə məhkəmə sistemində yeni mərhələ başlayacaq. Mediasiya Şurası əsas etibarilə iqtisadi, mülki və ailə mənşəli mübahisələri həll edəcək. Bu institutun məhkəmələrdən əsas fərqi isə mübahisələri iddiaçı tərəflərin qarşılıqlı razılığı əsasında məhkəməyə çatmadan həll etməsi olacaq. Bunun üçün mediatorlar fəaliyyət göstərəcək. Beləliklə, bu addım həm şəffaflığın təmin olunmasına, həm də ictimai etimad mühitinin dərinləşməsinə səbəb olacaq. Mediasiya İnstitutu yeni ifadə forması olsa da, bu şuranın funksiyası, əslində, hər birimizə tanışdır. Çünki nüfuzlu vasitəçilərin köməkliyi ilə mübahisələrin həlli mentalitetimizə uyğundur.
- Martın 29-da Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Vyanada keçirilən görüşün Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi kontekstində əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Vyanada keçirilən görüş bir sıra mühüm aspektləri ilə diqqətçəkən oldu. Hər şeydən əvvəl, işğalçı Ermənistanın “format” siyasi manipulyasiyasına son qoyuldu, təqribən birillik fasilədən sonra məsələnin mahiyyəti üzrə danışıqların aparılmasına start verildi. Hər iki tərəf danışıqları konstruktiv adlandırdı və danışıqların davam etdirilməsi ilə bağlı xarici siyasət idarələrinə tapşırıq verildi. Bu, faktiki olaraq ənənəvi “3+2” formatında danışıqların bərpası kimi də qiymətləndirilə bilər. Önə çıxan məsələlərdən biri də həmsədrlər tərəfindən verilən bəyanatda sülh prosesinin irəli aparılması istiqamətində mühitin yaradılması, münaqişənin həlli üçün konkret və nəticəyönümlü addımların atılmasının vacibliyinin vurğulanması oldu. Görüşdən dərhal sonra BMT Baş katibinin xüsusi bəyanatla çıxış edərək problemin həll edilməsi ilə bağlı aparılan danışıqları dəstəklədiyini bildirməsi də, əslində, sülh danışıqlarına BMT səviyyəsində dəstək kimi qiymətləndirilə bilər.
Vyana görüşündən sonra Prezident İlham Əliyev bir daha Azərbaycanın danışıqlar masasındakı mövqeyini açıq şəkildə bəyan edərək bildirdi ki, bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur. Bu, o deməkdir ki, Azərbaycan heç bir halda öz qəti və haqlı mövqeyindən geri çəkilməyəcək. İşğalçı Ermənistan bunu bilməlidir və əgər danışıqlara gəlirsə, bunun fərqində olaraq gəlməlidir.
Faktiki vəziyyət ondan ibarətdir ki, Paşinyan Azərbaycanın mövqeyini bilir və artıq daxili auditoriya üçün çıxış edəndə deyə bilməyəcək ki, danışıqların gündəmi yoxdur. Başqa bir yenilik isə ondan ibarətdir ki, danışıqlar prosesinin həm də humanitar aksiyalarla dəstəklənməsi ilə bağlı tərəflər arasında fikir mübadiləsi aparılıb və bu da həmsədrlərin tez-tez bəyan etdikləri kimi, etimad mühitinin əldə olunmasına yardım məqsədi daşıyır. Nəticə etibarilə, Azərbaycan işğalçı Ermənistanı danışıqlar masasına qaytara bildi, öz mövqeyindən geri çəkilmədi, beynəlxalq dəstəyini daha da artırdı və problemin sülh yolu ilə həll olunması üçün Ermənistana növbəti şans verdi. Bu şansdan Yerevanın necə istifadə edəcəyini isə onun bundan sonra atacağı addımlarda görəcəyik.
- Yeri gəlmişkən, üçüncü ildönümünü qeyd etdiyimiz Aprel döyüşləri müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biri olmaqla yanaşı, Ermənistanın yaratdığı mifi tamamilə darmadağın etdi...
- Aprel döyüşləri təkcə son Qarabağ savaşının deyil, bütövlükdə Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı dövrdən, yəni 1918-ci ildən bu günədək ciddi tarixi dönüş nöqtəsidir. Bu hadisə, əslində, Azərbaycanın növbəti qələbələrinin başlanğıcıdır. Çünki Azərbaycan Ordusu nəzərdə tutduğumuz son 100 illik tarixdə yalnız 1993-cü ilin dekabrında Horadiz əməliyyatı zamanı nailiyyətlər əldə edib. Ondan sonrakı mərhələdə bu miqyasda qalibiyyətlə nəticələnən döyüşlər olmayıb.
Hazırkı mürəkkəb hərbi-siyasi vəziyyətdə Azərbaycan Ordusunun bu cür qələbələr əldə etməsi, heç şübhəsiz, bundan sonrakı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllində yeni şərtlər formalaşdırdı, yeni şərait yaratdı. Eyni zamanda, bu prosesdə hərbi-psixoloji üstünlük Azərbaycan tərəfinə keçmiş oldu. Ötən üç il ərzində hər bir Azərbaycan vətəndaşı bu hadisənin Ermənistan cəmiyyətində nə qədər pessimist əhval-ruhiyyə, nə qədər mənəvi, hərbi, psixoloji məğlubiyyət yaratdığının şahidi oldu. Ermənistanda 2018-ci ildən başlayaraq bu günə qədər davam edən daxili “zəlzələ” də məhz Aprel döyüşlərinin yaratdığı yeni reallığın nəticəsidir. Göründüyü kimi, bu, təkcə hərbi məsələ deyil, eyni zamanda, ciddi mənəvi-psixoloji və siyasi məsələdir. Ancaq məsələ təkcə bununla da məhdudlaşmır. Biz bilirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həm də beynəlxalq tərəfləri var. Bilirik ki, bu münaqişədə iştirak edən təkcə işğalçı Ermənistan deyil, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın tərəfində olan, onu gizli və ya açıq şəkildə himayə edən imperialist güc mərkəzləridir. Aprel döyüşlərindən sonra onlar da lazımi mesajlar aldılar və bir daha başa düşdülər ki, status-kvonun saxlanılması cəhdləri bu problemin həllində heç də yaxşı perspektivlər vəd etmir. Bəzi imperialist mərkəzlər onu da anladılar ki, belə davam edərsə, bir gün Azərbaycan artıq nə BMT-nin mandatı ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna, nə də onun həmsədrlərinə ehtiyacı olmadan özü bu problemi həll edə bilər. Bütün bunlar 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra mümkün olub.
Başqa mühüm bir məsələ də var ki, Aprel döyüşləri mühüm bir taktiki qələbə kimi özündən cəmi iki il sonra yeni bir qələbənin - Günnüt qələbəsinin əsasını qoydu. Azərbaycan Ordusu Naxçıvan ərazisində 90-cı illərin əvvəllərində işğalçı Ermənistan tərəfindən nəzarətə götürülən torpaqlarımızı qaytarmaqla strateji yüksəkliklərdə möhkəmləndi və Yerevan-Qafan strateji yolunu nəzarətə götürdü. Artıq ermənilər bilir ki, bənzər hadisə yenə təkrarlana bilər və Azərbaycanın torpaqları işğaldan tam azad edilənə qədər bu, davam edə bilər. Aprel döyüşlərinin yaratdığı başqa bir reallıq isə azad edilmiş torpaqlarımıza “Böyük qayıdış”ın başlanmasının əsasının qoyulması oldu. Bu hadisə problemin həllində yeni mərhələ yaratmaqla status-kvonun legitimləşdirilməsi cəhdlərinin mümkün olmadığını hər kəsə göstərdi.
- Hikmət müəllim, aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verildi. Bu, heç şübhəsiz, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirdiyi kompleks tədbirlər sırasında mühüm yer tutur. Bununla bağlı nə söyləmək olar?
- Dövlət başçısı ilə vətəndaşlar arasında inam, etimad və etibar olduqda cəmiyyət, eyni zamanda, dövlət də inkişaf edir. Biz bunu Azərbaycanın nümunəsində bariz şəkildə müşahidə edirik. Bunun başlıca səbəbi, heç şübhəsiz ki, Prezident tərəfindən həyata keçirilən siyasət və onun xalq tərəfindən dəstəklənməsidir. Hakimiyyət-xalq vəhdəti buradan ortaya çıxır. Bunu zəruri edən şərtlər çoxdur və həmin şərtlər Azərbaycanda təmin olunub. Bunun hüquqi, sosial, iqtisadi əsasları var. Ancaq bu planda önə çıxan, ilk növbədə, Azərbaycan vətəndaşının rifahıdır, onun həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu siyasət daim Azərbaycan Prezidenti tərəfindən həyata keçirilib və bu gün də davam etdirilir.
Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin aprelin 5-də istifadəyə verilməsi dövlətin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının daha bir nümunəsidir. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Açılan yeni iş yerləri nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.
Bütövlükdə, reallaşdırılan kompleks xarakterli tədbirlər göstərir ki, Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır. Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi və rifahı dayanır. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, o cümlədən qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

 
  • Oxunub:  4170  |  
  • Tarix:  09-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA