A+   Yenilə  A-
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şanlı Aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub. Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi hissədə aparılan yenidənqurma işləri barədə məlumat verib. Bildirilib ki, bu hərbi hissənin ərazisində qərargah binası, yeməkxana, əsgər yataqxanası yenidən qurulub, müasir təlim mərkəzləri yaradılıb. Hərbi hissənin ərazisində, eyni zamanda, burada xidmət edən ailəli hərbi qulluqçular üçün yeni yaşayış binaları, subay hərbçilər üçün isə müasir tələblərə cavab verən yataqxanalar inşa olunub. Burada həmçinin yeni binaların da tikintisi nəzərdə tutulur. Aparılan yenidənqurma işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izləyib.
Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində yüksəksəviyyəli yenidənqurma işlərinin aparılması son illərdə respublikamızda güclü ordu quruculuğu istiqamətində görülən məqsədyönlü işlərə daha bir nümunədir. Təsadüfi deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi qulluqçularla görüşdəki çıxışında respublikamızın ordu quruculuğu sahəsində əldə etdiyi uğurlardan məmnunluğunu bildirib. Hərbi hissə ilə tanışlığın Onda çox xoş təəssürat yaratdığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Bu gün hərbi hissə ilə tanışlıq mənə çox xoş təəssürat bağışladı. Son illərdə hərbi hissə əsaslı şəkildə yenidən quruldu, təlim prosesi üçün bütün lazımi şərait yaradıldı. Bu, bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır”.
Azərbaycan ordu quruculuğu baxımından dünyanın güclü ölkələrindən biridir
Respublikamızda güclü ordu quruculuğunun, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsinin, həmçinin şəxsi heyətin peşəkarlığının yüksəldilməsinin, əsgər və zabitlərin xidmət, məişət şəraitinin yaxşılaşdırılmasının davamlı olaraq diqqət mərkəzində saxlanılması, bu kimi məqsədlər üçün ayrılan vəsaitin həcminin getdikcə artırılması heç də təsadüfi deyil. Məlumdur ki, ölkəmiz müstəqilliyinin ilk illərindən Ermənistanın işğalçılıq siyasətinə tuş gəlib. Havadarlarının dəstəyindən yararlanan Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdəki anarxiya, xaos vəziyyətindən istifadə edərək əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağı və ora bitişik 7 rayonu, bütövlükdə respublikamızın ərazisinin 20 faizini işğal edib. Bu işğal nəticəsində Azərbaycanın çoxlu sayda yaşayış məntəqəsi dağıdılıb, tarixi abidələrimiz yerlə yeksan edilib, sərvətlərimiz talanıb və təxminən 1 milyon soydaşımız ata-baba yurdundan didərgin salınıb. Bu gün faşizm ideologiyasını dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın silahlı birləşmələri 20-ci əsrin insanlıq faciəsini - Xocalı qətliamını törədərək bir gecənin içində bütün şəhəri yerlə yeksan ediblər.
Təbii ki, Azərbaycan 20 faizədək torpaqlarının işğala məruz qalması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Respublikamız hələlik bölgədə əmin-amanlığın əsas təminatçısı olduğunu nümayiş etdirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlarda fəal iştirak edir və birmənalı olaraq, konstruktiv mövqe ortaya qoyur, münaqişənin həllində beynəlxalq hüquq normalarının, müstəqil dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əsas götürülməsini istəyir. Respublikamız işğalçı Ermənistanın mövcud status-kvonu müxtəlif spekulyativ vasitələrlə uzatmaq cəhdlərinə dözmək niyyətində deyil. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü başqa vasitələrlə, ilk növbədə isə Silahlı Qüvvələrinin gücü ilə təmin etmək niyyətindədir. Məhz buna görə də ölkəmizdə güclü ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyır. Hazırda dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilir. Qeyd etmək yerinə düşər ki, iqtisadi-maliyyə imkanları getdikcə genişlənən respublikamız 2003-cü ildən bəri özünün hərbi xərclərini 15 dəfə artırıb.
Davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub. Bu gün ordumuzun arsenalında ən son döyüş texnikası, silah-sursat cəmləşib. Ali Baş Komandanın tapşırığına əsasən ordumuzun möhkəmləndirilməsi prosesi mərhələlərlə, davamlı surətdə həyata keçirilir. Son illər ərzində hərbi potensialımız xeyli dərəcə artaraq Ermənistan ilə Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib.
Regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmaqla, o cümlədən düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə silahlanmaya inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir. Azərbaycan ayrı-ayrı ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alır. Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarla yanaşı, qardaş Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və bir sıra inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıq ölkəmizin hərbi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Ordumuzun yeni müasir texnika ilə təchizatının getdikcə gücləndirilməsindən qürur hissi ilə söhbət açan Prezident İlham Əliyev bildirib ki, bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. “Sonuncu reytinqə əsasən, Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd olunan hərbi paradlardan biri 2018-ci il 26 iyun tarixində Bakının Azadlıq meydanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin izlədiyi təntənəli hərbi paradda nümayiş etdirilən zirehli avtomobillər üzərində quraşdırılmış “SPAYK-LR”, silahlanmaya yeni qəbul edilmiş daha güclü “SPAYK-ER” tank əleyhinə idarə olunan raket kompleksləri böyük marağa səbəb oldu. Paradda nümayiş etdirilən zirehli transportyor “BTR-82A” ağır hərbi texnika istehsalında yenilik hesab edilir. “BTR-82A”nın xüsusiyyətləri onu bütün növ qoşunlarda, həmçinin desant və kəşfiyyat bölmələrində istifadə etməyə imkan verir. Çöl şəraitində qərargah və kəşfiyyat orqanlarının fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuş zirehli komanda-qərargah və kəşfiyyat avtomobillərində quraşdırılan və kabinədən idarə olunan “LORENS” yerüstü müşahidə stansiyası qoşunların döyüş düzülüşündə fəaliyyət göstərərək kəşfiyyat məlumatlarının əldə edilməsinə və real vaxt rejimində idarəetmə məntəqələrinə ötürülməsinə imkan yaradır. “ORBİTER 1K”, “ORBİTER 3B”, “AEROSTAR BP” pilotsuz uçuş aparatları hava kəşfiyyatının aparılması və taktiki səviyyədə düşmənin canlı qüvvəsinin və yüngül zirehli texnikasının zərərsizləşdirilməsi, müşahidə və kəşfiyyat, artilleriya dəstəyi və xüsusi əməliyyatlarla bağlı qarşıya qoyulmuş vəzifələrin icrası üçün yüksək dəqiqliyi ilə seçilir. Uzun müddət havada qalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, orta ölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP” pilotsuz uçuş aparatları da paradda nümayiş etdirildi. Hava məkanında patrul funksiyasını yerinə yetirərək hədəfi aşkar etdikdə “mərmi-təyyarəyə” çevrilərək yer hədəflərini yüksək dəqiqliklə məhv etmək imkanına malik “HAROP” aparatları Aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələr vurub. Zirehli-tank texnikası, özüyeriyən artilleriya qurğuları, ən müasir, modernləşdirilmiş piyadaların döyüş maşınları, dünyada ən döyüşkən tank kimi tanınan “T-90S” tankı, Hava Hücumundan Müdafiə silahları sistemləri, yüksək mobilliyi ilə seçilən “BUK-MB” zenit-raket kompleksi, “S-300 FAVORİT” çoxkanallı universal mobil zenit-raket sistemi, “İldırım” və “Qalxan” hava hücumundan müdafiə kompleksləri, yubiley ərəfəsində Azərbaycan Ordusunun silahlanmasına daxil edilmiş yüksək dəqiqliyə malik qanadlı hava-yer raketi, artilleriya silahları sistemləri, silahlanmaya yeni daxil olmuş avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 millimetrlik özüyeriyən artilleriya qurğusu, 300 millimetrlik yaylım atəşli reaktiv sistemləri, raket silahları sistemləri, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 301 millimetrlik və 624 millimetrlik əməliyyat-taktiki raket kompleksləri də hərbi paradda nümayiş olunub. Paradda nümayiş etdirilən silah sistemləri və hərbi texnikalarla Azərbaycanın hava məkanı düşmənin istifadəsində olan istənilən texnika və silah növlərindən, hava və yerüstü zərərvurma vasitələrindən etibarlı şəkildə qorunub və bundan sonra da qorunacaq. Paradda hərbi aviasiya tarixində ilk dəfə Azərbaycan şahinləri “SU-25” hücum təyyarələri ilə yüksək pilotaj məharəti göstərdilər. Bütün bunlar Azərbaycan Ordusunun qüdrətini, döyüş qabiliyyətinin ən yüksək səviyyədə olduğunu əks etdirir.
Aprel döyüşləri tariximizin şanlı səhifəsidir
Son illərdə Azərbaycan Ordusu özünün yüksək döyüş hazırlığını düşmən tərəfə dəfələrlə göstərib. İşğalçı qüvvələrin qoşunların təmas xəttində zaman-zaman törətdikləri təxribatların qarşısı ordumuz tərəfindən qətiyyətlə alınır və bu zaman düşmənə sarsıdıcı zərbələr endirilir. Üç il bundan əvvəl - 2016-cı il aprelin əvvəlində ermənilər qoşunların təmas xəttində növbəti dəfə təxribat törətmişdilər. Onlar Azərbaycanın ön xətdəki mövqelərini müxtəlif növ silahlardan atəşə tutmuşdular, həmçinin mülki əhali də düşmənin hücumuna məruz qalmışdı. Həm hərbçilər, həm də yerli sakinlər arasında ölənlər və yaralananlar var idi. Bir neçə gün davam edən Aprel döyüşlərində düşmən cəzasız qalmadı, törətdiyi bəd əməllərin əvəzini artıqlaması ilə ödədi. Ordumuzun rəşadəti sayəsində düşmən qüvvələri geri oturduldu. Aprel döyüşləri zamanı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, ordumuz bir neçə strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmləndi. İşğaldan təmizlənən minlərlə hektar ərazilərə bu gün Azərbaycan Ordusu nəzarət edir. Hazırda Lələtəpə yüksəkliyində, Ağdərə dağlarında üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Ordumuzun strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənməsi Azərbaycan tərəfinə əlavə üstünlüklər qazandırıb.
Eyni zamanda, şanlı Aprel döyüşləri mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyət daşıyır. Məlumdur ki, Ermənistan təbliğatı uzun illər ərzində belə bir mif yaratmağa çalışırdı ki, guya düşmən qüvvələri Azərbaycan Ordusundan güclüdür və onların qarşısını almaq mümkün deyil. Aprel döyüşləri bu mifi darmadağın etdi, bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Prezident İlham Əliyev Aprel döyüşlərinin önəmindən bəhs edərək qürur hissi ilə deyib: “Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır”.
Şanlı Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildi. Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu. Burada 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikilib. Kənddə yeni iş yerləri yaradılır. Yəni Cocuq Mərcanlıya həyat qayıdıb. Bu isə bir daha onu göstərir ki, Azərbaycan xalqı ərazilərinin işğalı faktı ilə heç vaxt barışmayacaq. Hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır - bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.
Yeri gəlmişkən onu da vurğulayaq ki, ordumuz ötən il daha bir zəfərə imza atdı. Bu dəfə söhbət Günnüt zəfərindən gedir. 2018-ci ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılan uğurlu əməliyyat nəticəsində 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar ərazi Azərbaycanın nəzarəti altına keçib. Günnüt əməliyyatı da yüksək məharətlə və peşəkarlıqla həyata keçirilib. Uğurlu əməliyyat nəticəsində milli ordu qüvvələri yeni, daha əlverişli mövqelərdə möhkəmləniblər. Naxçıvan əməliyyatını dəyərləndirən Prezident İlham Əliyev “Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir”, - deyə vurğulayıb.
Azərbaycan əsgəri, zabiti istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır
Şanlı Aprel döyüşlərində ordumuzun uğurlarını şərtləndirən bir sıra amillər sadalamaq mümkündür. Belə amillər sırasında ordumuzun şəxsi heyətinin peşəkarlığını, həmçinin əsgər və zabitlərimizin vətənə bağlılığını xüsusi qeyd etmək lazımdır. Silahlı Qüvvələrimizin şəxsi heyətinin yüksək peşəkarlığına və mənəvi keyfiyyətlərinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır”.
Həqiqətən də, son illərdə kadr hazırlığının davamlı olaraq diqqət mərkəzində saxlanılması ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə qalxmasında mühüm rol oynayıb. Güclü ordu quruculuğunu hədəfləyən respublikamızda silahlanmaya yeni daxil edilən silah və texnikanın öyrənilməsi və düzgün istismarını təmin etmək məqsədilə kadrların hazırlığına xüsusi diqqət yetirilir, təşkil edilən kurslarda hərbi qulluqçularımız müvafiq təhsil alır və öz bacarıqlarını təkmilləşdirirlər.
Ordunun zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri və kadr orqanları tərəfindən həyata keçirilir. Məzunlara olan yüksək tələblər nəzərə alınaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul imtahanlarında keçid balları xeyli artırılıb. Təhsil alan kursantların çöl-səhra vərdişlərinə və taktiki biliklərinə üstünlük verildiyi üçün onlar elə birinci kursdan cəbhə xəttində yerləşən hərbi hissələrə staj keçməyə göndərilirlər.
Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər də öz bəhrəsini verir. Azərbaycan Ordusu öz potensialını heç də kiminsə torpağını zəbt etmək məqsədilə artırmır. Silahlı Qüvvələrimizin şəxsi heyətinin əsas vəzifəsi Vətənin etibarlı müdafiəsini təmin etmək, torpaqlarımızı işğalçılardan təmizləməkdir. Bu da döyüşlərdə zabitlərimizə və əsgərlərimizə əlavə güc verir. Azərbaycan Ordusunun şəxsi heyətində Vətənə yüksək məhəbbət hissi bəsləyən gənclər cəmləşiblər. Onlar Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə hər an hazırdırlar.
Eyni zamanda, bütövlükdə Azərbaycan cəmiyyəti Silahlı Qüvvələrimizə yüksək dəstək nümayiş etdirir. Azərbaycanın zəfər tarixinə böyük hərflərlə yazılan Aprel döyüşləri zamanı mülki vətəndaşlar da böyük qəhrəmanlıq göstərmişlər. Bir neçə mülki şəxs Ermənistanın təxribatı nəticəsində həlak olub, yüzlərlə ev dağıdılıb, yandırılıb. Ancaq bütün bunlar təmas xəttinə yaxın ərazilərdə yaşayan insanları əsla qorxutmayıb, onlar atəş altında qalsalar da, öz doğma evlərini, kəndlərini tərk etməyiblər. Bütün bunlar Azərbaycan cəmiyyətinə hakim olan yüksək ruhu, düşmənə nifrəti, vətənə bağlılığı təcəssüm etdirir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4740  |  
  • Tarix:  04-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 20:13
İdlib qlobal geosiyasi kontekstdə: Türkiyə və supergüclərin mübarizəsi
23 İyul 20:10
“EYOF Bakı 2019”: Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb
23 İyul 20:08
“Bakı 2019”: Ukrayna millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub
23 İyul 20:04
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tabeçiliyində olan orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
23 İyul 20:02
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb
23 İyul 19:59
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlar başa çatıb
23 İyul 19:55
Çin nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olmuşdur
23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+21 +25