A+   Yenilə  A-
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatı AZƏRTAC-a şərh edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 25 ildən artıqdır dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir.
XX əsrin 80-ci illərinin sonunda ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. Bunun ardınca, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi.
Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur.
26 il əvvəl - 1993-cü il martın 27-dən aprelin 2-dək Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən, 1936 kvadrat kilometr sahəsi, 60 min nəfərə qədər əhalisi, 1 şəhər, 1 qəsəbə və 122 kəndi olan Kəlbəcər rayonu işğal edildi. Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı artıq münaqişəni mahiyyətcə yeni - işğalçılıq səviyyəsinə keçirdi.
Bununla yanaşı, işğal nəticəsində Kəlbəcər rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Kəlbəcər rayonu ərazisində tarixi və memarlıq abidələrindən sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 - Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daşı yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı, ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı qalmışdır.
Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir. Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılıb. Ən böyük çayı Tərtər (yuxarı axını) və onun qolları Lev çayı, Tutqunçay və başqalarıdır.
Hazırda işğal altında olan Sərsəng su anbarı da 1976-cı ildə Tərtər çayı üzərində inşa edilib. Sərsəng su anbarı işğal altında olandan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan 400 min nəfər əhali isə daim təhlükə altındadır.
Bundan əlavə, bu hərbi təcavüz nəticəsində 60 minə qədər Kəlbəcər əhalisi etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından məcburən köçkün düşmüş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür. Hazırda Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məskunlaşmışlar.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, 1993-cü il aprelin 6-da BMT Təhlükəsizlik Şurasının 3194-cü iclasında Şura sədrinin bəyanatı qəbul olundu. Bəyanatda Kəlbəcərə hücum faktı təsdiq olunmaqla yanaşı, qoşunların dərhal çıxarılması tələbi də öz əksini tapdı. Bəyanatda göstərilirdi ki, Təhlükəsizlik Şurası bölgənin bütün dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiq edir.
Həmin il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının 3205-ci iclasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 822 saylı qətnamə qəbul edildi. Sənəddə Təhlükəsizlik Şurası tərəfindən işğalçı qoşunların Kəlbəcər rayonundan və Azərbaycanın son zamanlar işğal olunmuş digər ərazilərindən dərhal çıxarılması tələb olunurdu. Bu qətnamə Təhlükəsizlik Şurası sədrinin 1993-cü il 29 yanvar və 6 aprel tarixli bəyanatlarına və baş katibin 14 aprel tarixli məruzəsindəki faktlara əsaslanırdı. Sənəddə Təhlükəsizlik Şurası sədrinin 6 aprel tarixli bəyanatında olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə əlaqədar Təhlükəsizlik Şurasının ciddi narahatlıq keçirdiyi bildirilir, bununla da Ermənistan Respublikasının münaqişədə bu və ya başqa formada iştirakı etiraf olunurdu. Bundan əlavə, qətnamədə bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyi bir daha təsdiq olundu.
Ümumilikdə, Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin öz doğma torpağından məcburən köçkün düşməsinə gətirib çıxarmış və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyəti olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilmişdir. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır.
Ermənistan Respublikası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, dünya mədəniyyətinin nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir.
Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar 26 il əvvəl - 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistan Respublikasının açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməmişdir.
Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən Kəlbəcər rayonunun 76 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırırıq.
Bəyanatda deyilir: “Biz bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.
Eyni zamanda, Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu baxımdan, Azərbaycan Ordusunun 3 il əvvəl - 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi və Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi.
Beynəlxalq birlik qəti praktik addımlar atmalı və işğalçılıq siyasətinə son qoyulması üçün Ermənistana təzyiqləri artırmaqla təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”.

 
  • Oxunub:  5040  |  
  • Tarix:  03-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

14 Oktyabr 21:44
Mədəniyyət naziri Bakı şəhərində vətəndaşları qəbul edib
14 Oktyabr 21:41
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14 Oktyabr 21:36
Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib
14 Oktyabr 21:31
Türk Şurasının VII Zirvə Görüşü çərçivəsində Bakıda biznes forum keçirilib
14 Oktyabr 21:23
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub
14 Oktyabr 21:18
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasına etiraz məktubu göndərib
14 Oktyabr 21:12
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının üzvləri DOST Agentliyində olublar
14 Oktyabr 21:07
Rəcəb Tayyib Ərdoğan: Başda Azərbaycan olmaqla “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm
14 Oktyabr 21:01
Bədii Şura AzTV-də işin düzgün və səmərəli qurulmasını prioritet hesab edir
14 Oktyabr 20:54
Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
14 Oktyabr 20:51
MDB-nin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında Azərbaycanın tibbi-sosial ekspertiza və reabilitasiya üzrə elektron sisteminin təqdimatı olub
14 Oktyabr 20:45
Azərbaycanla Özbəkistan maliyyə və büdcə idarəetməsi sahəsində əməkdaşlığa dair müzakirələr aparıb
14 Oktyabr 20:42
Prezident: Azərbaycanla Türkiyə nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız da bir o qədər güclü olacaq
14 Oktyabr 20:32
Mələk Çakmak: FAO Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə bütün sahələrdə müvafiq dəstək göstərməyə hazırdır
14 Oktyabr 20:30
Azərbaycan və Qazaxıstan hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlıq sazişi imzalanıb
14 Oktyabr 20:25
Rəcəb Tayyib Ərdoğan: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bütün türklərin birləşdiyi təşkilatdır
14 Oktyabr 17:55
Litvanın Druskininkay şəhərinin meri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 Oktyabr 17:49
Əli Əhmədov: Əsas gözləntimiz türk dövlətlərinin birliyinin daha da gücləndirilməsindən ibarətdir
14 Oktyabr 17:46
Nazir: Özbəkistan Mərkəzi Asiya ölkələrini Şərqi Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılmasında maraqlıdır
14 Oktyabr 17:45
Uğurlu və ardicil inkişaf illəri
14 Oktyabr 17:41
Gənclər işğaldan azad olunmuş Şıxarx qəsəbəsinə “Qarabağ bizimdir, bizim olacaq” şüarı ilə yürüş ediblər
14 Oktyabr 17:39
Leyla Abdullayeva: Konstantin Zatulinin Xankəndidə keçirilən “forumda” iştirakı onun Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatıdır
14 Oktyabr 17:36
Bakıda Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası işə başlayıb
14 Oktyabr 17:23
İlham Əliyev Nikol Paşinyanın “tsexakronist” olduğunu necə ifşa etdi?
14 Oktyabr 17:19
Türk Şurasının VII Zirvə Görüşündə Macarıstanın Baş Naziri Viktor Orban da iştirak edəcək
14 Oktyabr 17:14
ADU-nun rektoru Fransa səfiri ilə görüşüb
14 Oktyabr 17:03
“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib
14 Oktyabr 17:01
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14 Oktyabr 16:51
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb
14 Oktyabr 16:48
Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib
14 Oktyabr 16:46
Türk Şurası fəaliyyətini gücləndirir
14 Oktyabr 16:29
Azərbaycanın və Qazaxıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
14 Oktyabr 16:28
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
14 Oktyabr 16:20
Mərkəzi Seçki Komissiyası seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır
14 Oktyabr 16:14
Demoqrafik inkişafa dair proqnozlara uyğun olaraq pensiya sisteminin inkişaf planları işlənilir
14 Oktyabr 16:11
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib
14 Oktyabr 16:04
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
14 Oktyabr 15:59
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard dollar investisiya yatırıb
14 Oktyabr 15:52
Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni inzibati binasının açılışı olub
14 Oktyabr 15:46
Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti Paşinyanın iddialarını darmadağın etdi
14 Oktyabr 15:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir
14 Oktyabr 15:22
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14 Oktyabr 15:16
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib
14 Oktyabr 15:15
Nazirlik rəsmisi: Azərbaycanda elektron ticarət vahid sənəd çərçivəsində inkişaf etdiriləcək
14 Oktyabr 15:10
Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub
14 Oktyabr 15:07
Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu oldu
14 Oktyabr 15:03
Azərbaycan və Latviyanın daha iki şəhəri qardaşlaşacaq
14 Oktyabr 15:01
“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri keçirilib
14 Oktyabr 14:59
Nazir Ketevan Tsxelaşvili: Azərbaycan ilə Gürcüstan arasında həlli mümkün olmayan məsələ yoxdur
14 Oktyabr 14:57
Polşada Azərbaycan icması ilə görüş keçirilib
14 Oktyabr 14:49
Ramiz Həsənov: Türk Şurasının Macarıstanda ofisinin açılması təşkilatın Aİ ilə əlaqələrinin güclənməsinə imkan yaradacaq
14 Oktyabr 14:32
Əli Əhmədov: Torpaqlarımız işğaldan azad olunana qədər “Qarabağ Azərbaycandır!” hərəkatı cəmiyyətimizin milli ideyası olaraq qalacaq
14 Oktyabr 14:31
Səməd Seyidov: Azərbaycanın milli maraqlarının qorunması istiqamətində ən güclü silahlarımızdan biri Prezidentin şəxsi keyfiyyətləridir
14 Oktyabr 14:24
Ağcabədidə Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajına dəstək məqsədilə yürüş-mitinq keçirilib
14 Oktyabr 14:21
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib
14 Oktyabr 14:20
Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilib
14 Oktyabr 14:17
Tural Gəncəliyev: Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir
14 Oktyabr 14:11
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib
14 Oktyabr 14:10
DİN post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
14 Oktyabr 14:05
Türkiyə Prezident Administrasiyası: Türkdilli ölkələrin əməkdaşlığının güclənməsi bütün regionun xeyrinədir
14 Oktyabr 14:00
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü olub
14 Oktyabr 13:58
Ərdoğandan Bakıya səfəröncəsi bəyanat: Türkiyə türkdilli ölkələrlə münasibətləri ilə fəxr edir
14 Oktyabr 13:54
Əli Əhmədov: Ermənistanın faşist ideologiyasına əsaslanan siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi
14 Oktyabr 13:42
Azərbaycan nümayəndəsi Bern Konvensiyasına qoşulan dövlətlərin Assambleyasına sədr seçilib
14 Oktyabr 13:39
Oktyabrın 15-də paytaxtda 26 dərəcə isti olacaq
14 Oktyabr 13:07
Azərbaycanın Xarici İşlər naziri macarıstanlı həmkarı ilə görüşüb
14 Oktyabr 12:48
Özbəkistanın milli informasiya agentliyi Azərbaycanla əlaqələrin inkişafından bəhs edən müsahibə yayıb
14 Oktyabr 12:17
Darxan Kıdırali: Azərbaycan Türk Akademiyasının fəaliyyətinə hər zaman dəstək verir
14 Oktyabr 12:14
Azərbaycan-Qırğızıstan əməkdaşlıq əlaqələri müzakirə edilib
14 Oktyabr 11:48
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçiriləcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+15 +18