A+   Yenilə  A-
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib

Fevralın 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Silahlı Qüvvələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, veteranlar və əcnəbi qonaqlar iştirak ediblər.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin, Əfqanıstan müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov çıxış edərək bildirib ki, digər müharibələrdə olduğu kimi, Əfqanıstan müharibəsində döyüşmüş azərbaycanlılar da çoxsaylı qəhrəmanlıq nümunələri göstəriblər. Sovet qoşunlarının tərkibində 9 mindən artıq azərbaycanlı bu müharibədə iştirak edib. Onlardan 208 nəfər həlak olub, 420 nəfər əlil olub, 7 nəfər isə itkin düşüb. Təsadüfi deyil ki, “Qırmızı döyüş bayrağı” ordeni ilə iki dəfə təltif olunan dörd döyüşçüdən biri azərbaycanlıdır. Həmçinin bir həmyerlimiz “Lenin” və “Qırmızı ulduz” ordeni, dörd nəfər iki dəfə “Qırmızı ulduz” ordeni ilə təltif olunub.
Xidmət rəisi deyib ki, bu müharibədə zəngin döyüş təcrübəsi toplamış azərbaycanlılar 1988-ci ildən 1994-cü ilədək Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda fəal iştirak ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlığa və şücaətə görə 17 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 36 nəfər “Azərbaycan bayrağı” ordeninə, müxtəlif dövlət təltiflərinə və medallara, həmçinin bir neçə hərbi qulluqçu general ali rütbəsinə layiq görülüb. Onların bir qismi döyüşlərdə həlak olub, itkin düşüb və ya sonradan vəfat ediblər.
Bu gün ölkəmizdə yeddi minə yaxın Əfqanıstan müharibəsi veteranının olduğunu vurğulayan Xidmət rəisi onların cəmiyyət həyatında fəal iştirak etdiklərini, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə və hərbi hazırlığına mühüm töhfələr verdiklərini deyib. Xüsusi qeyd olunub ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev də Əfqanıstan müharibəsi iştirakçılarına daim diqqət və qayğı göstərib. Ulu öndərin Əfqanıstan müharibəsinin iştirakçıları ilə görüşləri, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamlar dahi rəhbərin bu qəbildən olan şəxslərə diqqət və qayğısının təzahürüdür. Əfqanıstan müharibəsinin veteranları və əlilləri Azərbaycanda müharibə iştirakçıları üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə hüququna malikdirlər. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də veteranlara, o cümlədən Əfqanıstan müharibəsi iştirakçılarına yüksək diqqət və qayğı göstərir.
MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və “Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşev bildirib ki, başa çatmasından 30 il keçməsinə baxmayaraq, Əfqanıstan müharibəsi həyatımızın unudulmaz mərhələsi kimi yadda qalıb. Bu müharibə bizim üçün böyük həyat dərsi, fədakarlıq dövrü idi.
Azərbaycanda Əfqanıstan müharibəsi veteranlarına göstərilən hərtərəfli diqqət və qayğıdan məmnunluqla söz açan R.Auşev sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı ölkəmizdə keçirilən bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Əfqanıstan müharibəsinin başa çatmasının 30-cu ildönümü münasibətilə veteranları təbrik edərək bildirib ki, həmin müharibənin iştirakçıları qanlı döyüşlərdə əsl fədakarlıq göstərərək, üzərlərinə düşən məsul vəzifəni layiqincə yerinə yetiriblər. Həmin müharibədən qayıdan azərbaycanlı döyüşçülər dinc həyata başlamaq istəsələr də, təəssüf ki, yeni cəbhədə döyüşməli oldular. Əfqanıstan müharibəsinin azərbaycanlı veteranları doğma Vətənimizin ərazi bütövlüyü uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı vuruşmaq məcburiyyətində qaldılar. Torpaqlarımız uğrunda döyüşlərə ön sıralarda gedən igid döyüşçülər məhz Əfqanıstan cəbhəsinin odlu-alovlu yolunu keçmiş veteranlar idi.
Əfqanıstan müharibəsinin veteranlarının bu gün ləyaqətli vətəndaşlar kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini vurğulayan Prezident Administrasiyasının şöbə müdirinin müavini deyib ki, bu müharibənin iştirakçıları istər Azərbaycanda, istərsə də postsovet məkanında baş verən münaqişələrlə bağlı da obyektiv və qəti mövqe nümayiş etdirməlidirlər. Bu münaqişələrin aradan qaldırılması istiqamətində bütün veteranların, o cümlədən beynəlxalq təşkilatların rolu, mövqeyi qəti və aydın olmalıdır, onlar bu işə fəal töhfə verməlidirlər. Əgər bu gün Azərbaycan təcavüzə məruz qalıbsa, Ermənistan Azərbaycanın ərazilərini işğal edərək, bir milyondan çox vətəndaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salıbsa bu təcavüzə obyektiv qiymət verilməli, işğalçı ölkə qınanmalı, beynəlxalq səviyyədə layiqli cəzasını almalıdır. Biz bu məsələyə qiymət verilməsində tanınmış ictimai xadimlər kimi müharibə veteranlarının, o cümlədən vaxtilə Əfqanıstan müharibəsində iştirak etmiş şəxslərin fəallıq göstərəcəklərini gözləyirik.
Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə, veteranlara daim qayğı göstərdiyini, onların sosial-məişət problemlərinin həllini diqqətdə saxladığını vurğulayan Ə.Mehdiyev bildirib: “Bu tədbirin keçirildiyi vaxt Prezident İlham Əliyev bir Fərman və bir Sərəncam imzalayıb. Fərman Əfqanıstan müharibəsində həlak olan və itkin düşən hərbi qulluqçuların ailə üzvlərinə verilən Prezident təqaüdünün məbləğinin artırılması ilə bağlıdır. Sərəncam isə Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin fəaliyyətinin gücləndirilməsi məqsədilə bu quruma Prezidentin ehtiyat fondundan bir milyon manat vəsaitin ayrılması haqqındadır. Bu sərəncamlar Azərbaycan Prezidentinin Əfqanıstan müharibəsi veteranlarına ali diqqət və qayğısının daha bir təzahürüdür. Bu, həmçinin bir daha təsdiq etdi ki, Vətəni, xalqı üçün xidmət göstərən insanlara diqqət bundan sonra da davam etdiriləcək”.
Veteranlarımızın, o cümlədən Əfqanıstan müharibəsi iştirakçılarının bu gün də Azərbaycanda mühüm vəzifələr yerinə yetirdiklərini diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi bildirib ki, onlar gənc nəslin hərbi-vətənpərvərlik ruhunda yetişməsində, dövlətimizin sosial-iqtisadi inkişafında, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun artırılmasında daim fəallıqları ilə seçilirlər.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tədbir iştirakçılarına və Əfqanıstan müharibəsi veteranlarına ünvanlanan təbrik məktubunu oxuyub.
Əfqanıstan müharibəsinin iştirakçısı, iki dəfə “Qırmızı Döyüş Bayrağı” ordeni ilə təltif olunmuş Şakir Əhmədov xatirələrini bölüşüb, ölkəmizdə onlara göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işində veteranların daim fəal iştirak etdiklərini vurğulayıb. Ş.Əhmədov Əfqanıstan müharibəsi veteranlarının torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrinə daim hazır olduqlarını bildirib.
Çıxışlardan sonra Əfqanıstan müharibəsi, eləcə də ölkəmizdə bu müharibənin iştirakçısı olan veteranlara göstərilən dövlət qayğısından bəhs edən film nümayiş olunub.
Tədbir konsert proqramı ilə başa çatıb.

 
  • Oxunub:  3450  |  
  • Tarix:  22-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA