A+   Yenilə  A-
TÜRKSOY-un Ankaradakı mərkəzi qərargahında “Nəsimi ili”nin açılış mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyev İmadəddin Nəsimi şəxsiyyətinə və yaradıcılığına həmişə böyük ehtiramla yanaşıb.
AZƏRTAC xəbər verir ki, bu fikir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı mənzil qərargahında keçirilən “Nəsimi ili”nin açılış mərasimində səslənib.
Nazirlər, digər ali vəzifəli şəxslər, səfirlər, diplomatik korpusun məhsul əməkdaşları, görkəmli ədəbiyyatçılar, QHT və KİV təmsilçilərinin iştirak etdikləri mərasim Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən birgə təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə İmadəddin Nəsiminin yaradıcılığına həsr edilmiş kitab sərgisinə baxıblar.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Nəsiminin XV əsrə aid əlyazmalarının surətləri, dahi şairin 1844-cü və 1881-ci illərdə Türkiyədə ilk dəfə çap edilən kitabları, 1926-cı ildə Bakıda nəşr edilmiş ilk əsəri, Nəsiminin dünya xalqlarının dillərinə tərcümə olunaraq müxtəlif ölkələrdə çap olunmuş əsərləri, eləcə də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə nəfis şəkildə buraxılmış iki cildliyi və digər kitablar barədə məlumat verib.
Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, 2019-cu ilin türkdilli ölkələr üçün “Nəsimi ili” elan olunması haqqında qərar Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ötən ilin dekabrında təşkilata daxil olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasında qəbul edilib. Hər il təşkilatda iki ölkənin görkəmli ədəbiyyat və mədəniyyət xadiminə həsr olunmuş illərin keçirilməsi artıq ənənə halını alıb. Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan tədbirlərin həm Türkiyədə, həm də digər türkdilli ölkələrdə keçirilməsi təqdirəlayiqdir. Bu tədbirlərdə Azərbaycanın Mədəniyyət Nazirliyi və Milli Kitabxanası çox fəal iştirak edirlər. Məhz bunun nəticəsidir ki, təşkilat hər iki qurum ilə birlikdə Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, İlyas Əfəndiyev, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Molla Pənah Vaqif, Qara Qarayev və digər görkəmli şəxsiyyətlərlə bağlı sanballı tədbirlər reallaşdırıb.
“Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxanası ilə birgə türk dünyasının görkəmli şəxsiyyətləri olan Yunus Əmrəyə, Məxtimqulu Fərabiyə, Abdulla Tukaya, Əhməd Zəki Validiyə, Çingiz Aytmatova, Yusuf Balasaqunluya və başqalarına həsr olunmuş belə tədbirləri Bakıda böyük uğurla keçirmişik. 2019-cu ildə Azərbaycan Milli Kitabxanası ilə Bişkekdə, Astanada, Daşkənddə, Bakıda və digər şəhərlərdə Nəsimiyə həsr olunmuş tədbirlər təşkil edəcəyik”, - deyə Düsen Kaseinov qeyd edib.
Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında 2019-cu ilin “Nəsimi ili” elan olunmasına görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına və baş katib Düsen Kaseinova minnətdarlığını bildirib. Nazir vurğulayıb ki, belə tədbirlər uzun müddət biri-birindən uzaq düşmüş türkdilli xalqları daha da yaxınlaşdırır, onların mədəniyyətini, ədəbiyyatını və adət-ənənələrini daha da doğmalaşdırır. Hər dəfə Bakıda, Ankarada, İstanbulda və digər türkdilli ölkələrdə belə tədbirlərdə iştirak etməklə ədəbiyyatlarımızın, mədəniyyətlərimizin və adət ənənələrimizin daha sıx inteqrasiyasına və qarşılıqlı zənginləşməsinə kömək etmiş oluruq, buna şərait yaradırıq.
Əbülfəs Qarayev deyib: “Dahi Azərbaycan şairi Nəsimiyə gəldikdə, deyə bilərəm ki, bu böyük filosof şair daha çox Azərbaycan, türk dilində yazıb yaratdığına görə onun şeirləri, əlyazma divanları bütün Şərqdə və Orta Asiyada hamının dillər əzbəri olub. Nəsiminin yaradıcılığı və şəxsiyyəti Azərbaycanda çox yüksək qiymətləndirilir və onun doğma xalqına yenidən qayıdışı xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev böyük Nəsiminin 600 illik yubileyinin ilk dəfə dövlət səviyyəsində qeyd olunmasına və hətta bu yubileyin UNESCO-da da layiqincə keçirilməsinə nail olub. Sovet dövründə bu hadisə böyük mədəni inqilab hesab edilə bilərdi. Azərbaycan mədəniyyətinə, mili mənəvi dəyərlərimizə, o cümlədən Nəsiminin yaradıcılığına böyük önəm verən Prezident İlham Əliyev dahi şairin əsərlərinin ölkəmizdə dəfələrlə yüksək tirajla və nəfis bədii tərtibatla çap olunmasını təmin edib. Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi barədə tarixi sərəncamlar imzalayıb. Azərbaycan Prezidenti ölkəmizdə görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin, tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə dair hər il 10-dək belə sərəncam imzalayır və bununla da yubileylər həm ölkədə, həm də xaricdə geniş qeyd olunur”.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxışında Azərbaycanın görkəmli mütəfəkkiri, böyük şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlərin Ankara və İstanbul şəhərlərində təşkil edilməsindən iftixar hissi keçirdiyini bildirib və Nəsiminin əsərlərinin Türkiyədə sevilərək oxunduğunu deyib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Haluk Dursun çıxış edərək Azərbaycan və türkdilli dövlətlər arasındakı qarşılıqlı ədəbi, mədəni əlaqələrdən, həmçinin Nəsiminin zəngin yaradıcılığı haqqında geniş söhbət açıb.
Çıxışlarda Nəsimi yaradıcılığının tanıtdırılmasının əhəmiyyətindən danışılıb. Cari ildə TÜRKSOY-un təşkil etdiyi tədbirlər çərçivəsində Nəsimi irsinə geniş yer ayrıldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, 2019-cu ilin “Nəsimi ili” elan olunması bütün türk dünyası üçün mühüm mədəniyyət hadisəsidir.
Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Xalq artisti fəxri adı ilə təltif olunmuş TRT-nin xorunun dirijoru Elnarə Kərimovaya fəxri adın vəsiqəsini təqdim edib.
Sonra Nəsiminin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.
Tədbirin panel hissəsində Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Türk Şurası Ağsaqqallar Məclisinin üzvü, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, professor Mustafa İsen, professor Ahmed Bican Ercilasun Nəsiminin həyat və yaradıcılığına dair fikir və mülahizələrini bölüşüblər. Çıxışlarda İmadəddin Nəsimi yaradıcılığının ayrı-ayrı istiqamətləri ətraflı təhlil olunub.
Nizami Cəfərov çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasının orta əsrlərin qüdrətli söz ustadı Nəsiminin yaradıcılığına yeni baxışın ortaya qoyulması, bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük məna kəsb etdiyini bildirib. O, Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin, xüsusilə poeziya və ədəbi dilin inkişafında əvəzsiz xidmətlər göstərdiyini, yaradıcılığının dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov Nəsimi yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan, onun dünya ədəbiyyatı xəzinəsinə gözəl poeziya nümunələri bəxş etməsindən, əsərlərinin Azərbaycandan, bütün Şərqdən və Orta Asiyadan başlamış dünyanın hər bir guşəsində sevilərək oxunmasından, filosof şair kimi məşhurlaşmasından danışıb. K.Tahirov diqqətə çatdırıb ki, Nəsimi Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biridir. O, təmiz Azərbaycan dilində çox axıcı dillə gözəl şeirlər yazıb. Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin təşəbbüsü ilə Dilçilik İnstitutuna Nəsiminin adı verilib, Bakıda onun heykəli ucaldılıb, haqqında bədii film çəkilib. Azərbaycanda və bütün dünyada Nəsiminin yubileyi ilə əlaqədar keçirilən tədbirlər şairin daha geniş arealda tanınmasına və əsərlərinin geniş miqyasda nəşr olunmasına şərait yaradacaq.
Professorlar Mustafa İsen və Ahmed Bican Ercilasun İmadəddin Nəsimi yaradıcılığının orijinal üslubundan, bütün dövrlər üçün aktual olduğundan danışıblar.
Sonra nazir Əbülfəs Qarayev TÜRKSOY-un xatirə medalı ilə təltif olunub.
Tədbirin bədii hissəsində Qırğızıstanın Xalq şairi Kojogeldi Kuluyev və türkiyəli şairə İlter Yeşilay Nəsiminin şeirlərindən nümunələr səsləndiriblər. Azərbaycanın Əməkdar artisti Feyruz Səxavət Nəsiminin qəzəllərini muğam üstə ifa edib.
Sonra Qazaxıstan əsilli aşıq Savbir Guseynov Nəsiminin qəzəllərini saz ilə səsləndirib.
Bu gün Ankarada Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin konsert salonunda mərasimin daha bir bədii hissəsi keçiriləcək.
Qeyd edək ki, bu silsilədən növbəti tədbir martın 7-də İstanbulda, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda təşkil olunacaq.

 
  • Oxunub:  9930  |  
  • Tarix:  07-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır

10 Dekabr 21:38
Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
10 Dekabr 21:25
Azərbaycan Konqreslər Bürosunun “Səfirlər proqramı”nın təqdimatı olub
10 Dekabr 21:22
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib
10 Dekabr 21:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
10 Dekabr 20:54
YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 20:37
YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
10 Dekabr 20:25
Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları
10 Dekabr 17:53
Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir
10 Dekabr 17:52
Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır
10 Dekabr 17:46
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
10 Dekabr 17:44
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:37
“Azərbaycan könüllülük həftəsi”nin yekunları ilə bağlı tədbir keçirilib
10 Dekabr 17:32
Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 17:28
DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:20
Ağstafa rayonunun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirilib
10 Dekabr 17:15
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
10 Dekabr 17:01
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı başa çatıb
10 Dekabr 16:23
Birinci Gənc Sahibkarlar Forumu keçirilib
10 Dekabr 16:15
Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
10 Dekabr 16:08
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir
10 Dekabr 16:07
Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
10 Dekabr 16:03
Gəncə “YAP”çıları bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 16:02
Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb
10 Dekabr 15:54
“Azərişıq”: Bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatının təmin olunması istiqamətində işlər görülür
10 Dekabr 15:43
Energetika naziri Yevlaxda vətəndaşları qəbul edib
10 Dekabr 15:42
“Port Baku Mall”da “Gingerbread City” adlı sərgisi açılıb
10 Dekabr 15:21
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib
10 Dekabr 15:11
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10 Dekabr 15:06
İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
10 Dekabr 15:02
İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub
10 Dekabr 14:42
Müasir avadanlıqlarla təchiz edilmiş Su Laboratoriya Mərkəzinə baxış keçirilib
10 Dekabr 14:39
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 14:36
Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb
10 Dekabr 14:29
Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib
10 Dekabr 14:27
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10 Dekabr 14:26
“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir
10 Dekabr 14:13
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
10 Dekabr 13:46
Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib
10 Dekabr 12:51
Səbinə Əliyeva: "Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında həyata keçirir"
10 Dekabr 12:49
İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb
10 Dekabr 12:39
Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir
10 Dekabr 12:31
Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 12:18
Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb
10 Dekabr 12:01
Son bir ildə KOBİA-ya 200-dən çox gənc sahibkardan müraciətlər daxil olub
10 Dekabr 11:59
Ombudsman: “Yetkinlik yaşına çatmayanların, gənclərin hüquqlarını müdafiə istiqamətində fəaliyyətimizi gücləndirəcəyik"
10 Dekabr 11:57
Məktəblərdə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə başlanılıb
10 Dekabr 11:49
Noyabrda Azərbaycanın gündəlik neft hasilatı 776 min barrel olub
10 Dekabr 11:44
Zaqreb Universitetində Azərbaycanın multikulturalizm modelinə həsr olunmuş seminar təşkil edilib
10 Dekabr 11:41
Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib
10 Dekabr 11:39
“İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib
10 Dekabr 11:36
Komitə sədri: Azərbaycanda xaricdən dəstəklənən, din adı altında gizlənən qrupların baş qaldırmasının qarşısı alınıb
10 Dekabr 11:19
DSX: Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəlmə zalında yeni 2 ədəd elektron qapı quraşdırılıb
10 Dekabr 11:15
Heydər Əliyev Fondunun dəstəyi ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib
10 Dekabr 11:04
Dünya ictimaiyyəti Beynəlxalq İnsan Hüquqları Gününü qeyd edir
10 Dekabr 10:57
Noyabr ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 459 vətəndaş müraciəti daxil olub
10 Dekabr 10:49
Əli Əhmədov: Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq
10 Dekabr 10:26
İndoneziyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş poçt markaları nəşr olunub
10 Dekabr 09:58
Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır
10 Dekabr 09:55
Erməni fitnəkarlığının növbəti ifşası, yaxud Ermənistanın nazir müavininə diplomatiya dərsi
10 Dekabr 09:53
Bakıda “Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib
10 Dekabr 09:52
Azərbaycan bu gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur
10 Dekabr 09:50
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və YAP Gənclər Birliyinin dəstəyi ilə “Mələk” filmi nümayiş olunub
10 Dekabr 09:46
Azercell “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edilib
10 Dekabr 09:44
UTGDİB “Sağlam həyat tərzi. GMO - geni modifikasiya olunmuş ərzaq bitkilərinin orqanizmə təsiri” layihəsini həyata keçirib
10 Dekabr 09:42
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb
10 Dekabr 09:40
Azercell ilə Nəsimi irsindən zövq al
10 Dekabr 09:37
Azərbaycan gəncliyi dövlətin hərtərəfli qayğısı ilə tam əhatə olunub
09 Dekabr 22:00
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
09 Dekabr 21:56
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09 Dekabr 21:54
Əlcəzairin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA