A+   Yenilə  A-
YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin VII hesabat-seçki konfransı keçirilib

Aprelin 3-də Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Gənclər Birliyinin VII hesabat-seçki konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov YAP Xəzər rayon təşkilatının bir çox uğurlara imza atdığını bildirib. O, YAP Xəzər rayon təşkilatının ötən illər ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb. N.Əhmədov təşkilatın Gənclər Birliyinin fəaliyyəti haqqında fikirlərini bildirib.
Sonra YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin üzvü Sadiq Əliyev çıxış edib. S.Əliyev Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətində gənclərlə iş mühüm yer tutur. Yeni Azərbaycan Partiyasının gənclərin öz bilik və bacarıqlarını təqdim etmək üçün bütün imkanlar yaratdığını deyən S.Əliyev YAP Xəzər rayon təşkilatının üzvü olan gənclərin də ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini diqqətə çatdırıb.
O həmçinin YAP Xəzər rayon təşkilatı Gənclər Birliyi tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Daha sonra çıxış edən YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvü Ülkər Qəhrəmanlı da gənclərin ictimai-siyasi proseslərdə iştirakı haqqında fikirlərini bildirib.
Konfransda YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini deyib. Onun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb: “Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Bu baxımdan, YAP sıralarında birləşən gənclər də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər”.
Azərbaycanın inkişafını istəməyən qüvvələrin ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını deyən S.Orucov gəncləri bu qüvvələrə qarşı mübarizədə fəal olmağa, sosial şəbəkələrdə aktiv iştirak etməyə çağırıb. O, YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev isə bildirib ki, gənclərimizə göstərilən qayğı ildən-ilə artmaqdadır. Millət vəkili hazırda Xəzər rayonunda gənclərlə fəal iş qurulduğunu, müxtəlif tədbirlərin həyata keçirildiyini, gənclərin ictimai-siyasi proseslərdə aktiv olduqlarını diqqətə çatdırıb. O deyib ki, müasir gənclərimiz hər zaman milli mənəvi dəyərlərimizi qorumalı, tariximizi dərindən öyrənməlidir. Çünki bu amillər ölkəmizin gələcəkdə daha da güclənməsi üçün çox önəmlidir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı da çıxışında gənclərə yüksək bilik qazanmağı tövsiyə edib. O qeyd edib ki, Azərbaycan dövləti bunun üçün bütün imkanları yaradıb: “Hər bir millət öz savadı, intellekti ilə irəli gedə bilər. Bu baxımdan gələcəyin sahibləri olan gənclərimiz üçün də dövlətimiz bütün imkanları yaradıb. Ona görə də, gənclərimiz yüksək biliklərə yiyələnib ölkəmizi daha da inkişaf etdirməli, beynəlxlaq müstəvidə nüfuzunun artmasına töhfələr verməlidirlər”.
Çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. O, gənclərlə bağlı qəbul edilən müxtəlif Dövlət proqramlarının əhəmiyyətini vurğulayıb. Xəzər rayonunda həyata keçirilən tədbirlərdən danışan E.Salahov rayon gənclərinin quruculuq prosesində fəal iştirak etdiyini diqqətə çatdırıb. O, YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinə fəaliyyətində uğurlar arzulayıb, hər zaman gəncləri təşəbbüskar olmağa çağırıb.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiyamızın yaranma tarixindən danışıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası davamlı şəkildə əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırıb. Yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib və artıq bu gün partiya növbəti zəfərlərə, qələbələrə doğru inamla irəliləməkdədir. E.İbrahimov bildirib ki, YAP ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmaqla xalqın partiyası olduğunu təsdiqləyir. Əlbəttə ki, əldə edilən hər bir nailiyyətin arxasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideyaları dayanır. “Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli siyasət yürütməsi nəticəsində Azərbaycan dünyanın ən aparıcı dövlətləri sırasında yer almaqdadır. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellektual potensiala malik olan hakim siyasi təşkilatdır” - deyən E.İbrahimov YAP sıralarında birləşən gəncləri ölkəmizin daha da güclənməsində bundan sonra da fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, konfransda təşkilati məsələlərə də baxılıb. YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin 15 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşib. Sadiq Əliyev YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri, Nazlı Tahirova isə sədr müavini seçilib.
Nardar BAYRAMLI

 
  • Oxunub:  5520  |  
  • Tarix:  04-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24