A+   Yenilə  A-
YAP Ulu Öndər tərəfindən əsası qoyulan şərəfli yol ilə gedir, uğur da onunla birgə addımlayır

Siyavuş Novruzov,
Milli Məclisin İctimai birliklər və
dini qurumlar komitəsinin sədri,
YAP İcra katibinin müavini

 

Müasir cəmiyyətdə siyasi partiyaların ictimaiyyətin müxtəlif sosial sinif və maraq dairələrini vahid ideya və fəaliyyət istiqamətində səfərbəredici, yönləndirici rolu hər kəs tərəfindən bilinən, aydın şəkildə dərk olunan obyektiv gərçəklikdir. Bu baxımdan hər bir siyasi partiyanın özünəməxsus yaranma şərtləri, tarixi şəraiti və bütün bunlardan qaynaqlanan sosial sifarişin müəyyənləşdirdiyi ideoloji hədəfləri, deməli, həm də strateji məqsədlərə yönələn missiyası olur. Bu kriteriyalardan yanaşaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının (YAP) da bir missiya partiyası olduğu aydınlaşır. O missiya müharibə burulğanında çabalayan ölkəni sülhə, ictimai-siyasi sabitliyə qovuşdurmaq, yeni siyasi sistem formalaşdırmaq, onun ideoloji, hüquqi və iqtisadi təməllərini yaradaraq, inkişafın keyfiyyətcə yeni mərhələsinə çıxarmaqdan ibarət idi. Azərbaycançılıq ideologiyasını cəmiyyətə mənimsətmək, “Əsrin müqaviləsi”ni imzalamaq (1994) və müstəqil Azərbaycanın ilk Konstitusiyasını (1995) qəbul etməklə YAP-ın tarixi missiyasının ilk mərhələsi uğurla yerinə yetirilmiş oldu.
1992-ci ildə YAP-ın bünövrəsini qoymaqla, Ulu Öndər nəinki müstəqil dövlətin ideoloji əsaslarını yaratdı, eyni zamanda, sosiuma hələ uzun illər xalqımızın dövlətçilik ənənələrinə uğurla xidmət edəcək azərbaycançılıq kimi bir dəyər qazandırdı. İrqindən, dinindən, millətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşını dövlətimiz və vətənimiz naminə səfərbər edən bu ideologiya, sadəcə, ölkə daxilində deyil, dünyaya səpələnmiş bütün azərbaycanlılar üçün istinad mənbəyinə, xidmət stimuluna çevrildi. Bu uzaqgörən ideoloji prinsip, təsadüfi deyil ki, daha sonra bütün dünyada tolerantlıq və multikulturalizm mərkəzi kimi tanınacaq ölkəmiz üçün əsas ideya leytmotivi oldu. Azərbaycançılıqla yanaşı, müstəqil dövlətçilik, qanunçuluq, varislik və yaradıcı təkamül, konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi, habelə sosial ədalət prinsipləri üzvi vəhdət halında bu gün də demokratik, dünyəvi dövlət qurmaq istiqamətində əsas oriyentirlər kimi çıxış edir.
YAP-ın keçdiyi keşməkeşli tarixi yol, lakin şərəflə arxada qoyduğu proseslər barədə çox yazılıb, kifayət qədər deyilib. Lakin bəzi məqamlar var ki, tarixi həqiqətlər və obyektivlik naminə onların üzərində bir daha durmaq zəruridir. Çünki partiya yarandığı dövrdən dövlətçiliyə deyil, iqtidara qarşı müxalif mövqe tutaraq, ləyaqətli müxalifətçilik etməsinə baxmayaraq, o vaxtkı hakimiyyət tərəfindən çox böyük təzyiqlərə məruz qaldı və bu gün demokrat kimi görünməyə çalışanların əsl siması məhz o zaman üzə çıxdı. Belə ki, 1992-ci ilin oktyabrında “91-lər”in Heydər Əliyevə müraciəti yayıldıqdan sonra AXC-”Müsavat” cütlüyü Naxçıvanda çevriliş etmək fikrinə düşdü. Öz potensiallarını işğal altındakı Dağlıq Qarabağın azad olunmasına sərf etmək yerinə, onlar hətta Naxçıvana quru yolla daxil olmaq üçün Türkiyədəki bəzi dairələr ilə danışıqlar aparırdılar. Bütün bu uğursuz cəhdlərin əks-təsir göstərdiyini və YAP-a olan ümumxalq inamın daha da gücləndiyini görən o zamanın baş naziri Pənah Hüseyn digər siyasi qurumları deyil, məhz YAP-ı ana müxalifət elan etmək məcburiyyətində qaldı.
Partiya hakimiyyətə gəldikdən sonra da müəyyən dairələr ondan öz mənafeyi üçün istifadə etməyə cəhdlər göstərdi. Çünki məlum həqiqətdir ki, bir siyasi qurum hakimiyyətdə olan zaman həm müxtəlif maraq daşıyıcıları, bəzi hallarda isə karyeristlər üçün də cəlbedici olur. Onlar partiyanın imkan və təsir gücündən faydalanmaq, daha sonra isə onu bölmək və ya onun bazası əsasında özünə partiya yaratmaq fikrinə düşdülər. Lalə Şövkət Hacıyeva, Rəsul Quliyev, 2001-ci ildən sonra isə Əli İnsanov və digərləri bu tip uğursuz cəhdlər göstərdilər. Lakin tarix sübut etdi ki, bütün bu cəhdlər əbəsdir və yel qayadan heç nə aparmır.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə baş verən müsbət irəliləyişlər fonunda YAP-ın bir siyasi qurum kimi qarşısına qoyduğu vəzifələr də günün şərtləri çərçivəsində, heç şübhəsiz, dəyişməli idi. Bu baxımdan partiyanın 1999-cu ildə keçirilən I Qurultayı bir sıra əlamətdar hadisələrlə zəngin oldu. Belə ki, cənab İlham Əliyevin partiyanın Sədr müavini, 2001-ci ildə keçirilmiş II Qurultayda isə Sədrin I müavini seçilməsi təşkilatın sıralarına böyük gənclər ordusunun axınına, onun tərkibinin kəmiyyət və keyfiyyət baxımından xeyli dəyişməsinə səbəb oldu. I Qurultayın gətirdiyi digər struktur islahatı isə İcra Katibliyinin yaradılması ilə əlaqədardır. Partiyanın nizamnaməsinə görə, onun Mərkəzi Aparatına İdarə Heyətinin təsdiq etdiyi iş planına müvafiq şəkildə operativ rəhbərliyi həyata keçirən, yerli təşkilatların fəaliyyətini əlaqələndirən və nəzarət edən, peşəkar, daimi əsaslarla çalışan işçilərdən ibarət aparat formalaşdıran bu qurum qısa müddətdə özünü doğruldaraq, mühüm praktiki əhəmiyyət daşıdığını sübut etdi. Tezliklə partiyada ciddi maliyyə intizamı, dəqiq kargüzarlıq sistemi quruldu və rayon (şəhər) təşkilatlarında da uğurla tətbiq edildi. Ştat cədvəlinə uyğun olaraq, partiyanın rayon (şəhər) şöbələrində daimi əsaslarla işləyən aparatlar formalaşdırıldı. Partiyanın əhatə etmədiyi heç bir ərazi, yaşayış və seçki məntəqəsi qalmadı.
Prezident İlham Əliyevin 2005-ci ildə partiyanın Sədri seçilməsi ilə partiya yeni dövrün çağırışlarına cavab olaraq, adekvat şəkildə öz fəaliyyətini proqramlaşdırdı. Partiyanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm adımlar atıldı. Rayon (şəhər) təşkilatları üçün müasir tələblərə cavab verən yeni inzibati binalar tikilib istifadəyə verildi. Təşkilatların avtomobil, sürətli internet, kompüter və s. ilə təchizatı ən yüksək səviyyəyə qaldırıldı. Bütün bunlar tədbirlərin mütəşəkkilliyində, ardıcıllığında və rəngarəngliyində öz müsbət əksini tapdı. Partiya rəhbərliyinin səyləri nəticəsində Gənclər Birliyinin fəaliyyəti yeni mərhələyə qədəm qoydu, təşkilatın qərargahında gənclər üçün xüsusi ofis təsis edildi. Qadınlar Şurası yenidən təşkil olunaraq, fəaliyyət sahəsi genişləndirildi, humanitar layihələrə qadınların cəlb olunması geniş vüsət aldı. 2018-ci ildə YAP İcra Katibliyi üçün müasir tələblərə cavab verən yeni qərargah tikilib istifadəyə verildi. Bu, işçilərin daha səmərəli fəaliyyəti üçün yeni imkanlar açdı. Lakin partiya üzvlərinin fəaliyyətinə verilən ən yüksək qiymət ölkəmizdə bütün səviyyələrdə - bələdiyyə, parlament, prezident seçkilərində əldə olunan parlaq qələbələr olmuşdur.
Bu gün YAP-ın 735 minə yaxın üzvü var və partiyanın yuxarıda sadalanan uğurlarının təməlində hər bir üzvün gərgin əməyi, əzmkarlığı dayanır. Böyük intellektual potensiala malik partiyamızda üzvlərin 322 min nəfərə yaxını ali təhsilli, 3026 nəfəri fəlsəfə doktoru, 1488 nəfəri elmlər doktoru, onların da bir hissəsi akademikdir. Milli Məclis üzvlərinin 67 nəfərini YAP-ın təmsilçiləri təşkil edir və onlar ölkəmizdə dünya standartlarına uyğun, müasir hüquq dövlətinin tələblərinə cavab verən qanunvericilik prosesində fəal iştirak edirlər. Habelə, ölkədə seçilmiş bələdiyyə üzvlərinin mühüm əksəriyyəti, yəni 10 mindən artıq vətəndaşımız məhz YAP-ın üzvüdür. Həmçinin respublikamızda fəaliyyət göstərən, rayon (şəhər) icra hakimiyyəti başçılarının 83-ü YAP-ın təmsilçisidir.
YAP-ın hər bir üzvü möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar prosesində fəal şəkildə iştirak edir, eyni zamanda, bilik və bacarıqları ilə ölkəmizin inkişafına öz töhfələrini verir. Quruculuq, abadlıq, yaşıllaşdırma və bir sıra humanitar aksiyalarda YAP-ın müvafiq strukturlarının hazırladığı layihələr əhəmiyyətli yer tutur. Hər bir YAP üzvü harada çalışmasından və hansı peşənin sahibi olmasından asılı olmayaraq, partiyamızın Sədri cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin aktiv təbliğatçısı və təşviqatçısıdır. Dövlət müstəqilliyimizin qorunması və ərazi bütövlüyümüzün təmin olunması YAP-ın vətənpərvərlik təbliğatının ən önəmli tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə partiya üzvlərinin cənab Prezidentə ünvanladığı bütün müraciətlərin əsasında bir fikir yer alır ki, hər bir YAP üzvü cənab Ali Baş Komandanın sadiq əsgəridir və hər an Vətən torpaqlarının müdafiəsinə hazırdır.
Ötən dövr ərzində partiyanın beynəlxalq əlaqələri xeyli genişlənmiş, Avropa Xalqları Partiyası (EPP) və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) ilə əməkdaşlıq hazırda da yüksələn xətlə davam edir və təsadüfi deyil ki, onların bir sıra tədbirləri ölkəmizdə keçirilmişdir. Avrasiya məkanında keçirilən bir sıra mötəbər forumlarda YAP-ın nümayəndələri təmsil olunaraq, Azərbaycan həqiqətlərini, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini dünyaya çatdırmışlar.
Bu sahədə, xüsusilə Azərbaycan Respublikasının I vitse-prezidenti, YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın geniş və hərtərəfli fəaliyyəti xüsusi olaraq qeyd olunmalıdır. Məhz onun rəhbərliyi ilə həyata keçirilən beynəlxalq humanitar layihələr Azərbaycanın dünyadakı imicinin formalaşdırılması baxımından misilsiz əhəmiyyətə malikdir. Habelə, sivil dünya birliyinə inteqrasiya, xalqın rihafı naminə elm, təhsil, mədəniyyət, səhiyyə sahəsində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən aksiyalar, eyni zamanda, Azərbaycanda dövlətin sosial siyasətinin mühüm və ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhid ailələrinə edilən yardımlar, milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımlar bu genişmiqyaslı fəaliyyətin yalnız bir hissəsidir.
Göründüyü kimi, rəhbər-ideya-təşkilat triadasına söykənən, qısa müddətdə Qafqazın ən qüdrətli siyasi qurumu kimi formalaşan YAP nəzəriyyə və praktikanın uğurlu konsolidasiyasına nail olaraq, daxili və xarici düşmənlər üçün keçilməz səddə çevrilmişdir.
Lakin hazırda, təəssüflər olsun ki, on illərdir partiya fəaliyyəti ilə bağlılığı, demək olar ki, kəsilmiş bəzi şəxslərin onun çoxminlik üzvləri haqqında xoşagəlməz fikirlər səsləndirməsi, hətta təhqirə yol verməsi qətiyyən yolverilməz hadisədir və hər bir kəsin ləyaqətinə toxunur. Kimin nə vaxtsa hansısa xidməti göstərməsi bu gün ona partiyanın yüz minlərlə üzvünü təhqir etmək imtiyazı vermir. Həm də maraqlısı odur ki, son dövrlər bəzi şəxslər özlərini cəmiyyətə gah “91-lər”in nümayəndəsi, gah da “partiyanın qurucularından” biri kimi təqdim edirlər. Bu kimilərinə bir daha xatırlatmaq lazımdır - YAP-ın bir tək banisi və yeganə qurucusu var və bu şəxs Ümummilli Lider Heydər Əliyevdir. Qalanları isə Onun şəxsiyyəti və ideyaları işığına toplaşanlardır. Bəzilərinin bu müqəddəs yolu yarımçıq qoymasına, bəzilərinin öz şəxsi ambisiyalarına qurban gedib yarı yolda qalmasına rəğmən, bu yol əbədidir, daimidir və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin simasında layiqli rəhbərə malikdir. Bu partiya Vətəni, Milləti sevən, onun tərəqqisinə çalışan insanların birləşdiyi siyasi təşkilatdır və aydın məsələdir ki, kimsənin şəxsi mənafeyinə xidmət etmir.
Yekunda qürur hissi ilə qeyd etmək istərdim ki, kimlərinsə qərəzindən, subyektiv rəylərindən asılı olmayaraq, YAP Ulu Öndər tərəfindən əsası qoyulan şərəfli yol ilə gedir və uğur da onunla birgə addımlayır. Gələcək isə bu yolda inamla, səmimiyyətlə, sədaqətlə və cəsarətlə addımlayanlarındır.

 
  • Oxunub:  8760  |  
  • Tarix:  02-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb
18 Oktyabr 17:05
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18 Oktyabr 17:00
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 16:51
İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
18 Oktyabr 16:50
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 16:47
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
18 Oktyabr 16:43
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
18 Oktyabr 16:40
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
18 Oktyabr 16:38
Rauf Əliyev: Bu gün müstəqil Azərbaycan dünyada söz sahibi olan dövlətdir
18 Oktyabr 16:33
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib
18 Oktyabr 16:25
İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək
18 Oktyabr 16:15
Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu keçirilir
18 Oktyabr 16:11
Doqquz ayda dəmir yolu ilə 2,5 milyon sərnişin daşınıb
18 Oktyabr 16:08
Rabatda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil edilib
18 Oktyabr 15:36
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib
18 Oktyabr 15:05
Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər
18 Oktyabr 14:57
BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib
18 Oktyabr 14:44
18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
18 Oktyabr 14:39
“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa keçirilib
18 Oktyabr 14:35
XİN: Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub
18 Oktyabr 14:27
Azərbaycan ilə Namibiya arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb
18 Oktyabr 14:15
Siyavuş Novruzov: Biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik
18 Oktyabr 14:11
Fəzail İbrahimli: 18 oktyabr 1991-ci il Azərbaycan tarixində mühüm yer tutur
18 Oktyabr 14:10
YAP İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
18 Oktyabr 13:58
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
18 Oktyabr 13:55
Düşənbədə MDB gömrük orqanlarının əməkdaşlıq məsələləri müzakirə edilib
18 Oktyabr 13:01
“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib
18 Oktyabr 12:45
1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
18 Oktyabr 12:41
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18 Oktyabr 12:37
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
18 Oktyabr 11:44
Sahibə Qafarova: Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +25
gecə+16 +18