/ / Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur
Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur
01.03.2019 [15:12]
Prezident İlham Əliyev: Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr ən yüksək səviyyədədir
Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasətində qonşuları ilə siyasi, iqtisadi, humanitar əlaqələri daha da dərinləşdirmək və özünün geniş imkanlarını təqdim edərək regional inkişafa, təhlükəsizliyə və sabitliyə daha sanballı töhfələr vermək xətti prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu və son 15 ildə Prezident İlham Əliyevin eyni qətiyyətlə davam etdirdiyi belə bir rasional siyasətin nəticəsidir ki, hazırda bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövləti sayılan Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə strateji əməkdaşlıq səviyyəsinə yüksələn çox yaxşı münasibətlərə malikdir.
Bu günlərdə qonşu Gürcüstan Respublikasının yeni seçilmiş Prezidenti xanım Salome Zurabişvilinin region dövlətləri arasında ilk xarici səfərini Azərbaycana etməsi deyilənləri bir daha təsdiqləyir. Çox doğru olaraq səfər ölkələrimiz arasında ali səviyyəli siyasi dialoqun və hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Dost ölkənin dövlət başçısının Azərbaycana səfəri kifayət qədər məhsuldar keçib. Səfər çərçivəsində Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva arasında baş tutan görüşlərdə, dövlət başçılarının mətbuata verdikləri bəyanatlarda, həmçinin digər tədbirlərdə iki dost ölkənin müxtəlif sahələri əhatə edən əlaqələrinin yüksək səviyyədə olduğu nəzərə çatdırılıb və perspektivdə münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar olduğu vurğulanıb. Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin şərəfinə verilən rəsmi ziyafətdəki çıxışında Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğuna diqqət çəkərək deyib: “Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Müstəqillik qazandıqdan sonra ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq strateji tərəfdaşlıq xarakteri almışdır. Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr ən yüksək səviyyədədir. Gürcüstanın Prezidenti vəzifəsinə seçildikdən sonra xanım Salome Zurabişvilinin xarici ölkələrə ilk səfərləri sırasında Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir”.
Hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir
Azərbaycan və Gürcüstanı yalnız coğrafi sərhədlər birləşdirmir - onlar həm də oxşar tarixə malik ölkələrdir. Qafqazın aborogen sakinləri olan azərbaycanlılar və gürcülər əsrlər boyu yaşadıqları coğrafiyada zəngin mədəniyyət yaradıblar. Çox doğru olaraq bu iki xalqı həm dar, həm də xoş günlərin dostları kimi səciyyələndirirlər. Onlar xoş günlərin sevincini bölüşdükləri kimi, həm də tarixin çətin məqamlarında bir-birlərinə kömək əli uzadıblar.
Müstəqillik illərində də oxşar problemlə - ərazi bütövlüyünün pozulması və işğalın uzun illər davam etməsi faktı ilə üz-üzə qalan Azərbaycan və Gürcüstan yaşadıqları çətinliklərə baxmayaraq, inkişaf ediblər və dövlət quruculuğu yolunda böyük uğurlara nail olublar. Bu gün Azərbaycanla Gürcüstan arasında münasibətlərin əhatə dairəsi kifayət qədər genişdir. Bu əlaqələr həm siyasi məsələləri, həm iqtisadi sektoru, həm də humanitar-mədəni sahələri əhatə edir və yaxşı nəticələr verir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında məmnunluq hissi ilə bildirib ki, bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir: “Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir”.
Azərbaycanla Gürcüstan arasında münasibətlərin getdikcə yüksələn xətlə inkişaf etməsindən söhbət açarkən hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Yuxarıda vurğuladığımız kimi, hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir. Buna görə də bu gün Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipindən çıxış edərək bir-birinin mövqeyini qətiyyətlə dəstəkləyirlər. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan və Gürcüstan arasında əlaqələrə xələl gətirməyə cəhd göstərən tərəflər heç zaman öz məqsədlərinə nail ola bilməyəcəklər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsinin önəminə diqqət çəkərək deyib: “Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir”.
Gürcüstanın Prezidenti Salome Zurabişvili iyirminci əsrin sonunda hər iki ölkənin ərazi bütövlüyünün pozulması ilə nəticələnən müharibəni xalqlarımızın ortaq faciəsi kimi dəyərləndirib. Qonşu ölkənin dövlət başçısı hazırkı mərhələdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə bağlı yaxşı perspektivlər yarada bildiyini də etiraf edib. Səfər çərçivəsində Gürcüstan Prezidenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini açıq şəkildə bəyan edib: “Münaqişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsidir. İşğal xətləri bizim üçün yara olaraq qalır. Ölkələrimiz işğalla yaşayır. Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən YUNESKO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Arzu edirəm ki, birgə səylərimizlə, böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmaları ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq. Ərazilərində işğalın olmasına baxmayaraq, Azərbaycan və Gürcüstan bu gün sabitlik adasıdır”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, respublikamız ardıcıllıqla reallaşdırdığı məqsədyönlü siyasət sayəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməyə nail olub. Belə ki, son vaxtlarda beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, ölkəmizin Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonun hərbi işğal altında saxlanması regional sülh və təhlükəsizliyə ciddi təhdid kimi dəyərləndirilir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, münaqişənin məhz bu prinsiplər əsasında həllinə qəti dəstək ifadə olunub. Ötən il Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı dəstəklənib.
Azərbaycanla Gürcüstan irimiqyaslı enerji və nəqliyyat layihələri ilə Asiya və Avropanı birləşdirir
Qeyd etdiyimiz kimi, iqtisadi sektor Azərbaycan-Gürcüstan əlaqələrində mühüm yer tutur. Azərbaycanla Gürcüstan irimiqyaslı enerji və nəqliyyat layihələri ilə Asiya və Avropanı birləşdirir, eləcə də Avrasiya qitəsində nəqliyyat mərkəzi rolunda çıxış edirlər. İki ölkənin dostluğu və tərəfdaşlığı regional sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Dost qonşu ölkələr arasında iqtisadi-ticarət, informasiya-kommunikasiya texnologiyaları, mədəni-humanitar əlaqələrin daha da inkişafı üçün böyük imkanlar vardır.
Səfər çərçivəsində keçirilən tədbirlərdə iki ölkənin energetika sahəsində əməkdaşlığının əhəmiyyəti ayrıca vurğulanıb. Qonşu Gürcüstan Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının Türkiyəyə və Avropaya daşınması üçün ölkəmizin liderliyi ilə reallaşdırılan infrastruktur layihələrində yer alıb. Bu sırada Bakı-Tbilisi-Supsa ilk layihə olub. Bunun ardınca Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istifadəyə verilib. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında bildirib ki, Azərbaycanın, Gürcüstanın və Türkiyənin birgə səylərlə reallaşdırdığı bu layihələr ölkələrimizin iqtisadi inkişafını böyük dərəcədə artırır: “Əgər tarixə bir qədər nəzər salsaq görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni, üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik. Bu gün bu layihələr bizim iqtisadi inkişafımızı böyük dərəcədə artırır”.
Azərbaycanla Gürcüstan enerji sektorunda əməkdaşlığı yenə də davam etdirirlər. Dost qonşu ölkə Azərbaycanın liderliyi ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsinə ilkin mərhələdə qoşulub. Təxminən 45 milyard dollar həcmində investisiya qoyuluşu nəzərdə tutulan Cənub Qaz Dəhlizi enerji mənbələrinin və nəqlinin şaxələndirilməsi layihəsidir. Layihənin reallaşdırılması ilə Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə dəyişəcək. 2018-ci ildə hazırda yeddi ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində çox böyük addımlar atıldı. Belə ki, ötən il Cənub Qaz Dəhlizinin Bakıda rəsmi açılış mərasimi keçirildi, həmçinin Türkiyədə yeni enerji nəqli marşrutunun mühüm seqmentlərindən biri olan TANAP istifadəyə verildi. Layihənin son seqmentinin - TAP-ın icrası da intensiv şəkildə davam edir. Burada nəzərdə tutulan işlərin 85 faizdən çoxu artıq tamamlanıb. Beləliklə, dünya birliyi yaxın perspektivdə Azərbaycandan başlayan və qonşu Gürcüstandan keçən yeni dəhlizlə böyük həcmlərdə “mavi yanacağ”ın Avropanın mərkəzi ölkələrinə çatdırılmasının şahidi olacaq.
Nəqliyyat sektoru da Azərbaycanla Gürcüstanın sıx əməkdaşlıq etdikləri sahədir. İki dost ölkə nəqliyyat daşımaları baxımından olduqca əlverişli coğrafi mövqedə yerləşir. Hər iki dövlət bu üstünlüklərindən istifadə edərək Avropanı Asiya ilə birləşdirən əlverişli infrastruktur yaradılmasında maraqlıdır. Azərbaycan qədim İpək Yolunun bərpasına, Şərq-Qərb dəhlizinin funksionallığının artmasına böyük töhfələr verir. İndiyədək ölkəmizin ərazisindən keçərək Gürcüstan sərhədinədək uzanan magistralların yenidən qurulması ilə bağlı bir sıra layihələr uğurla tamamlanıb. Respublikamız Ələtdə Xəzər sahillərində ən böyük ticarət limanı tikməyə nail olub. Ölkəmizin yönəltdiyi böyük həcmli investisiyalar hesabına inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu da iqtisadi baxımdan çox önəmli layihədir. Prezident İlham Əliyev Bakıda ali qonağın şərəfinə verilən ziyafətdəki çıxışında Bakı-Tbilisi-Qarsı tarixi əhəmiyyətli layihə kimi səciyyələndirərək deyib: “2017-ci ildə açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir. Qitələri birləşdirən bu dəmir yolu Azərbaycanın və Gürcüstanın tranzit potensialını böyük dərəcədə genişləndirir”.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən ən qısa dəhlizdir. Təsadüfi deyil ki, bu marşrutla yük daşımağa maraq göstərən ölkələrin sayı getdikcə artır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39