A+   Yenilə  A-
Akademik Ramiz Mehdiyevin yeni əsərinin müzakirəsi keçirilib

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu günlərdə mətbuatda dərc olunmuş “Qeyri-sabit qlobal proseslər şəraitində ikiqütblülükdən sonrakı dünya” adlı yeni əsərinin müzakirəsi keçirilib.
Əsər dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması üçün olduqca əhəmiyyətlidir
AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov akademik Ramiz Mehdiyevin müasir şəraitdə dövlət idarəetmə məsələləri ilə bağlı yeni əsərinin ölkəmizin son 15 ildə iqtisadi, sosial, siyasi, humanitar sahələrdə qazandığı yüksək nailiyyətlərin əsasında duran idarəetmə mexanizmlərinin təhlilinə həsr olunduğunu qeyd edib.
Rektor vurğulayıb ki, müəllif Azərbaycan Respublikasının davamlı və inklüziv inkişaf sahəsində qazandığı uğurları təkzibolunmaz dəlil-sübutlarla əsaslandırıb, onları fəlsəfi fikir süzgəcindən keçirərək elmi konseptual şəkildə ifadə edib. Əsər dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması üçün çox faydalıdır və bu səbəbdən müzakirənin növbəti tədris sessiyası ərəfəsində keçirilməsi olduqca əhəmiyyətlidir.
Akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışaraq, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib və bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Qeyd olunub ki, bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır.
Zaman elə liderləri irəli çıxarmalıdır ki, onlar dünyanı bu çətin vəziyyətdən xilas edə bilsinlər
Dövlət İdarəçilik Akademiyasının I prorektoru, professor Əlikram Abdullayev bildirib ki, “Qeyri-sabit qlobal proseslər şəraitində ikiqütblülükdən sonrakı dünya” əsəri çətin və mürəkkəb bir mövzuda yazılmasına baxmayaraq, çox asan oxunur. “Əsər çox da rəvan olmayan, mübarizələrlə dolu, böyük həyat yolu keçmiş, zəngin dövlət idarəçiliyi təcrübəsinə malik, görkəmli bir cəmiyyətşünasın dünya, ölkə, dövlət, lider haqqında təkcə tədqiqatı deyil, həm də düşüncələridir. Bu mənada biz hər səhifədə yeni müddəalarla, məlum məsələlərin yeni çalarları ilə rastlaşırıq və bu da təbiidir. Əsər, həmçinin bəşəriyyəti narahat edən qeyri-müəyyənlikdən çıxış yolları axtarışının, ədalətli dünya nizamı haqqında qayğıların əks olunduğu fikirlərdən ibrətdir. Biz, ictimai elm nümayəndələri adətən öyrənmişik ki, liderləri zaman yetişdirir. Amma əsərdə belə bir fikir vurğulanır ki, zamanı liderlər formalaşdırmalıdır, başqa yol yoxdur. Zaman elə liderləri irəli çıxarmalıdır ki, onlarda bəşəriyyətin və təmsil etdiyi millətin taleyi üçün məsuliyyət hissi olsun və onlar dünyanın bu çətin vəziyyətdən xilasını təmin edə bilsinlər”, - deyə Əlikram Abdullayev qeyd edib.
İndiki təhlükələr soyuq müharibə dövründə olduğundan daha ciddidir
Milli Məclisin deputatı, “Siyasi araşdırmalar institutunun” direktoru, professor Elman Nəsirov çıxışında deyib ki, akademik Ramiz Mehdiyev hər zaman əsərlərində böyük narahatlıq doğuran məsələləri qaldırır: “Bu əsər isə təkcə azərbaycanlıları deyil, bütövlükdə dünyamızı narahat edən ən mürəkkəb məsələlərin müzakirəsi və onlardan çıxış yollarının tapılması ilə bağlı bir tədqiqat işidir”. Bu gün qarşıda çox ciddi təhlükələrin, hətta böyük müharibələrin olması reallığından bəhs edərkən akademik Ramiz Mehdiyev soyuq müharibə dövrü ilə bugünkü müharibə dövrünü müqayisə edib, onlardan hansının daha təhlükəli olması sualını qoyub və cavabını da əsaslandırıb. Müəllifin fikrincə, indiki təhlükələr soyuq müharibə dövründəkindən daha ciddidir. Belə ki, 60-80-ci illərdə SSRİ və ABŞ arasında bağlanmış müqavilələr əslində müharibənin qarşısını alan müqavilələr idi. Bu gün həmin sənədlərin heç biri işləmir. Digər tərəfdən isə dünyada güc mərkəzləri formalaşır. Bu güc mərkəzlərinin maraqları toqquşanda müharibə baş verir.
Qeyri-sabit qlobal proseslər şəraitində baş verən hadisələrin geniş təhlili
Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov bildirib ki, əsərdə ikiqütblü dünyadan sonra qeyri-sabit qlobal proseslər şəraitində baş verən hadisələr geniş təhlil olunur. “Akademik öz kitabına Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına həsr olunan iclasındakı nitqindən sitatla başlayıb. Həmin sitatda bu gün dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin, qanlı münaqişələrin, qarşıdurmaların artması, bütün bunlardan dünya ictimaiyyətinin narahatlıq hissi keçirməsi, Azərbaycanda isə sabitliyin, təhlükəsizliyin, normal həyatın təmin edildiyi qeyd olunur”, - deyən Elçin Əhmədov diqqətə çatdırıb ki, əsərdə dünya nizamının pozulduğu hərtərəfli təhlil edilib.
Siyasi idarəetmə fakültəsinin dekanı xatırladıb ki, SSRİ dağılandan sonra ABŞ nə qədər superdövlətə çevrilmiş olsa da, onun 2001-ci il 11 sentyabr hadisələrindən sonra “İslam dövləti ideyasının qarşısını almaq üçün” ərəb ölkələrinə hücumu dünya nizamını bir qədər də pozdu. “İndi ABŞ bunun nəticələrini bumeranq şəkilində görür. Bu gün miqrant adı qoyulan qaçqınlar ərəb ölkələrindən Avropaya axışırsa, bu artıq dünya nizamının pozulmasından, beynəlxalq hüququn işləməməsindən xəbər verir. Əsərdə, həmçinin güc mərkəzlərinin formalaşması, hibrid müharibələri, ABŞ-ın hegemonluğunun qarşısını alan amillər kifayət qədər zəngin mənbələr əsasında göstərilir. Akademik Ramiz Mehdiyev son 15 ildə Azərbaycanın dinamik inkişafına diqqət yetirir. Bu dinamik inkişafın əsasını xalq-iqtidar birliyində, eyni zamanda, Azərbaycanın müstəqil, çoxvektorlu, balanslaşdırılmış, milli maraqlara söykənən xarici siyasətində görür və bu, son 15 ildə Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi kimi qiymətləndirilir”, - deyə Elçin Əhmədov qeyd edib.
Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova bildirib ki, əsərdə müəllifin fikirləri ilə yanaşı, aparıcı analitiklərin, Avropa İttifaqı ölkələrində, ABŞ və Rusiyada olan beyin mərkəzlərinin regional və ölkələr üzrə mütəxəssislərinin fikirləri də verilir. Bu da qeyri-sabit qlobal proseslər şəraitində ikiqütblülükdən sonrakı dünyanın daha obyektiv və real mənzərəsini ortaya qoyub.
Tədbirdə çıxış edənlər akademik dairələrin müraciət edəcəyi önəmli mənbələrdən biri olacaq əsərin əhəmiyyətini vurğulayıblar.

 
  • Oxunub:  8010  |  
  • Tarix:  08-02-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

20 Yanvar 18:09
Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
20 Yanvar 18:02
VI çağırış Milli Məclisə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Qafarov Kamaləddin Nəsrəddin oğlu (VİDEO)
20 Yanvar 17:56
Təhsil işçiləri Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 17:53
Tbilisidə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib
20 Yanvar 17:47
Çavuşoğlu: Azərbaycanın azadlığı uğrunda canlarını qurban verən 20 Yanvar şəhidlərini rəhmətlə anıram
20 Yanvar 17:44
32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Afət Həsənovanın seçiciləri ilə növbəti görüşü keçirildi
20 Yanvar 17:39
Yeni Azərbaycan Partiyasından 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd Hücran Hüseynovanın seçicilər ilə görüşü keçirilmişdir
20 Yanvar 17:36
VI çağırış Milli Məclisə seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Məmmədov Hikmət Baba oğlu (VİDEO)
20 Yanvar 17:33
Parlament seçkiləri ilə bağlı YAP Bərdə rayon təşkilatı tərəfindən təbliğat kampaniyası çərçivəsində növbəti görüşlər keçirilmişdir
20 Yanvar 17:29
Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar 17:27
“Fitch” Azərbaycanın kredit reytinqini təsdiqləyib
20 Yanvar 17:18
Mübariz Qurbanlı: 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik mübarizəsinin rəmzidir
20 Yanvar 17:16
67 saylı Cəlilabad şəhər seçki dairəsində məntəqələr bütün lazımi avadanlıqlarla təchiz olunub
20 Yanvar 17:12
VI çağırış Milli Məclisə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İbrahimqızı Məlahət İbrahim qızı (VİDEO)
20 Yanvar 17:09
32 saylı Suraxanı III seçki dairəsində seçkiləri izləmək üçün 103 nəfər qeydiyyatdan keçib
20 Yanvar 17:08
Partiyamız hər zaman olduğu kimi gənclərə etimad göstərir və bu etimadı doğrultmaq üçün gənclər bütün qüvvələrini səfərbər etməlidir
20 Yanvar 17:05
Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib
20 Yanvar 17:02
“Azərbaycanda vətəndaşların seçki hüququnun həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb”
20 Yanvar 16:59
MSK üzvü: “Seçkilərdə müşahidəçilərin iştirakı əhatəli şəkildə təmin olunacaq”
20 Yanvar 15:00
20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin təsdiqi idi
20 Yanvar 13:05
Siyavuş Novruzov: YAP-ın bütün namizədlərinə yerlərdə bərabər şərait yaradılıb
20 Yanvar 13:03
Yevgeni Mixaylov: "Yeni seçiləcək deputatlar xalqın etimadını doğrultmalıdır"
20 Yanvar 13:00
Əli Əhmədov: Xalqın qəlbindəki məhəbbət şəhidlərə ən böyük mükafatdır
20 Yanvar 12:08
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
20 Yanvar 12:05
Sükut dəqiqəsi
20 Yanvar 11:55
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
20 Yanvar 11:39
Türkiyə səfirliyində bayraq yarıya endirilib
20 Yanvar 11:29
MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisədə xeyli azdır
20 Yanvar 11:24
Milli Məclisə seçkilərlə bağlı bir sıra proseslər bu gün başa çatır
20 Yanvar 11:12
Namizədlərin ikinci ilkin maliyyə hesabatının təqdim edilməsinə başlanılır
20 Yanvar 11:05
Ekspert: “Azərbaycanda seçki öncəsi mühit normaldır”
20 Yanvar 11:01
Misir ictimaiyyəti 20 Yanvar faciəsi barədə məlumatlandırılıb
20 Yanvar 10:52
Prezident İlham Əliyevin sosial şəbəkə profillərində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı videoçarx yerləşdirilib
20 Yanvar 10:39
Elçin Əhmədov: 20 Yanvar Azərbaycan tarixinə müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq salnaməsi kimi yazıldı
20 Yanvar 09:35
Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub
19 Yanvar 20:11
Mərkəzi Seçki Komissiyasının sədri MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb
19 Yanvar 16:34
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 12:06
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
19 Yanvar 10:27
20 Yanvar faciəsi insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb
18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+2 +4